Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Bir daha pullu təhsil xaosu haqqında

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev bu həftə ciddi bir məsələni gündəmə gətirib. “Media forum” saytında "Pullu təhsil xaosu" yazısı ilə çıxış edən ekspert göstərib ki, qüvvədə olan normativ-hüquqi aktlara əsasən, dövlətin pullu təhsil xidmətləri üzrə ödəniş haqlarını Tarif Şurası müəyyənləşdirməli olsa da, reallıq tam əksinədir: “Şuranın 23 iyul 2004-cü ildən 31 iyul 2009-cu ilədək qəbul etdiyi 55 qərar arasında təhsil haqlarının müəyyən olunması ilə bağlı hər hansı sənəd yoxdur. Əldə olunan məlumata görə, təhsil haqları dövlət ali təhsil müəssisələri rektorlarının əmrilə təsdiqlənir”.

Ekspert qeyd edir ki, “Tənzimlənən qiymətlər haqqında” qanunun 9-cu maddəsinə görə, qiymətlərini dövlətin tənzimlədiyi məhsullara (xidmətlərə) sərbəst qiymət təyin olunması hüquqi məsuliyyət doğurur və Tarif Şurası həmin qiymətləri ləğv etməlidir.

“Media forum” saytı mütəxəssisin qaldırdığı məsələni araşdırmağa çalışıb.

Tarif Şurasının katibi Elşən Əsədov “Media forum” saytına açıqlamasında bildirib ki, indiyə qədər qurum dövlət müəssisələrində təhsil haqqı ilə bağlı heç bir qərar qəbul etməyib. Bəzi subyektlərlə yazışmalar olub. Tarif Şurasına hər hansı bir rəqəm yazıb yollamaqla məsələ bitmir. Müraciət əsaslandırılmış şəkildə olmalıdır. Yəni nəyə görə bu və ya digər xidmətin qiyməti filan səviyyədə olmalıdır – bu əsaslandırılmalıdır”.

Katib ödənişli təhsilin qiymətinin müəyyənləşdirilməsi üçün Tarif Şurasına hansı ali məktəblərin müraciət etdiyini bildirməyib.

Subyekt dedikdə kim nəzərdə tutulur? Tarif Şurası katibinin sözlərinə görə, qaydalarda subyektlər qeyd olunub: “Bu, Təhsil Nazirliyi də ola bilər, ali məktəb də”.

Dillər Universitetinin rektoru Səməd Seyidov “Media forum” saytına açıqlamasında bildirib ki, qiymətlərin formalaşmasına müdaxilə etmirlər: “Universitet olaraq heç bir müdaxilə yoxdur. Bizə rəhbərlik edən orqan Təhsil Nazirliyidir və birbaşa Tarif Şurasına müraciət edə bilmərik. Hər hansı qiymət dəyişikliyi məsələsi olursa, bunu Təhsil Nazirliyi ilə müzakirə edirik, Tarif Şurası ilə yox. Tarif Şurası ilə münasibətləri isə Təhsil Nazirliyi nizamlayır”.

Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə 2005-ci ildən indiyə qədər Tarif Şurasının pullu təhsillə bağlı hər hansı qərar qəbul edib-etməməsi barədə məlumatsızdır: “Əlbəttə, hansı ali məktəb təhsil haqqını artırırsa, bunu Tarif Şurası müəyyən etməlidir. Olmayıbsa, səbəbi onların özlərindən soruşmaq lazımdır”.

Bəs Təhsil Nazirliyinin bu məsələni Tarif Şurasının qarşısında qaldırmaq səlahiyyəti yoxdurmu? Mətbuat xidməti rəhbərinin sözlərinə görə, qiymətlərin müəyyənləşdirilməsi üçün Tarif Şurasına ali məktəbin rəhbərliyi müraciət eləməlidir: “Ali məktəb özü əsaslandırmalıdır ki, o, ödənişli təhsilin qiymətini hansı səbəbdən qaldırır”.

Hazırda dövlət ali məktəblərdə ödənişli təhsilin qiyməti nəyə əsasən müəyyənləşib? Nazirlik yetkilisinin sözlərinə görə, ali məktəb təhsil haqqının qiymətini əsaslandırır: “Misal üçün, maddi texniki bazanın yenilənməsi, əməkhaqlarının artırılması zərurəti ola bilər. Tutaq ki, tədrisin keyfiyyətinin qaldırılması üçün xaricdən filan professoru dəvət eləmək lazımdır. Elə Tarif Şurası da onun üçündür ki, bütün dövlət müəssisələrində qiymətləri tənzimləsin. Tarif Şurasının üzvlərindən biri də bizim nazirliyin nümayəndəsidir. Onun iclasında əsaslandırılır ki, hansı səbəbdən qiymət artır”.

Hazırda dövlət ali müəssisələrində ödənişli təhsilin vəziyyətini şərh etmək istəməyən B.Hüseynzadə əlavə edib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda qiymətlər normaldır: “Düzdür, özəl ali məktəblərdə təhsil haqqı yüksəkdir, bu məsələni Təhsil Nazirliyi də dəfələrlə qaldırıb. Necə ola bilər ki, 70-90 illik tarixi olan universitetdə təhsil haqqı, misal üçün, 300-500 manat olduğu halda təzə açılan universitet 3000-5000 manat qiymət qoyur?”

B.Hüseynzadə deyib ki, Azərbaycan təhsilində dünyanın heç bir ölkəsində olmayan bir sistem saxlanılır: “İmkansiz ailələrin istedadlı uşaqları üçün bizim ali məktəblərdə 50 faiz yer nəzərdə tutulur. Bu, dünyanın heç bir ölkəsində yoxdur. Ali məktəbdə pulsuz təhsil anlayışı dünyanın, demək olar, heç bir ölkəsində yoxdur. Kim istedadlıdırsa, ailəsinin imkanı yoxdursa, dövlət onu uşaq bağçasından, məktəbdən oxudur”.

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin ilk sədri Vurğun Əyyub hesab edir ki, dövlət təhsil müəssisələrində ödənişli təhsillə bağlı sistemsizlik nəzərə çarpır: “Avropada ali təhsilin pulsuz olması istiqamətində ciddi mübahisələr gedir. Elə bu yaxınlarda Almaniyada tələbə hərəkatının şahidi olduq. Bunun müqabilində Azərbaycanda analoqu olmayan iqtisadi inkişafdan danışıb dövlət təhsil müəssisələrində ödənişli yerlərin sayını artırmaq heç bir məntiqə sığmır. Kobud şəkildə desək, bu, dövlətin öz vətəndaşının cibinə girməsi deməkdir. Bu imkanı yaradanlar ona əsaslanırlar ki, inkişaf edən ölkələrdə ali təhsil pulludur. Unudurlar ki, həmin ölkələrdə vətəndaşların gəlirləri ilə bizim ölkə vətəndaşlarının gəlirləri sadəcə müqayisəedilməzdir. İkincisi, hər hansı bir tələbə təhsil haqqını ödəmək istiqamətində bizdəki çətinliklərlə qarşılaşmır. Xaricdə müxtəlif fondlar tələbələrə kreditlər verir. Bu da təhsil haqqını ödəmək probleminin həllini asanlaşdırır”.

Mövzunun hüquqi aspekti haqqında fikirlərini bildirən V.Əyyubun sözlərinə görə, məsələnin araşdırılması çox asandır: “Təhsil Nazirliyi dəfələrlə elan edib ki, onların da Tarif Şurasında nümayəndələri var. Hər hansı ali məktəb təhsil haqqını qaldırılması təklifi ilə Tarif Şurasına müraciət eləməlidir və Təhsil Nazirliyinin nümayəndəsi də öz rəyini bildirməlidir. Amma istər Təhsil Nazirliyinin açıqlamalarından, istərsə də real faktlardan görünür ki, bu proses aşkar və şəffaf aparılmır. Bu il müəyyən institutlarda təhsil haqları qaldırıldı, nazirlik dərhal reaksiya verdi ki, onların bundan xəbəri yoxdur, ali məktəblər təhsil haqqını özbaşına qaldıra bilməz. Açıqlamalardan da görünür ki, bu məsələlər şəffaf aparılmır. Əgər ali məktəb Tarif Şurasına müraciət edibsə, niyə Təhsil Nazirliyinin xəbəri yoxdur? Axı Təhsil Nazirliyinin nümayəndəsi Tarif Şurasında əyləşir...”

V.Əyyubun sözlərinə görə, Tarif Şurasının bu barədə razılığı yoxdursa, təhsil müəssisəsinin rəhbərliyi qiymətləri artırmaqla qanunsuz addım atır və bunun qarşısı alınmır: “Bütün bunlar vətəndaşa zərbə deməkdir. 500-dən çox bal toplayan abituriyent təhsildən kənarda qalıb. Bu cür halları əsaslandırmağa çalışırlar ki, abituriyent düzgün seçim etməyib. 570 bal toplayanın pullu ixtisas seçməyə imkanı olmur. O, ödənişsiz ixtisas seçir, orda isə yer az olduğundan daha yüksək bal toplayanlara uduzub kənarda qalır. Eyni zamanda isə ondan dəfələrlə az bal toplayan, istedadsız, amma pulu olan abituriyent tələbə adını qazanır.

Bir çox problemlərin kökü məhz ödənişli təhsil yerlərinin çoxluğundadır. Hesab edirəm ki, bu məsələ artıq köhnəlib. Misal üçün, 10-15 il əvvəl bunu ali təhsil müəssisələrinin maddi-texniki bazasının köhnəlməsi ilə əlaqələndirdilər. Amma bu gün belə bir inkişafdan danışılırsa, ölkəyə neftdən gələn milyardların müqabilində ödənişli təhsilin qalmasının nə mənası var?

İkincisi, ödənişli təhsildən qazanılan pulların hara xərclənməsi prosesi şəffaflıq və aşkarlıq şəraitində getmir. Ödənişli təhsildən gələn gəlir doğrudanmı ali məktəbin maddi-texniki bazasının yaxşılaşdırılmasına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına sərf edilir? Ali məktəb müəllimləri misallar gətirə bilərlər ki, müəllimlərə əlavə nələr edirlər. Amma qazanılmış pulların müqabilində görülən işlər nə qədərdir, bundan cəmiyyətin xəbəri yoxdur. Heç mətbuata da bu barədə açıqlama da verilmir”.

 
Tarix: 03 Sentyabr 2009  |  Baxış sayı: 1204




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV