İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) “Azərbaycanda dövlət satınalmaları sistemində problemlər” mövzusunda jurnalist araşdırmaları müsabiqəsinin növbəti mərhələsini elan edir. Müsabiqənin məqsədi Azərbaycanda dövlət satınalmaları sahəsində problemləri aşkarlamaq və ictimaiyyətin bu sahədəki problemlərin həllinə diqqətini artırmaqdır.
Müsabiqənin şərtləri:
Müsabiqədə yazılı və elektron KİV-də çalışan bütün jurnalistlər iştirak edə bilərlər. Müsabiqənin iki mərhələdə keçirilməsi nəzərdə tutulur.
Birinci mərhələdə jurnalistlər dövlət satınalmaları sistemində mövcud olan problemlərlə baglı araşdırma konsepsiyası təqdim etməlidir. Konsepsiya üçün mövzu məhdudiyyəti yoxdur və müsabiqədə iştirak etmək arzusunda olan jurnalist dövlət satınalmaları sahəsində onu maraqlandıran hər hansı problemi araşdırma istiqaməti kimi təqdim edə bilər. Konsepsiya araşdırmanın ilkin planıdır və o aşağıdakıları müəyyən etməyə imkan verəcək:
- Jurnalistin təqdim etdiyi problemlə bağlı aydın məqsədə, ilkin fakt və mənbələrə malik olub-olmamasını;
- Problemi nə dərəcədə düzgün müəyyənləşdirdiyini;
- Araşdırma üçün düzgün metodları seçib-seçmədiyini.
Araşdırma konsepsiyasının həcmi 500 sözdən çox olmamalıdır. Sənəddə problemin kəskinliyi, cəmiyyət üçün doğurduğu fəsadlar, araşdırma üçün təklif olunan üsullar, məlumatların toplanması imkanları əks etdirilməlidir. Müsabiqə komissiyasının seçimi əsasında təqdim olunan konsepsiyalardan bir neçəsi növbəti mərhələyə keçəcək. Bəyənilmiş araşdırma konsepsiyalarının sayı ekspertlərin rəyindən asılı olacaq.
Hər bir iddiaçı yalnız bir konsepsiya təqdim edə bilər. Araşdırma konsepsiyalarının təqdim edilməsi üçün son tarix 10 aprel 2010-cu ildir.
İkincı mərhələdə qəbul olunmuş konsepsiya mövzusuna uyğun jurnalist araşdırması aparılacaq. Araşdırma üçün 2 ay zaman müddəti nəzərdə tutulur. Bu mərhələ üçün hazırlanan yazı aşağıdakı tələblərə cavab verməlidir:
- Mötəbərliliyin təmin edilməsi üçün cəhd və təkliflər, o cümlədən müxtəlif mənbələrə müraciət;
- Tərəfsizliyin və plüralizmin gözlənilməsi;
- Etik və hüquqi normaların gözlənilməsi;
- Problemin az öyrənilməsi;
- Problemin qapalı olması və ona aid məlumatların gizlədilməsi cəhdlərinin mövcudluğu;
- Çətin və mürəkkəb axtarışlar tələb etməsi;
- Xüsusi metod və üsullarda istifadəyə ehtiyacın olması;
- Konkretliyin təmin olunması;
- Yenilik yükünün çoxluğu və yaxud ictimai əhəmiyyəti sirlərin aşkarlanması.
Mətbuatda gedən materialın həcmi 10 000 işarədən az olmamalı və bu müsabiqəyə təqdim edilmək üçün hazırlanması göstərilməlidir. TV və radiolar üçün hazırlanmış materialların efirə getmiş variantı diskə yazılaraq (TV-də ən azı 5 dəq., radiolarda ən azı 10 dəq.) təqdim olunmalıdır.
Materialın dərc olunduğu qəzetin və ya jurnalın müvafiq nömrəsinin bir nüsxəsi materialın elektron variantı (diskə yazılmış şəkildə) ilə birlikdə İTYİB-yə təqdim edilməlidir.
İkinci mərhələ üzrə bütün araşdırmaların mükafatlandırılması nəzərdə tutulur. Lakin müsabiqə komissiyasının qərarı əsasında araşdırmaların keyfiyyətindən və mürəkkəbliyindən asılı olaraq yazılara fərqli mükafat məbləğləri müəyyən oluncaq.
Əlavə məlumat:
Müsabiqə və seminar barədə əlavə məlumat almaq istəyənlər İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinə aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər: