Əmanətlərinizi hansı valyutada yatırmağa üstünlük verirsiniz?
Qlobal iqtisadi böhran dünyada, o cümlədən Azərbaycanda əmanətlərin həm həcminə, həm də strukturuna təsir göstərib. Bunun nəticəsidir ki, əhalinin bir qismi yatırdıqları pulları banklardan geri götürüb, digər qismi əmanətlərinin valyuta strukturuna dəyişiklik edib, üçüncülər isə heç bir dəyişiklik etməyib.
“İqtisadi forum” jurnalı əmanət yatıran zamanı hansı valyutaya üstünlük vermələrini müəyyənləşdirmək məqsədilə dəyərli oxucuları arasında sorğu keçirir.
Sorğuda oxucuların diqqətinə aşağıdakı cavab variantları təqdim edilib:
Manat
ABŞ dolları
Avro
Funt sterlinq
Digər valyutalar
Əmanət qoymaq fikrim yoxdur