Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Fevralda yaşayış minimumu 148,8 manat olub
İTM 4 nəfərlik Novruz süfrəsinin dəyərini hesablayıb

Fevral ayında ölkədə yaşayış minimumu adambaşına 148,8 manat təşkil edib. Əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 140,14 manat, pensiyaçılar üçün 127,16 manat, 0-14 yaşlı uşaqlar üçünsə 178,67 manat təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzi hesablama aparıb.

Fevral ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 79,37 manat, pensiyaçılar 73,25 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 89,79 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 35,33 manat, pensiyaçılar üçün 31,53 manat, 0-14 yaşlı uşaqlar üçün 71,32 manat, xidmət xərcləri isə müvafiq olaraq  25,3 manat, 22,38 manat və 17,56 manat təşkil edib.

Xatırladaq ki, Milli Məclisin qərarı ilə Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 6872 manat məbləğində müəyyən edilib. 

İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri həmçinin Novruz ərəfəsində bayram süfrəsinə daxil olan əsas ərzaq məhsulları üzrə istehlak bazarında mövcud qiymətləri ötən ilin eyni dövrü ilə müqayisəsini aparıb. Mərkəzin təqdim etdiyi müqayisəli təhlilin statistik bazasında Azərbaycanın 22 regionunda qiymətlər üzərində aparılmış statistik müşahidənin nəticələri dayanıb. Hesablamalar göstərib ki, 4 nəfərlik bir ailə orta səviyyəli bayram süfrəsi (şirniyyat, meyvələr, içkilər, yeməklər və sair daxil olmaqla) açmaq üçün minimum 108 manat xərcləməlidir. Belə ki, 2010-cu ilin mart ayınin 15-nə olan müqayisəli məlumata görə, bayram süfrəsinə daxil olan əsas ərzaq məhsulları üzrə bahalaşma baş verib.
Tarix: 19 Mart 2010  |  Baxış sayı: 937




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV