Qazaxıstanın Milli Bankının qızıl-valyuta ehtiyatı fevral ayında 4,3% artaraq 27,55 milyard dollara yüksəlib. “İqtisadi forum” jurnalının məlumatına görə, ölkənin Mərkəzi Bankı açıqlama yayıb.
Bankın məlumatına görə, 2010-cu ilin yanvar-fevral aylarında ehtiyatın artımı 18,65% təşkil edib. 2009-cu ilin fevral ayı ilə müqayisədə Bankın ehtiyatı 40,14% artıb.
Ehtiyatın valyuta hissəsi fevral ayında 4,5%, yanvar-fevralda isə 20,8% artaraq 25 milyard dollar təşkil edib. Ötən ilin fevralından bəri Bankın valyuta aktivləri 43,3% artıb.
Bankın qızıl aktivlərində də artım müşahidə edilib. Fevral ayında qızılda saxlanılan ehtiyatlar dollar ifadəsində 2,75% artaraq 2,52 milyard dollar təşkil edib. İlin 2 ayında qızıl aktivləri 0,77%, 2009-cu ilin fevralında isə 15,3% artıb.
Ölkənin Milli Fondunun aktivlərinin həcmi fevralda 25,16 milyard dollara çatıb. Fevralda artım, 2,2%, ilin əvvəlindən isə 3,24% olub. Ötən ilin fevralından isə 12,7% artıb.
Ölkə prezidenti Nursultan Nazarbayev çıxışı zamanı bildirib ki, 2020-ci ilə kimi Milli Fondun aktivləri 90 milyard dollara çatmalıdır və ÜDM-in 30%-dən az olmamalıdır.