Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Azərbaycanda ana və uşaq ölümü gizlədilir
A.Mehtiyev: “Həkim məsuliyyətsizliyi və savadsızlığı, doğuşun ev şəraitində keçirilməsi uşaq ölümünün artmasına şərait yaradır”
 
 2007-cı ildə Azərbaycanda uşaq ölümü göstəricisi beş yaşına çatmamış uşaqlar arasında hər 1000 diri doğulmuş uşağa 39 olub. Bu göstərici üzrə Azərbaycan dünyanın 194 ölkəsi arasında 77-cı yerdə olub. Qonşu Ermənistan 99-cu, Gürcüstan isə 88-ci yerlərdə olub. MDB ölkələrindən Türkmənistan, Özbəkistan və Tacikistan uşaq ölümü səviyyəsinə görə Azərbaycanı qabaqlayır.

“İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış” Koalisiyasının təşkilati dəstəyi ilə martın 4-də "Azərbaycanda ana və uşaq sağlamlığı sahəsində mövcud durum və problemlər" mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada müvafiq dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, QHT təmsilçiləri, həkimlər və müstəqil ekspertlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İTY İB-nin sədri Azər Mehtiyev bildirdi ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda  2015-ci ilin sonunadək 1 yaşınadək uşaqlar arasında ölüm hallarının səviyyəsinə, habelə  ana ölümü hallarının səviyyəsinə görə Avropa ölkələri üzrə orta gostəriciyə çatmaq hədəfi müəyyən edilib. 

O məlumat üçün bildirdi ki, UNİCEF-in son aşıqlamasına görə, 2007-cı ildə Azərbaycanda uşaq ölümü göstəricisi beş yaşına çatmamış uşaqlar arasında (U5-MR) hər 1000 diri doğulmuş uşağa 39 olub (1990-da bu göstərici 98 idi). Bu göstərici üzrə Azərbaycan dünya ölkələri (194 ölkə) sıralamasında 77-cı yerdə olub. Bu sıralamada Ermənistan 99-cu, Gürcüstan isə 88-ci yerlərdə olub. MDB ölkələrindən Türkmənistan, Özbəkistan və Tacikistan uşaq ölümü səviyyəsinə görə Azərbaycanı qabaqlayır. Azərbaycanda 1 yaşadək körpələr arasında ölüm səviyyəsi (U1-MR) 2007-ci ildə hər 1000 diri doğulmuş uşağa 34 təşkil edib (1990-cı ildə 78 idi). Gürcüstanda bu göstərici 27, Ermənistanda isə 22 olub.

Rəsmi məlumatlara görə, 2008-ci ildə uşaq ölümü göstərici 12,0 promilli olubsa, 2009-cu ildə bu göstərici 11,4-də enmişdir. Ana ölümü əmsalı isə ( 100 min diridoğulana) müvafiq olaraq 26,1-dən 24,3-ə enmişdir.

İTYİB-in sədri uşaq ölümü ilə bağlı rəsmi məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. O deyib ki, rəsmi statistikada 2008-ci ildə uşaq ölümü göstəricisinin 12, 2009-cu ildə 11,4 promilli olduğu qeyd olunur. Birliyin rəhbəri ana və uşaq ölümü hallarına səbəb olan amilləri də qeyd edib. Onun sözlərinə görə, tibbi xidmətlərin müyəssərlik səviyyəsinin yetərincə olmaması, həkim məsuliyyətsizliyi və savadsızlığı, qadınların bəzi hallarda qadın məsləhətxanalarına müraciət etməməsi, keyfiyyətli tibbi xidmətin yerində və vaxtında göstərilə bilinməməsi, doğuşun ev şəraitində keçirilməsi, ekologiya və ətraf mühitin vəziyyəti, insanların məlumatsızlığı və digər amillər uşaq ölümünün artmasına şərait yaradır.

A.Mehtiyev son illər ölkədə ana və uşaq sağlamlığının mühafizəsi sahəsində həyata keçirilən işlərin əsas istiqamətləri kimi bunları qeyd etdi: dövlət büdcəsinin “Səhiyyə” bölməsinə ayrılan vəsaitin məbləği ildən-ilə artır; bir sıra xəstəliklər üzrə xüsusi proqramlar çərçivəsində dərman təminatı həyata keçirilir; səhiyyənin maddi-texniki təminatı gücləndirilir; ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı reallaşdırılır; Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı realaşdırılır; sübuta (dəlillərə) əsaslanan təbabətə keçid istiqamətində klinik protokollar hazırlanır; immunlaşdırma prosesləri genişləndirilir və s.

Tədbirdə “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı” və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrasının monitorinqinin nəticələri təqdim edilib.  

AMEA İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Çingiz Baxış ölkədə ana və uşaq ölümü ilə bağlı real göstəricilərin gizlədildiyi qənaətindədir: “Azərbaycanda uşaq ölümü hallarının heç də hamısı rəsmi qeydiyyata alınmır. Xüsusən, rayonlarda və ucqar kəndlərdə belə hallar daha çox müşahidə olunur. Amma bunun müqabilində Səhiyyə Nazirliyinin rəsmi məlumatlarında uşaq ölümü hallarının ildən-ilə aşağı düşdüyü bildirilir. Hər halda, bu məsələdən nazirliyin nümayəndələri də xəbərdardırlar. Lakin nədənsə, uşaq ölümü hallarının bir qisminin rəsmi qeydiyyatdan yayındırılmasına yetərli arqument gətirilmir”. O bunun əslində keçmiş SSRİ dövründən qalma bir “xəstəlik” olduğunu da ifadə etdi.

Dəyirmi masada iştirak edən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdir müavini Elmira Əliyeva son illər ölkədə ana və uşaq sağlamlığının mühafizəsi sahəsində həyata keçirilən işlər barədə məlumat verdi. O, bu sahədə rəsmi məlumatlarla UNİCEF-in məlumatları arasında olan fərqə aydınlıq gətirdi. E.Əliyeva bildirib ki, ölkədə ana və uşaq ölümü hallarının indiki səviyyəsi heç də yalnız tibbi problem deyil: “Burada ölkədəki ümumi iqtisadi vəziyyət də mühüm rol oynayır. Ölkədə iqtisadi və sosial vəziyyət hansı istiqamətdə inkişaf edirsə, səhiyyə problemləri, o cümlədən, ana və uşaqların sağlığının qorunması sahəsindəki işlər də o səviyyədədir. Ona görə də problemin həlli daha çox ictimaiyyətin özündən asılıdır, ictimaiyyətin ana və uşaqların sağlamlığının qorunmasına münasibəti köklü şəkildə dəyişməlidir”.

Elmira Əliyeva vurğulayıb ki, Səhiyyə Nazirliyi imkanları daxilində problemin həlli istiqamətində səy və bacarıqlarını əsirgəmir. Bununla belə, nazirliyin rəsmisi hesab edir ki, problemlə təkcə Səhiyyə Nazirliyi məşğul olmamalıdır: “Başqa dövlət qurumları, ictimai təşkilatlar, əhalinin özü bu sahəyə ciddi fikir verməlidir, ailələrdə maarifləndirmə işləri aparılmalıdır ki, hamilə qadınlar vaxtlı-vaxtında tibb müəssisələrinə müraciət etsinlər”. E.Əliyeva tədbir iştirakçılarının qaldırdığı bir sıra suallara da aydınlıq gətirdi.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə midiri Malik Kərimbəyov ölkənin səhiyyə sistemində aparılan islahatlar, habelə ana və uşaq sağlamlığı sahəsində Mərkəzin həyata keçirdiyi tədbirlər barədə danışdı. O qeyd etdi ki, bilavasitə ana və uşaq sağlamlığı ilə əlaqədar olan 10-dan çox klinik protokollar işlənilib və təsdiq olunub, bunların tətbiqi ilə bağlı rayonlarda seminarlar keçirilir. Şöbə müdiri Mərkəzin yerlərdə bu protokollara əməl edilməsinin monitorinqinə hazırlaşdığını bildirdi. 

Səhiyyə İslahatlarına Dəstək İctimai Birliyinin rəhbəri M. Verdiyev, “Sağlamlığa çağırış” ictimai Alyansının əlaqələndiricisi A. Əsgərova, Mama-Ginekologiya İnstitutunun əməkdaşı E. Eldarova, AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı H.Hümbətov, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İctimai Səhiyyə Proqramının əmkdaşı İ.Mənsumova, Qadın Problemlərinin Araşdırılması Mərkəzinin rəhbəri S.Allahverdiyeva, İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı Dünya sakit və başqaları müzakirə olunan problemin ayrı-ayrı aspektlərinə toxundular. Çıxışların əksəriyyətində belə bir narahatlıq ifadə edilirdi ki, Azərbaycan 2015-ci ilədək ana və uşaq ölümünün azaldılması sahəsində qarşıya qoyulan hədəflərə çatmaya bilər. Çünki bu sahədə həyata keçirilən işlər yetərincə deyil, habelə son illər azyaşlı nikahlar, nikahdankənar doğuşlar, kontrasepsiya vasitələrindən istifadənin azalması, abortların çoxalması və sair kimi bir sıra yeni problemlər də meydana çıxmaqdadır. Müzakirələrə qatılanların yekdil fikrincə, ana və uşaq ölümünün azaldılması, ana və uşaq sağlamlığının gücləndirilməsi yalnız Səhiyyə Nazirliyinin deyil, bütün dövlət qurumlarının. Habelə bütün cəmiyyətin diqqətində olmalı, ictimai səhiyyə və maarifləndirmə işləri gücləndirilməlidir.

Xatırladaq ki, bu il BMT-nin Minilliyin İnkişaf Məqsədləri (MİM) Bəyannaməsinin qəbul edilməsinin 10 ili tamam olur. 2015-ci ilədək 5 yaşadək uşaqlar arasında ölüm hallarının 2/3 dəfə azaltmaq (hədəf 5) və ana ölümü əmsalının ¾ dəfə azaltmaq (hədəf 6) MİM-in mühüm hədəfləri sırasındadır.

 
Tarix: 05 Mart 2010  |  Baxış sayı: 1368




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV