Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Ötən il dövlət büdcəsi 15% kəsirlə icra olunub
Sosial müdafiə xərcləri isə 80 milyon manat ixtisar olunub

2008-ci illə müqayisədə ötən il ÜDM 9,3% artaraq 3,46 milyard manata, qeyri-neft sektoru üzrə isə 3,2% artaraq 15,7 milyard manata çatıb. Adambaşına duşən ÜDM 7,9% artaraq 3917,3 manat, ölkədə orta aylıq əmək haqqı 8,6% artaraq 298 manat, əhalinin adambaşına duşən gəlirləri 6,7% artaraq 2537,2 manat təşkil etmiş, vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait 8,7% artıb.

"İqtisadi forum" jurnalının Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2009-cu ildə inflyasiya tempi 20,8%-dən 1,5%-ə qədər azalıb. Bü müddətdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 12,5%, pərakəndə əmtəə dövriyyəsi isə 8,9% artıb.

Yola saldığımız ildə dövlət büdcəsinin mədaxil proqnozu 12,177 milyard manata qarşı 10325,9 milyon manat və ya 84,8% icra edilib. Bu da 2008-ci illə müqayisədə 436,8 milyon manat və ya 4,1% azdır.

Büdcə daxilolmalarının 39,8%-i Vergilər Nazirliyinin, 10,8%-i Dövlət Gömrük Komitəsinin payına düşüb. Nazirlik tərəfindən büdcəyə 4113,5 milyon, Komitə tərəfindən isə 1112,7 milyon manat vəsait ödənilib. Bundan başqa Dövlət Neft Fondundan 4915 milyon manta və ya cəmi gəlirlərin 47,6%-i həcmində vəsait daxil olub. Büdcənin 1,8%-i və ya 184,7 milyon manatı sair mənbələrdən formalaşıb.

Vergilər Nazirliyi proqnoza 71,5% əməl edib. Nazirlik proqnozda nəzərdə tutulandan 1636,5 milyon manat az yığım edib. Bu isə 2008-ci illə müqayisədə 1581,9 milyon manat və ya 27,8% azdır.

2009-cu ildə vergi daxilolmalarının 30,9%-i Dövlət Neft Şirkətinin, 12,5%-i ABƏŞ-in payına düşüb. ARDNŞ tərəfindən  1272,6 milyon manat, ABƏŞ tərəfindən 513,2 milyon manat məbləğində mənfəət vergisi ödənilib. 2008-ci illə müqayisədə ARDNŞ-in mənfəət vergisi ödənişi 1,2% və ya 15,8 milyon manat, ABƏŞ-in ödənişi isə 76,1% və ya 1636,2 milyon manat az olub.

Vergi daxilolmalarının 56,6%-ni və ya 2327,7 milyon manatını qeyri-neft gəlirləri təşkil edib. Bu da proqnoza nisbətən 742,3 milyon manat və ya 24,2% az, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 70 milyon manat və ya 3,1% çoxdur.

Ötən il Dövlət Gömrük Komitəsi proqnoza 85,6% əməl edib. Bu proqnoza nisbətən 187,3 milyon manta az olsa da, 2008-ci illə müqayisədə 2,3 milyon manat və ya 0,2% çoxdur.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində büdcəyə 5 milyon manat və ya proqnozdan 6,4% çox vəsait ödənilib.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları üzrə 137 milyon manat proqnoza qarşı büdcəyə 97,7 milyon manat vəsait daxil olub. Bu maddə üzrə daxilolma 71,3% icra olunub.

Sair gəlirlər üzrə daxilolmalar 70,3 milyon manata qarşı 82 milyon manat icra olunub.

Büdcəsinin xərcləri 12355 milyon manat proqnoza qarşı 10567 milyon manat və ya 85,5% icra olunub. Bu 2008-ci illə müqayisədə 207,2 milyon manat və ya 1,9% azdır.

Bütün xərc maddələri üzrə kəsir qeydə alınıb. Ən çox icra olunan maddə müdafiə xərcləri olub. Bu xərclər 98,2% yerinə yetirilib. Müdafiə xərcləri 844,6 milyon proqnoza qarşı 757,8 milyon manat icra olunub.

Əsas bölmələrə aid edilməyən xidmətlər 97% yerinə yetirilib. Bu xərc maddəsi 865,5 milyon manat proqnoza qarşı 839,6 milyon manat icra olunub.

Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 95,5%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğa 95,4%, nəqliyyat və rabitəyə 95,2% əməl olunub. Bu istiqamətlərdə uyğun olaraq 390,4 milyon, 648,9 milyon, 75,3 milyon manat məbləğində vəsait xərclənib.

Sosial müdafiə və sosial təminat xərcləri 92,9% və ya 80 milyon manat az yerinə yetirilib. Bu xərc maddəsi 1134,4 milyon manat proqnoza qarşı 1054,4 milyon manat icra olunub.

Ötən il ümumi dövlət xidmətləri xərcləri 89,7%, səhiyyə xərcləri 79%, təhsil xərcləri 84,8%, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 91,1%, mənzil və kommunal təsərrüfatı xərcləri 92,2%, sənaye, tikinti və faydalı qazıntılar 75,4%, iqtisadi fəaliyyət xərcləri 93,8% yerinə yetirilib. Büdcədən bu istiqamətlərə müvafiq olaraq 402,4 milyon, 1147,9 milyon, 158,3 milyon, 194,5 milyon, 3 567,3 milyon və 146,3 milyon manat ayrılıb.

Hesabat ilində sosialyönümlü tədbirlərin (elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət xərcləri) maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 26,2%-i və ya 2763 milyon manatı yönəldilib. Bu xərc istiqamətinə yönəldilən vəsait əvvəlki illə müqayisədə 450,4 milyon manat və ya 19,5% çoxdur.

2009-cu ildə dövlət büdcəsinin kəsiri 241,1 milyon manat təşkil edib.

Tarix: 03 Mart 2010  |  Baxış sayı: 978




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV