Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Pensiya sistemi: müsbət və mənfi məqamlar
Pensiyaların hesablanması formulu xeyli sadələşdirilməsi və real gəlirlərin həcmindən asılı olması kimi müsbət məqamlar olmasına rəqmən insana əməyinə görə qiymət verilməməsi, sosial pensiyaya çıxmaq problemləri, vətəndaşlıqdan imtina edən şəxslərin pensiyadan məhrum edilməsi kimi mənfi məqamlar da mövcuddur. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Tədqiqatlar Mərkəzi fevralın 18-də “Azərbaycan Respublikasında mövcud pensiya sistemi və islahatlar” adlı dəyirmi masa təşkil edib.

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) İdarə Heyətinin sədri Qubad İbadoğlu layihə çərçivəsində görülən işlərdən, fəaliyyət istiqaməti kimi pensiya islahatlarının seçilməsi zərurətindən danışıb. Onun verdiyi məlumatdan aydın olub ki, müzakirəyə təqdim olunana hesabatda  Azərbaycanın mövcud pensiya sistemi, onun formalaşma tarixi, aparılan islahatlar, əldə olunan nəticələ araşdırılaraq, təhlil olunub, mümkün ssenarilər və perspektivlər göstərilib, tövsiyələr hazırlanıb.

Tədqiqat hesabatını iştirakçılara onun əsas müəllifi olan Milli Büdcə Qrupunun üzvü, professor Fuat Rəsulov təqdim edib. Onun verdiyi məlumata görə, dünya praktikasında ötən əsrin 70-ci illərinə qədər əsasən pensiya təminatının «həmrəylik sistemi»ndən istifadə olunub: “Bu sistemə görə bütün işçilər sosial sığorta ödənişləri edirdilər. 70-ci illərin əvvəllərindən başlayaraq Avropada qocalma hallarının qlobal xarakter alması və doğum səviyyəsinin aşağı düşməsi nəticəsində inkişaf etmiş ölkələrdə «həmrəylik sistemi»nin effektivliyinin aradan qalxmasına və mövcud pensiya sisteminin ciddi maliyyə problemləri ilə üzləşməsinə gətirib çıxardıb. Buna görə də inkişaf etmiş dövlətlər yeni  - «fərdi» sistemə keçdilər.”

Tədqiqatçı bildirib ki, 2006-cı ildə Azərbaycan da eyni səbəbdən fərdi uçot sisteminə keçib. Belə ki, həmin ilin yanvarından ölkədə “Əmək pensiyası” haqqında yeni qanunun tətbiqinə başlanıb. Bu qanuna əsasən pensiyalar üç hissəyə bölünür: baza, sığorta və yığım hissəsinə. 2009-cı ildə isə bu qanuna ciddi dəyişiklik və əlavələr olunub. Əsas dəyişikliklər bunlardır:

  • Kişilər üçün pensiya yaşı 2010-12-ci illərdə hər il 6 ay olmaqla 62-dən 63-ə, qadınlar üçünsə 2010-2015-ci ilədək hər il 6 ay olmaqla 57-dən 60-a qaldırılıb.
  • Əmək pensiyası almaq üçün tələb olunan 5 illik sığorta stajı 12 ilədək artırılıb.
  • Çoxuşaqlı anaların pensiyaya çıxmaq üçün imtiyazları azaldılıb
  • 10-cu maddəyə əsasən yaşa görə əmək pensiyası hesablanması üçün yeni düstur təklif olunur.

“Pensiya sistemində baş verən bu dəyişikliklərin bir sıra müsbət və mənfi cəhətlərini qeyd etmək mümkündür. Müsbət cəhətləri ondan ibarətdir ki, pensiyaların hesablanması formulu xeyli sadələşdirilib və yeni model daha çox sığorta istiqamətli modeldir. Pensiyanın həcmi işçinin təkcə iş stajından deyil, onun real gəlirlərinin həcmi və işəgötürənin Sosial Müdafiə Fonduna ödədiyi sığorta ödəmələrindən asılıdır. Pensiya yaşının artırılması əhalinin əmək fəaliyyəti ilə məşğul olması imkanını yüksəldəcək və müəyyən zamanda pensiyaya çıxanların sayı azalacaq və sair. Mənfi cəhətləri isə bundan ibarətdir ki yaxın zamanda hər bir insana əməyinə görə qiymət verilməyəcək; fəaliyyətdə olan qanunvericilik işləmək qabiliyyəti olmayan ahıl adamlara  vaxtından əvvəl sosial pensiyaya çıxmağa imkan vermir; xaricdə işləyənlər o halda pensiya ala biləcəklər ki, həmin ölkə ilə Azərbaycan arasında müvafiq müqavilə imzalanmış olsun; başqa ölkəyə gedən və Azərbaycan vətəndaşlığından imtina edən şəxslər pensiyadan məhrum edilirlər;

eyni zamanda pensiyaların sığorta hissəsinin inflyasiyaya uyğun olaraq indeksləşdirilməsi büdcəyə əsaslandığından gərginliyə səbəb olur. Fəaliyyətdə olan qanunvericilik işəgötürənləri vergilərin və sosial vergilərin düzgün ödənilməsinə stimullaşdırmır.”

Bütün bunları nəzərə almaqla, İTM ekspertləri yaxın gələcəkdə Azərbaycanın pensiya sistemində köklü və müsbət dəyişiklikləri şərtləndirə biləcək tədbirlərin aşağıdakı ssenarisini mümkün sayırlar:

  1. Əmək və vergi qanunvericiliyinə dəyişikliklər, eləcə də sosial vergilər üçün yeni sosial vergi tarifləri işlənib hazırlanır ki, bu, həm işəgötürənlərin sosial vergiləri tam həcmdə ödəməsinə, həm də bu məsələdə işçilərin özlərinin rollarının və məsuliyyətinin artmasına kömək edəcək. Təklif olunur ki, sosial vergilərin həcmi 25%-dən 18%-ə endirilsin. Eyni zamanda iştirakçıların (işəgötürən və işçilər) sosial vergilər ödənişində payları dəyişdirilməlidir: 50/50 nisbəti təklif olunur.

Sosial vergilərdən yayınma hallarını azaltmaq və hətta tam aradan qaldırmaq, sığorta ödəyicilərinin sayının artırılması məqsədilə işəgötürənlər və yeni iş yerləri yaradan sahibkarları biznes fəaliyyətində stimullaşdırıcı tədbirlərin tətbiqi məqsədilə ciddi addımlar atılmalıdır. Azərbaycanın əmək bazarında vəziyyətin qeyri-sabit və qeyri-şəffaf olması pensiya təminatının keyfiyyətli şəkildə həyata keçirilməsinə mane olur. Sosial vergilərin azaldılması (müəssisələr üçün əmək haqlarından ödənilən sosial verginin əmək haqqının 22 faizindən 9 faizə endirilməsi) «qara ödənişlərin» qarşısına sədd çəkəcək. Əmək haqlarının real və obyektiv ödənişləri fiziki şəxslərdən dövlət büdcəsinə daxil olan gəlir vergilərini xeyli artıracaq. Bu zaman müəssisənin buraxdığı məhsulların maya dəyəri yüksəlməyəcək, hətta bir qədər aşağı düşəcək ki, bu da öz növbəsində müəssisələr üçün stimullaşdırıcı faktor rolunu oynayacaq və Pensiya Fondu ilə partnyor münasibətlərinin formalaşmasına gətirib çıxaracaq. DSMF bunadək vergilər şəklində daxil olan vəsaitlərin 12,5 %-ni baza pensiyasının ödənişinə yönəldirdisə, yeni variantda bu məqsədlərlə 9 % ödəniş ediləcək. Lakin real əmək haqqının gizlədilməsi nəticəsində daxil olan vergilərin bundan sonra real vergilərlə əvəz olunması vəsaitlərin artımına gətirib çıxaracaq və Pensiya Fondunun büdcədən transfertlərə ehtiyacını və ümumiyyətlə, dövlət büdcəsindən asılılığını ildən-ilə azaldacaq.  

2. Ölkədə fəaliyyət göstərən qeyri-bank maliyyə təşkilatları əsasında özəl pensiya fondlarının yaradılması istiqamətində real addımlar atılır. Özəl pensiya fondlarının yaranması bir tərəfdən Dövlət Sosial Müdafiə Fondu ilə onların arasında rəqabətə gətirib çıxarır (bu səbəbdən DSMF onların belə tezliklə yaradılmasında maraqlı deyil), digər tərəfdən bu sahədə yeni strukturların yaradılması perspektivdə DSMF-nin yalnız baza pensiyaları ilə təminat sahəsi ilə məşğul olacağını göstərir, bununla da ölkənin dövlət büdcəsi böyük bir gərginlikdən xilas olur. Bu fondların əsas vəzifəsi gələcək pensiyaçıların vəsaitlərini effektiv idarə etməkdir.

İTM ekspertləri hesab edirlər ki, bu addımların nəticəsi olaraq, DSMF-nin dövlət büdcəsindən asıllığı və eyni zamanda dövlət büdcəsinin yükü təxminən 8-10 ildən sonra xeyli azala bilər. Eyni zamanda bu, ölkədəki “gizli iqtisadiyyatın” və insanların real qəlirlərinin önəmli hissəsinin leqallaşmasına səbəb olar, qeyri-büdcə sahəsində çalışan şirkətlərin öz işçilərinin sosial təhlükələrdən sığortalanmasında maraqlarını artırar və onları sosial vergiləri ödəməyə stimullaşdırar.

Təqdimatdan sonra dəyirmi masa iştirakçıları müzakirələrə başlayıblar. Milli Məclisin üzvü Vahid Əhmədov bildirib ki, pensiyanın baza hissəsi ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılmadığı halda pensiya sistemində hansısa islahatlardan danışmaq mümkün deyil: “Bu gün Pensiya Fondu dövlət büdcəsindən yarım milyard manat alırsa, bu məbləğ ildən-ilə artırsa, belə olan halda hansı islahatdan söhbət gedə bilər? Bu, çox ciddi problemdir.” Millət vəkilinin sözlərinə görə, qanunvericiliyə edilən son dəyişikliklər çoxuşaqlı qadınların pensiya təminatı sahəsindəki imtiyazlarını birmənalı şəkildə ləğv edib: “Bu gün Azərbaycanda 5 uşağı olan anaları barmaqla saymaq olar... Buna görə də hesab edirəm ki, bu islahat Azərbaycan əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına deyil, daha da pisləşməsinə aparıb çıxaracaq. Dörd ildir biz Milli Məclisdə məsələ qaldırırıq ki, özəl pensiya fondları yaradılsın. Xatırlayırsınızsa, vaxtilə sığorta sahəsində də bir qurumun inhisarçılığı var idi. Özəl şirkətlərin yaranmasına icazə verilən kimi bu sahə sürətlə inkişaf etdi, əhalinin da sığortaya inamı getdikcə artır. Hesab edirəm ki, pensiya fondları ilə bağlı da eyni addım atılsa, daha uğurlu nəticələr əldə olunacaq.” V.Əhmədov pensiya təminatı sahəsində dövlət qulluqçuları və digər kateqoriyalara xüsusi imtiyazların verilməsinin sosial ədalətsizlik olduğunu qeyd edib.

Milli Məclisin digər üzvü Nazim Məmmədov bildirib ki, pensiya sistemində islahatların davam etdirilməsi, özəl pensiya fondlarının yaradılması işinin sürətləndirilməsi zəruridir.

Tacirlər və İstehsalçıların Birliyinin sədri Sevgim Rəhmanov gizli iqtisadiyyatın və hökumət strukturlarında olan neqativ halların, korrupsiyanın aradan qaldırılmasının vacibliyini vurğulayıb.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev dövlət qurumları arasında effektiv koordinasiyanın yaradılmasının gərəkdiyini qeyd edib.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayılın fikrincə, ilk növbədə pensiya-sığorta sisteminin fəlsəfəsi müəyyən olunmalı, daha sonra ona uyğun islahatlar aparılmalıdır: “Fəlsəfə dəyişdirilməyincə, islahatlar effektsiz olacaq.”

Tədbirdə iştirak edən Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri İdris İsayev pensiya islahatları barədə qərarların uzun müddətli müzakirə və hesablamalardan sonra qəbul edildiyini bildirib: “Beynəlxalq təşkilatların əksəriyyəti, məsələn, Dünya Bankının özü Azərbaycanın pensiya sistemindəki islahatları təqdir edir. İslahatlar mərhələli xarakter daşıyır. Bu bizə imkan verir ki, neqativ halları vaxtında aşkarlayaraq, aradan qaldıraq.” İ.İsayev onu da qeyd edib ki, Azərbaycanda demoqrafik problem yoxdu: “Ölkəmizin əhalisi gənc yaşlıdır. Bunu Dünya Bankı da qeyd edir ki, Azərbaycanda orta yaş 28-dir. Son illərdə Azərbaycanda pensiyaya çıxan qadınların 45-50 faizini 3-4 uşaqlı qadınlar təşkil edib. Çoxuşaqlı qadınlara inkişaf etmiş ölkələrin heç birində imtiyaz verilmir.”

Tarix: 18 Fevral 2010  |  Baxış sayı: 1373




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV