Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Avro manata nisbətən 5% ucuzlaşıb
Avrozonada yaşanan böhranın təsiri olaraq avronun dollara və digər valyutalara nisbətən dəyərdən düşməsi Azərbaycan valyutasında da müşahidə edilib. Yanvar ayından başlayaraq avronun manata nisbətən ucuzlaşması tendensiyası fevralda da qeydə alınıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 2010-cu ildə Avropa valyuitası manata nisbətən 5% ucuzlaşıb.

Fevral ayında milli valyutanın ABŞ dollarına nisbətən məzənnəsində demək olar ki, dəyişiklik baş verməyib. Ümumilikdə götürdükdə fevralda 1 ABŞ dolları 0,8034 manat civarında qalıb. İlin əvvəlindən dollar 0,8031-dən 0,8034-ə yüksəlib. 2009-cu ildə isə ABŞ valyutasına nisbətən 0,2% qiymətdən ucuzlaşmışdı.

Yunanıstan böhranının hələ də həllini tapmaması Avropa valyutasının kursuna mənfi təsir göstərməkdə davam edir. Dünyada avronun xüsusilə də dollara nisbətən ucuzlaşması tendensiyası məntiqi nəticəsini milli valyutasının məzənnəsi dollardan asılı olan Azərbaycanda da göstərir. Məsələn, ötən ay avronun manata nisbətən ucuzlaşması son 9 ayda ən aşağı həddə düşmüşdü. Mərkəzi Bankın məlumatına görə, dollardan fərqli olaraq manat fevralda avroya nisbətən 2,3% bahalaşıb. Ötən ay avro 1,1195-dən 1,0916 manata kimi ucuzlaşıb.

Ümumilikdə isə il başlayandan Avropa valyutası manat nisbətən 5,1% dəyərdən düşüb. 2009-cu ili 1,1499 manatla başa vuran avro fevralın sonuna 1,0916 manata enib.

Qeyd edək ki, 2009-cu ildə ümumilikdə avro manata nisbətən 3,4% bahalaşıb. İlin əvvəlində 1,1123 manata olan avro bahalaşaraq ilin sonuna 1,1499 manata yüksəlmişdi.

Digər ucuzlaşma Britaniya funt sterlinqində də qeydə alınıb. Ay ərzində 1 funtun məzənnəsi 1,2962 manatdan 1,2273 manata kimi ucuzlaşıb. İl başlayandan isə Britaniya valyutası manata nisbətən dəyərini 4,9% itirib. Halbuki 2009-cu ildə bu valyuta manata nisbətən 10% bahalaşmışdı.

Avro və funtdan fərqli olaraq yapon iyenası fevralda dəyərini artırıb. Fevralda Yapon iyenası manata nisbətən 0,8% bahalaşıb. Ay ərzində 100 Yapon iyenası 0,8935 manatdan 0,9003 manata enib. 2010-cu ildə bu valyuta manata nisbətən dəyərini 2,8% artırıb.

Manatın rus rubluna nisbətən məzənnəsi ötən ay demək olar ki, sabit qalıb. Halbuki 2009-cu ildə rus pulu manata nisbətən 3,3% ucuzlaşmışdı.
Tarix: 03 Mart 2010  |  Baxış sayı: 859




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV