Beynəlxalq Valyuta Fondu mərkəzi banklara maliyyə börhanının aradan qaldırılması üzrə tədbirlərə yanaşmanı köklü dəyişməyi təklif edib. Təklifə görə, banklar inflyasiyanın hədəf səviyyəsini “sülh” dövründə 4%-ə qədər qaldıra bilərlər.
“İqtisadi forum” jurnalının məlumatına görə, BVF-nin baş iqtisadçısı Olive Blanşar mərkəzi banklara hədəf inflyasiya səviyyəsini qaldırmağı və resesiyanın təkrarlanması ehtimalını azaltmaq üçün hazırki dövrdə onun tempini çox da saxlamamağı tövsiyə edib. BVF-nin yeni tövsiyəsi Fondun kursunun kifayət qədər dəyişdiyini göstərir.
“The Wall Street Journal” qəzetinin yazdığına görə, dünya iqtisadi tənəzzülü mövcud makroiqtisadi siyasətdə çatışmazlıqları üzə çığardı: məsələn, mərkəzi banklar iqtisadiyyatın tənzimlənməsi zamanı uçot dərəcələrinə üz tuturlar. Blanşara görə, böhran bizi böhrandan sonrakı makroiqtisadi tənzimləmə arxitekturası barədə fikirləşməyə vadar edir.
BVF ekspertlərinin hazırladığı məruzədə qeyd edilir ki, requlyatorlar iri maliyyə böhranlarının aradan qaldırılması üzrə tədbirlərə yanaşmaya yenidən baxmalıdırlar.
Fond tövsiyələrinin birində mərkəzi banklara təklif edir ki, “böhranın aradan qaldırlması zamanı pul-kredit tənzimlənməsi sferasında fəaliyyətə sərbəstlik yaratmaq məqsədilə adi vaxtlarda yüksək inflyasiya səviyyəsinə səy göstərməlidirlər”. Hazırda dünyaını əksər mərkəzi banklarında inflyasiyanın hədəf səviyyəsi 2% təşkil edir. BVF bu səviyyəni 4%-ə qaldırmağı tövsiyə edir.
Blanşarın fikrincə, böhran olmayan dövrdə 4%-lik inflyasiya şəraitində uçot dərəcələri 6-7% təşkil edəcək və mərkəzi banklar zərurət olduqda onu azaldacaqlar.
Ekspertlərin fikrincə, yüksək inflyasiya tempinin 1970-1980-ci illərdə hansı mənfi nəticələrə gətirib çıxardığını görən mərkəzi banklar BVF-nin tövsiyəsini həvəssiz bölüşür.