Yanvarda regionlarda cəmisi 1 bankomat quraşdırılıb
POS terminalların sayı isə azalıb
Yanvar ayında ölkə üzrə quraşdırılan 14 bankomatın cəmisi 1-i regionların payına düşür. “İqtisadi forum” jurnalının Mərkəzi Bankına istinadən məlumata görə, bu müddətdə Bakıda 13 bankomat quraşdırılıb.
Fevralın 1-i vəziyyətinə ölkə üzrə quraşdırılan bankomatların sayı 1708-ə çatıb. Bankomatların 57%-i Bakının, 43%-i isə regionların payına düşür. Hazırda paytaxtda 972, regionlarda 736 bankomat fəaliyyət göstərir.
Bankomatlardan fərqli olaraq POS terminalların sayı sabit – 8657 qalıb. Bakıda əlavə olaraq 2 POS terminal quraşdırılsa da, regionda 2 terminal sıradan çıxıb. Bununla da paytaxtda terminalların sayı artaraq 7873-ə qalxıb, regionlarda isə azalaraq 784-ə düşüb.
POS terminalların 90,5%-i və ya 7833-ü pərakəndə ticarət, ictimai iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Onların 95%-i və ya 7412-i Bakının payına düşür.