Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi $1,7 milyard azalaraq fevralın 12-i tarixinə 431,5 milyarda düşüb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bir həftə əvvəl ehtiyatın həcmi $433,2 milyarda bərabər olub.
İlin əvvəlində ölkənin ehtiyatlarının həcmi $439,034 milyard təşkil edib. Yanvar ayı ərzində bu göstərici $3,2 milyard azalıb. İlin əvvəlindən isə azalma $7,5 milyard olub.
Məlumat üçün bildirək ki, Rusiyanın beynəlxalq ehtiyatları Mərkəzi Bankın və Rusiya Hökumətinin sərəncamında yerləşdirilən yüksək likvidli maliyyə aktivlərini əks etdirir. Ehtiyatlar xarici valyutalar, qızıl, SDR və digər ehtiyat aktivlərindən ibarətdir.
Xatırladaq ki, Rusiya valyuta ehtiyatının həcminə görə Çin və Yaponiyadan sonra üçüncü yeri tutur.