Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

KİV nümayəndələrinin nəzərinə!!!

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
“Azərbaycanda dövlət satınalmaları sistemində problemlər”
mövzusunda

jurnalist araşdırmaları müsabiqəsinin
növbəti mərhələsini elan edir.
Müsabiqədə yazılı və elektron KİV-də çalışan bütün jurnalistlər iştirak edə bilərlər.

davamı

VALYUTA
  1 USD 0.8038
  1 EUR 1.0203
  1 RUB 0.1409
  1 GBP 0.1104
  100 JPY 0.2123
07.09.2010 23:09
SORĞU
Sizcə, hökumət SSRİ dövründə banklarda yatırılmış əmanətləri qaytaracaq?
Bəli
Xeyr
Bilmirəm
NƏŞRLƏR
TəDQIQATLAR


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Azərbaycan Kənd Bələdiyyələri Assosiasiyasının fəaliyyətinin qiymətləndirilməsinə dair TƏDQİQAT HESABATI

Effektiv bələdiyyə institutunun formalaşması yerli özünüidarə birliklərinin fəaliyyətinin səmərəli qurulmasından əhəmiyyətli dərəcədə asılıdır. Bəzən bu cür birliklərə yalnız bələdiyyələrarası əməkdaşlığın bir forması kimi baxılır. Lakin belə yanaşma yerli özünüidarə Assosiasiyalarının statusunu xeyli aşağı salır. Bələdiyyə birlikləri yerli özünüidarə orqanları arasında əməkdaşlıq formatından daha çox, mərkəzi hökumət qarşısında həmin orqanların maraqlarını təmsil edən institutdur. Odur ki, beynəlxalq təcrübədə bələdiyyə Assosiasiyalarının fəaliyyətinin effektivliyi məhz onun öz üzvlərinin maraqlarını təmsil etmə bacarığı əsasında qiymətləndirilir.

Təqdim edilən tədqiqat çərçivəsində Kənd Bələdiyyələri Assosiasiyasının (KBA) timsalında Azərbaycanda yerli özünüidarə birliklərinin fəaliyyəti qiymətləndirilib. Tədqiqat obyekti olaraq yalnız KBA-nın seçilməsi iki amillə bağlıdır. Əvvəla, məlumatlardan da göründüyü kimi, Azərbaycan bələdiyyələrin mütləq əksəriyyəti bu birlikdə toplanıb. Başqa tərəfdən, bu tədqiqat «Oxfam» və İCCO-nun dəstəyilə reallaşdırılan «Azərbaycanda yoxsulluğun azaldılmasında bələdiyyələrin rolunun artırılması» layihəsi çərçivəsində aparılıb. Həmin layihə çərçivəsində isə məhz kənd bələdiyyələrilə əməkdaşlıq edilir. 

Tədqiqat çərçivəsində konkret suallar müəyyən edilib və həmin sullara cavab axtarılıb. Məsələn, hazırda Azərbaycanda KBA-nın fəaliyyəti səmərəlidirmi və bu hansı meyarlar əsasında müəyyən olunmalıdır, beynəlxalq təcrübə əsasında müqayisə apardıqda Azərbaycanın analoji qurumlarının fəaliyyətində hansı fərqli cəhətlər müşahidə olunur, bu qurumların fəaliyyəti Avropa Şurasının standartlarına nə dərəcədə uyğundur və s. kimi suallar layihə ekspertlərinin tədqiqat istiqamətlərini təşkil edib.

Qabaqcıl təcrübələrin obyekti kimi Estoniya, Norveç, Finlandiya, Rusiya, Qırğızıstan və İsveç bələdiyyə birlikiləri seçilib. Eyni zamanda, Azərbaycan KBA-nın fəaliyyətini qiymətləndirmək üçün meyarlar (cəmi 10 meyar) işlənib hazırlanıb. Həmin meyarlar elə seçilib ki, onlar KBA-nın həm institusional, həm də cari fəaliyyətini qiymətləndirməyə imkan verir. Nəhayət, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən və KBA-da təmsil olunan bələdiyyələr arasında keçirilən sorğular, KBA nümayəndələrindən, yerli özünüidarə problemləri üzrə ekspertlərdən və bu sahəni işıqlandıran media təmsilçilərindən götürülən müsahibələr Assosiasiyanın fəaliyyətini qiymətləndirmək üçün əsas məlumat mənbəyi kimi istifadə olunub.



Sənədin tam mətnini buradan yükləyə bilərsiniz
Tarix: 17 Fevral 2010  |  Baxış sayı: 155




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Səxavətli neft pulları və «xəsis» büdcə hesabatı
 
İKİNCİ YAZI
 
Azərbayсanda büdсə xərсlərinin həm effektivliyi, həm də şəffaflığı son dərəсə сiddi problemdir. Məmurlar büdсə vəsaitlərilə şəxsi pulları kimi davranırlar. Ən pisi odur ki, ölkədə nə iсtimai vəsaitlərin effektiv və şəffaf istifadəsinə təminat verən qanunveriсi baza, nə də fəal iсtimai nəzarət mexanizmləri var. 

Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
AZƏRBAYCANIN BANKLARI, BİRLƏŞİN!
 
                   II YAZI
 
Azərbaycanda bankların çoxluğu ilə bağlı müzakirələr son aylar gündəmdən düşmür. Bu müzakirələr xüsusilə də Mərkəzi Bank rəsmisinin bankların sayının yarıbayarı azaldılmasının zəruri olması fikrindən sonra daha da qızışıb. Bankın rəhbəri Elman Rüstəmov birləşmənin hazırda gündəmdə olmadığını açıqlasa da bu prosesin gec-tez baş verəcəyi şübhəsizdir. E.Rüstəmov əslində birləşmənin uzunmüddətli proses olduğunu deməklə bankların sayının azaldılmasının gündəmdən çıxmadığına dolayısı işarə vurub.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV