“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, yanvar ayında Azərbaycanın beynəlxalq ehtiyatlarının həcmi 3,9% artaraq $5 milyard 887,4 milyona yüksəlib.
Ötən ilin dekabrında beynəlxalq ehtiyatların həcmi $5 milyard 668,1 milyon təşkil edib. 2010-cu ilin birinci ayında bu göstərici $219,4 milyon artıb və $5 milyard 887,4 milyona çatıb.
2009-cu ilin yanvar ayı ilə müqayisədə ehtiyatlar 8,6% və ya $553,7 milyon azalıb. Ötən ilin yanvar ayında bu göstərici $6 milyard 441,1 milyona bərabər olub.
Beynəlxalq ehtiyatın $5 milyard 588,2 milyonu xarici valyutada yerləşdirilən aktivlər təşkil edir. Ölkənin BVF-dəki ehtiyat mövqeyi $0,1 milyona bərabərdir. SDR-də (xüsusi borclanma hüququ) yatırılan vəsaitin həcmi $299,16 milyondur.
Xatırladaq ki, ölkənin beynəlxalq ehtiyatlarının tərkibinə qızıl yoxdur.
Məlumat üçün bildirək ki, beynəlxalq ehtiyatlara Neft Fondunun vəsaiti daxil deyil.