Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Biliyi kim və necə qiymətləndirməlidir?

Buraxılış və semestr imtahanlarının müstəqil qurum tərəfindən aparılmasını təklif edir

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) orta və ali məktəblərində biliyinin qiymətləndirilməsində şəffaflığın təmin olunması məqsədilə yeni təşəbbüslə çıxış edib. Bu təklif orta məktəblərdə təhsilin bir pilləsindən digər pilləsinə keçid imtahanlarının, o cümlədən orta məktəblərdə buraxılış, ali məktəblərdə semestr imtahanlarının mərkəzləşdirilmiş qaydada vahid mərkəz tərəfindən keçirilməsini nəzərdə tutur.

İTYİB-in sədr müavini Rövşən Ağayev Lent.az-a bildirib ki, Təhsil Nazirliyi orta məktəblərin IX və XI sinifləri ilə yanaşı, IV siniflərdə də test imtahanlarının tətbiqinə başlayıb. Artıq bu il ilk dəfə olaraq, Bakı və Sumqayıt məktəblərində ibtidai təhsildən əsas təhsilə keçid üçün IV siniflərdə test imtahanları keçirib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə bu imtahanların hamısının biliyin qiymətləndirilməsi üzrə müstəqil və vahid Dövlət Agentliyi keçirir: “İndiki metod bir növ Təhsil Nazirliyinin özünün öz işini qiymətləndirməsinə oxşayır. Halbuki, Təhsil Nazirliyinin özü öz işini qiymətləndirməsi düzgün deyil. Çünki nazirlik bu məsələlərdə tərəfdir. Ona görə də həm orta, həm də ali məktəblərdə biliyin qiymətləndirilməsinin müstəqil qurum tərəfindən aparılması daha düzgündür”.

Təklif müəllifləri hesab edirlər ki, yeni mexanizm heç də Təhsil Nazirliyinin təhsilin müxtəlif pillələrində şagirdlərin biliyini qiymətləndirməsinə qadağa qoymur. Belə ki, şagird və tələbələrin biliyini nazirlik özü də yoxlaya bilər. Lakin bu imtahanların nəticələri yalnız nazirliyin özünün daxili istifadəsi üçün nəzərdə tutulmalıdır. Şagirdlərin təhsilin bir pilləsindən digər pilləsinə keçidini təmin edəcək rəsmi qiymətləndirməni isə mütləq müstəqil tərəf aparmalıdır.


İTYİB-nin ekspertləri ali məktəblərdə semestr imtahanlarının müstəqil qiymətləndirici tərəfindən aparılmasını son dərəcə vacib sayır. Rövşən Ağayev deyir ki, semestr imtahanlarında tələbələrin biliyinin qiymətləndirilməsi üçün suallar tam şəkildə testləşdirilməlidir və mərkəzləşdirilmiş qurum tərəfindən aparılmalıdır.


O ki, qaldı belə bir strukturun yaradılıb-yaradılmamasına, təklif müəllifləri deyirlər ki, hökumət yeniliyin əsas mahiyyətini saxlamaqla bunu istədiyi şəkildə həll edə bilər. Rövşən Ağayev bildirir ki, müxtəlif ölkələrdə biliklərin qiymətləndirilməsi üzrə dövlət agentliklər. Belə bir dövlət agentliyi Azərbaycanda da yaradılmalıdır. Yaxud Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yenidən qurulmaqla yeni təsisat bu qurumun bazasında yaradıla bilər.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Lent.az-a açıqlamasında ölkə rəhbərliyi bu hüququ onun rəhbərlik etdiyi quruma tapşırsa, onun öhdəsindən gəlməyə hazırdır: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 15-17 ildir ki, biliyin qiymətləndirilməsi ilə məşğuldur. Komissiyanın kifayət qədər elmi və texniki potensialı var ki, dövlət tərəfindən qoyulan məsələləri həll etsin”.


Məleykə Abbaszadə rəhbərlik etdiyi komissiyanın indiyədək müxtəlif növ imtahanlar keçirdiyini və bunların uğurlu nəticələr verdiyini söyləyib: “Dövlət qulluğuna qəbul imtahanlarını da biz keçirirdik və onların öhdəsindən gəldik. Dövlət tərəfindən bizə hansı imtahanları aparmaq tapşırığı verilibsə, biz onları keçirməyə qadirik. Yeni təşəbbüs barədə isə onu deyə bilərəm ki, dövlət bizə nə həvalə etsə, yerinə yetirəcəyik”.


Təhsil Nazirliyinin şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri Təranə Hacıyeva da bu təklifi müsbət dəyərləndirir. Şöbə müdiri Lent.az-a deyib ki, əslində Təhsil Nazirliyi şagirdlərin biliyinin test üsulu ilə mərkəzləşdirilmiş qaydada qiymətləndirilməsi metodunu tətbiq etməkdə əsas məqsədlərindən biri budur. Lakin proses hələ pilot şəklindədir və yaxın gələcəkdə orta təhsilin pillələri arasında imtahanların bütün ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulur.


Bu imtahanların müstəqil təşkilat tərəfindən aparılmasına gəlincə, Təranə Hacıyeva deyib ki, önəmli olan imtahanın məzmunu və şəffaflığın qorunmasıdır. Onun sözlərinə görə, belə bir qurum Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzdində, yaxud da müstəqil olaraq yaradıla bilər: “Biliyin qiymətləndirilməsinin ayrıca bir quruma həvalə edilməsi ölkə rəhbərliyinin səlahiyyətinə aid olan məsələdir. Amma əsas məsələ bu işin məzmunu və onun şəffaf şəkildə aparılmasıdır. Çünki istər orta məktəblərdə təhsilin bir pillədən digərinə keçid üçün təşkil olunan, istərsə də ali məktəblərdə keçirilən semestr imtahanlarının məqsədi biliyi obyektiv şəkildə qiymətləndirməkdir”.


Təranə Hacıyeva indiki halda Təhsil Nazirliyinin orta məktəblərdə keçirilən imtahanlarda tərəf olması fikrini bölüşür. Onun sözlərinə görə, imtahanları hətta Təhsil Nazirliyi aparmaqda davam etsə belə, bu qurumun müvafiq şöbəsi genişləndirilməli, maddi-texniki bazası gücləndirilməlidir: “Bu iş təkcə Təhsil Nazirliyinin həll edə biləcəyi məsələ deyil. Hətta biliyin qiymətləndirilməsi üçün ayrıca dövlət agentliyi yaradılsa belə, bu qurum yenə də təhsil işçilərindən, onun maddi-texniki bazasından, test mütəxəssislərindən formalaşdırılacaq. Amma imtahanların təşkilinin yeni müstəqil quruma həvalə edilməsi işinin təşkili müəyyən zaman tələb edən məsələdir. Ona görə də bu haqda qəti söz demək çətindir”.


Nazirliyin rəsmisi vurğulayıb ki, artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu sahədə kifayət qədər təcrübəyə və səriştəyə malikdir. Amma komissiyanın nizamnaməsində şagirdlərin biliyinin qiymətləndirilməsinə dair hansısa tələb yoxdur: “Bu Komissiya yalnız ümumi təhsildən ali təhsilə keçid üçün bilikləri qiymətləndirir. Şagird biliyinin qiymətləndirilməsi başqa, ali məktəbə qəbul isə tamamilə ayrı qiymətləndirmədir. Bunlar cəmiyyətdə eyni qiymətləndirmə kimi qəbul edilsə də, həm nəzəri, həm də praktik cəhətdən fərqlidir”.


Elxan SALAHOV

Tarix: 09 Mart 2010  |  Baxış sayı: 1063




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV