Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Bələdiyyələr ciddi problemlə üzləşə bilər
İqtisadi Təşəbbüslərə Yardım Birliyi bələdiyyə qanunvericiliyinə təklif olunan dəyişikliklərdən narahatdır

“Hökumətdən yerli özünüidarə qurumlarının maliyyə imkanlarının artırılması istiqamətində konkret addımlar gözlənildiyi bir zamanda, təəssüf ki, bunun əksini müşahidə edirik. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna təklif olunan düzəlişlər bu fikri təsdiq edir”. “İqtisadi forum” jurnalının məlumatına görə, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri bələdiyyə qanunvericiliyinə ediləcək dəyişikliklə bağlı qanun layihəsinə şərh verərkən bildiriblər.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, yaz sessiyasına bir sıra qanunlara, o cümlədən "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlara əlavələr və dəyişikliklər edilməsi üçün qanun layihəsini müzakirəyə çıxarıb. Layihədə bələdiyyə qanunvericiliyinə 4 əlavə və dəyişikliyin edilməsi nəzərdə tutulub.

"Bələdiyyələrin statusu haqqında" qanuna edilməsi nəzərdə tutulan düzəlişə görə, bələdiyyə sədri yerli büdcənin müzakirəsini və təsdiqini qanunvericilikdə müəyyən edilmiş vaxtda təşkil etməzsə, bu halda vaxtından əvvəl vəzifədən azad edilə bilərlər.

Digər 3 düzəliş "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlara ediləcək. Birinci düzəlişə görə, bələdiyyələr yerli büdcənin icrası haqqında illik hesabatı təsdiq etdikdən sonra yerli əhalini tanış etmək məqsədi ilə həmin hesabatı müxtəlif vasitələrlə (elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s.) onlara çatdırmalıdır.

İkinci düzəlişə görə, bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Və nəhayət sonuncu əlavəyə görə, yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) ekspertlərinin “İqtisadi forum” jurnalına verdiyi açıqlamaya görə, bu dəyişikliklər arasında müsbət məqamların olması ilə yanaşı narahatlıq doğuran məqamlar mövcuddur. Ekspertlərin fikrincə, bələdiyyə sədri vaxtından əvvəl vəzifədən azad edilməsiini nəzərdə tutan müddəa gələcəkdə yerli büdcənin təsdiqinin ləngiməsi ilə bağlı hüquqi normaların pozulmasının qarşısını alacaq. Digər müsbət məqam bələdiyyə büdcəsindən ayrılan pul vəsaitinin təyinatı, məqsədi və dəqiq miqdarının göstərilməsidir. İTYİB-ə görə, bu hal büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsi üçün vacib şərtdir.

İTYİB-in açıqlamasına görə, təşkilat uzun müddətdir ki, hesabatlılığın və şəffaflığın artırılması, ictimai iştirakçılığın təmin olunması istiqamətində bələdiyyələrlə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın əsasını bələdiyyə qurumlarının əhali qarşısında hesabat vermələrini təmin etmək təşkil edir. Bələdiyyələrin hesabatlılığının qanuna salınmaqda bir qədər də konkretləşdirilməsi əhalinin yerli özünüidarə qurumlarına etibarının artırılmasına xidmət edə bilər.

İTYİB ekspertləri hesab edir ki, əmək haqqı ayırmalarına 50%-lik limitin tətbiqi indiki situasiyada ciddi problemlər yarada bilər. “Azərbaycanda bələdiyyələrin 90%-ni kənd bələdiyyələri təşkil edir. Apardığımız tədqiqatlar göstərir ki, onların illik büdcəsi isə orta hesabla 4-5 min manatdan çox deyil. Hazırki şəraitdə ən kiçik ölçülü bələdiyyədə belə azı 4 ştat üzrə məvacibin ödənilməsi qaçılmazdır: bələdiyyə sədri, sədrin müavini, mühasib və vergi işçisi. Həmin ştatlar üçün ayda hətta ən aşağı maaş (75 manat) müəyyən olunacağı halda bir bələdiyyənin aylıq əmək haqqı fondu 370 manat təşkil edəcək. Bu isə ildə təxminən 4500 manat edir. Halbuki yeni düzəlişə görə, məsələn, illik büdcəsi 5000 manat olan bələdiyyə əmək haqqına 2500 manatdan çox vəsait ayıra bilməz”, - deyə Birlikdən bildirilir.

İTYİB ekspertlərinin fikrincə, bu limit əhalidən yığılan vəsaitlərin ancaq bələdiyyə işçilərinin maaşlarının ödənilməsinə yönəldilməsinin qarşısının alınması, vəsaitlərin daha çox ərazinin inkişafına yönəldilməsi baxımından əhəmiyyətlidir. Ancaq bu düzəliş bələdiyyələr, xüsusən də kənd bələdiyyələri üçün aşağıdakı problemləri yarada bilər:

- Kənd bələdiyyələrinin institusional inkişafını ləngidə;

- Bələdiyyələr qeyri-rəsmi əmək haqqı ödənişlərinə meyillənə;

- Kadrların bələdiyyə qurumlarında uzaqlaşması meyilləri arta;

- Bələdiyyə orqanlarının fəaliyyəti üçün zəruri strukturların və komissiyaların, habelə daimi əsaslarla işləyən peşəkar qulluqçu heyətinin formalaşmasını əngəlləyə bilər.

İTY İB təklif edir ki, bələdiyyə qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı layihə qəbulundan öncə bələdiyyələrin maliyyə və kadr təminatı ilə bağlı aşağıdakı mexanizmlərin yaradımasına ehtiyac var:

Bələdiyyə strukturlarının formalaşmasına dair minimum tələblər müəyyən edilməlidir. Bu, bələdiyyələrin qurumlarının tərkibində yaradılması icbari olan komissiyaların və digər idarəetmə bölmələrinin (şöbələrinin, departamentlərinin və s.) sayının dəqiqləşdirilməsini nəzərdə tutur.

Bələdiyyə qurumlarının kadr resurslarına dair minimum tələblər müəyyən edilməlidir. Bu, bələdiyyə komissiyaları və digər idarəetmə bölmələri (şöbələri, departamentləri və s.) üzrə normativ əsasında müəyyənləşdirilən ştatların sayının dəqiqləşdirilməsini nəzərdə tutur.

Bələdiyyə qurumlarının normal fəaliyyəti üçün mininum büdcə təminatı işlək mexanizmə çevrilməlidir. Bu, minimum zəruri ehtiyacların ödənilməsi üçün yerli büdcə xərclərinin yol verilən ən aşağı həddidir. Həmin səviyyə bələdiyyənin öz gəlirləri hesabına təmin olunmadıqda dövlət onu kompensasiya etmək öhdəliyi daşıyır.

Tarix: 15 Fevral 2010  |  Baxış sayı: 1063




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV