Beynəlxalq Valyuta Fondu Rumıniyaya ümumi həcmi 3,32 milyard dollar olan antiböhran kreditlərinin növbəti tranşını ayırıb. “İqtisadi forum” jurnalının İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, qərar Fondun Direktorlar Şurası tərəfindən qəbul edilib.
Bununla da Rumıniyaya ayrılmış kredit resurslarının ümumi həcmi $12,6 milyarda çatıb. Rçıniya üçün BVF proqramı 2009-cu ilin mayında təsdiq edilib və proqramın ümumi həcmi $17,45 milyard dəyərindədir.