Gürcüstanın xarici dövlət borcunun ümumi həcmi 30,8% artaraq 3,43 milyard dollar təşkil edib. Bu borcun 14 milyon dolları Azərbaycanın payına düşür. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi açıqlama verib.
Nazirliyin məlumatına görə, ölkənin dövlət zəmanəti ilə alınmış kreditlər də daxil olmaqla 17 ölkəyə xarici dövlət borcunun ümumi həcmi 31 yanvar 2010-cu il tarixinə 3,43 milyard təşkil edib.
Gürcüstanın beynəlxalq təşkilatlar qarşısında borcu i ərzində $775,566 milyon artaraq $2,368 milyarda yüksəlib. İkitərəfli kreditlər üzrə borc isə $36,161 milyon artıb və $553,839 milyon təşkil edib.
İl ərzində ölkənin Almaniyaya borcu $37,644 milyon, Küveytə 5,95 milyon artıb və uyğun olaraq $196,319 milyon və $18,364 milyon olub. Ancaq bəzi ölkələrin borcunu isə azaltmağa müvəffəq olub. Rusiyaya $1,273 milyon, Yaponiyaya $3,454 milyon, Türkiyəyə $5,882 milyon, Avstriyaya isə $317 milyon qaytara bilib. Hazırda Gürcüstanın Rusiyaya $118,160 milyon, Yaponiyaya $54,806 milyon, Türkiyəyə $35,888 milyon, Avstriyaya $952 milyon borcu qalıb.
Qonşu ölkənin Azərbaycana olan borcunun həcmi $14 milyon 295 min təşkil edir. Eyni zamanda İrana $11,189 milyon, Ermənistana $17,1 milyon, Özbəkistana $361 milyon, Ukraynaya $330 milyon, Qazaxıstana $27,274 milyon, Çinə $4,394 milyon, Niderlanda $10,361 milyon, ABŞ-a $36,787 milyon, Fransaya $6,548 milyon borcludur.