Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Uçot dərəcəsi: Rusiya azaltdı, ABŞ artırdı, Yaponiya sabit saxladı
Rusiyanın Mərkəzi Bankı fevralın 24-dən etibarən uçot dərəcələrinin 0,25% azaldılaraq 8,5%-ə endirilməsi barədə qərar qəbul edib. “İqtisadi forum” jurnalının Banka istinadən verdiyi məlumata görə, mart ayında uçot dərəcəsinin yenidən azaldılması istisna edilmir.

Bu hədd ölkə tarixində ən aşağı səviyyədir. Mərkəzi Bank hesab edir ki, dərəcənin azaldılması bankları iqtisadiyyatı kreditləşdirməyə stimullaşdırır. Xüsusilə inflyasiya səviyyəsinin aşağı olması bu tip qərarların təcili həyata keçirilməsini şərtləndirir

Uçot dərəcəsi 2010-cu ildə ilk dəfədir ki, azaldılır. Ötən il mərkəzi bank dərcəni 10 dəfə azalmaq məcburiyyətində qalıb. Apreldən başlayaraq hər ay dərəcələr aşağı salınıb. İl ərzində göstərici 13%-dən 8,75%-ə endirilib.

Rusiya prezidenti Dmitriy Medvedyev fevralın əvvəlində çıxışı zamanı uçot dərəcəsinin azaldılmasının zəruriliyini bildirmişdi. Mərkəzi bank prezidentin təklifinə dərhal reaksiya verərək dərəcələri azaltdı.

Reuters agentliyinin məlumatına görə, ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) fevralın 19-da 2007-ci ildən sonra ilk dəfə olaraq bankların “diskont pəncərə” vasitəsilə borclanması üzrə uçot dərəcələrini 0,25% artıraraq 0,75%-ə yüksəldib.

FES-in açıqlamasında qeyd edilir ki, dərəcələrin qaldırılmasına pul-kredit siyasətinin möhkəmləndirilməsi kimi baxılmamalıdır. Bank addımını Amerika iqtisadiyyatının maliyyə sferasında vəziyyətin yaxşılaşması ilə izah edib.

Qeyd edək ki, ABŞ-da baza uçot dərəcəsi hələki 0-0,25% səviyyəsindədir.

Fevralın 18-də Yaponiyanın mərkəzi bankı uçot dərəcəsini sabit – 0,1% səviyyəsində saxlamaq barədə qərar qəbul edib. Bankın rəhbəri Masaaki Şirakavanın sözlərinə görə, maliyyə vəziyyəti yaxşılaşma əlamətləri göstərir və iqtisadiyyatın pisləşməsi riski bir qədər azalıb.

Tarix: 22 Fevral 2010  |  Baxış sayı: 809




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV