Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Qlobal böhran islahatları stimullaşdırıb

“Doinq biznes 2010” hesabatında Azərbaycanı 38-ci yerdədir

Qloba iqtisadi böhran görünür, bir çox ölkələri iqtisadi sistemdə, o cümlədən sahibkarlıq fəaliyyətində islahatlar aparmağa sövq edib. Belə ki, 2008-2009-cu illərdə 131 ölkədə 287 islahat qeydə alınıb ki, bu da ötən illə müqayisədə 20% çoxdur. Ümumilikdə götürdükdə isə bu göstərici hesabatın dərc olunduğu 2004-cü ildən bəri ən yüksək həddir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “Doinq biznes 2010” hesabatında açıqlanır.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hər il hazırladığı hesabata görə, 2008-2009-cu illərdə record sayda - 131 ölkədə biznesin nizamlanması sahəsində islahatlar həyata keçirilib. Bu islahatların əsas vəzifəsi müəssisələri yaradılması prosedurlarının və biznesə girişin sadələşdirilməsi, mülkiyyət hüquqlarının möhkəmlənməsi, kommersiya xarakterli mübahisələrin tənzimlənməsi prosedurlarının təkmilləşdirilməsi və müflisləşmə prosedurlarının sovuşması olub.  Maraqlısı odur ki, bu nəticə məhz qlobal iqtisadi böhran şəraitində baş verib.

Bu hesabatda Azərbaycanın mövqesində dəyişiklik olmayıb və 38-ci pillədə qalıb. Əvəzində qonşu Gürcüstan ilk onluğa düşə bilməsə də, ötən ilki 16-cı yerdən 11-ci yerə yüksəlib. Keçmiş sovet respublikalarından Baltikyanı ölkələr də Azərbaycanı qabaqlayır. Estoniya 24, Litva 26, Latviya 27-ci mövqedədir.

“İqtisadi forum” jurnalının məlumatına görə, 183 ölkə üzrə aparılan hesabatda Sinqapur, Yeni Zelandiya, Honkonq və Birləşmiş Ştatlar yenə də liderliklərini qoruyub saxlayıb.
Sinqapur artıq 4-cü ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ən ideal ölkə hesab edilir.

MDB ölkələri arasında ən yüksək nəticə Gürcüstana məxsusdur. Keçmiş SSRİ məkanında bu il ən islahatçı ölkə isə Qırğızıstan olub. Qırğızıstan 80-cı yerdən 41-ci yerə kimi yüksəlib. Belorus 82-dən 56-ya, Moldova 108-dən 94-ə, Ermənistan isə 50-dən 43-ə yüksəlib.

Siyahını Konqo və Mərkəzi Afrika Respublikası tamamlayır.

Saməddin

Tarix: 10 Sentyabr 2009  |  Baxış sayı: 1127




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV