Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Azərbaycanın bankları, birləşin!
 
Və yaxud bankların sayı həlledicidirmi?

Əgər banka $100 borclu qalmısınızsa, bu sizin problemdir.
Əgər banka $100.000.000 borclu qalmısınızsa, bu artıq bankın problemidir.

Con Pol Getti
Amerikalı sənayeçi-milyarder 

 
I YAZI

Azərbaycanda bankların çoxluğu ilə bağlı müzakirələr son aylar gündəmdən düşmür. Bu müzakirələr xüsusilə də Mərkəzi Bank rəsmisinin bankların sayının yarıbayarı azaldılmasının zəruri olması fikrindən sonra daha da qızışıb. Bankın rəhbəri Elman Rüstəmov birləşmənin hazırda gündəmdə olmadığını açıqlasa da bu prosesin gec-tez baş verəcəyi şübhəsizdir. E.Rüstəmov əslində birləşmənin uzunmüddətli proses olduğunu deməklə bankların sayının azaldılmasının gündəmdən çıxmadığına dolayısı işarə vurub.

Müstəqilliyinin ilk illərində digər SSRİ ölkələrində olduğu kimi Azərbaycanda da bankların sayında kütləvi artım müşahidə edilib. Artıq 90-cı illərin ortalarında onların sayı 200-dən də çox olub. 1995-ci ildən başlayaraq Mərkəzi Bankın sərt tədbirləri, o cümlədən nizamnamə kapitalının minimal həddini artırması nəticəsində bankların sayı 5 dəfəyədək azalıb. Hazırda ölkədə 46 bank fəaliyyət göstərir. Onların 1-i dövlət, 45-i özəldir. Özəl bankların 23-ü xarici kapitallıdır.
Mərkəzi Bank 2010-cu il pul siyasətinin əsas istiqamətlərində bankların birləşdirilməsi tədbirlərini həyata keçiriləcəyini nəzərdə tutub. Bu isə deməkdir ki, bankların sayının azaldılması dövlətin bank sistemindəki tənzimləmə addımlarının prioritet istiqamətlərindən biridir. İstər dünyada baş verən tendensiya, istərsə də Azərbaycan banklarının maliyyə vəziyyətinin analizi onların birləşmə zəruriliyini göstərir. Yerli ekspertlər bu prosesin vacib olduğunu dəfələrlə qeyd ediblər. Hətta xarici təşkilatlar da bankların azaldılmasını dəstəkləyib. Ötən ay BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Omes bankların hazırkı sayının çoxluğunu əsas gətirərək onların birləşməsi ideyasını bəyənib. Onun ardınca Avropa İnkişaf və Yenidənqurma Bankının prezidenti Tomas Mirou birləşmə prosesi zamanı hər bir banka fərdi yanaşma tətbiq etmək şərti ilə ümumilikdə ideyanı müsbət qiymətləndirib. 

Birləşməni zəruri edən səbəblər

Azərbaycanın kredit təşkilatları qlobal maliyyə böhranından minimum itki ilə çıxsa da bank sektorunda olan problemlər heç də böhranla birbaşa bağlı deyil. Bu problemlər böhrandan öncə də mövcud olub. Əvvəla, banklarda kapitallaşma problemi tam həllini tapa biməyib. Hətta bəzi banklar Mərkəzi Bankın bankların nizamnamə kapitalına qarşı tətbiq etdiyi minimal həddə riayət etmir. 4 bankın nizamnamə kapitalı bu həddən, yəni 10 milyon manatdan aşağıdır. Bunlardan 3 bankın nizamnamə kapitalı 5 milyondan 10 milyon manatadək, 1 bankın nizamnamə kapitalı isə 3,5 milyon manatdan az təşkil edir. İkincisi, Mərkəzi bank uçot dərəcəsi ilə kredit faizləri arasında əlaqə mövcud deyil. 2008-ci ildən bəri uçot dərəcəsi 7 dəfə azaldılaraq 15%-dən 2%-ə endirilib. Ancaq buna baxmayaraq kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcələrində demək olar ki, azalma müşahidə edilmir. Uçot dərəcəsi ilə kredit faizləri arasında 10 dəfəyədək fərq var. Üçüncüsü, bankların kredit və depozit portfellərində fərdi müştərilərin ən yüksək konsentrasiyası mövcuddur. Bu vəziyyət isə bankları yüksək kredit və likvidlik risklərinə məruz qoyur. Moody's Investors Service beynəlxalq reytinq agentliyi hesabatında bu problemi təsdiq edib. Agentlik hesab edir ki, vəziyyətin bu həddə gəlib çıxmasına səbəb MDB ölkələrində, o cümlədən Azərbaycanda bank sisteminin aşağı inkişaf səviyyəsinə malik olmaları, risklərin adekvat idarəçiliyi olmadan yüksək riskli inkişaf strategiyası həyata keçirmələri, o cümlədən konsentrasiya səviyyəsini azaltmağa imkan verən normativ bazanın zəifliyidir. Bundan başqa zərərlə işləyən bankların sayı artıb. Məsələn, hər 7 bankdan biri ötən ili zərərlə başa vurub. Bank sistemi yeganə dövlət bankı olan Beynəlxalq Bankın inhisarındadır. Bu bank bütün parametrlər üzrə digər bankları geridə qoyur. Cəmi aktivlərin 44%-i, kredit portfelinin 47%-i Beynəlxalq banka məxsusdur. O, bank sistemində hökmran mövqeyə malikdir. Bankın özəlləşdirilməsi ilə bağlı prezidentin fərmanı olsa da hələ də həllini tapmayıb.
 

Azərbaycan banklarının digər problemi bankların sayının çoxluğudur. Bankların sayının azaldılmasının zəruriliyini əsaslandırmaq üçün 1-ci Cədvəlin məlumatlarına diqqət yetirək. Yola saldığımız 2009-cu ildə bankların aktivlərinin cəmi 11665,17 manat təşkil edib. Orta hesabla bir bankın aktivi 253,6 milyon manata bərabər olub. Yəqin ki, bu göstəricinin aşağı olmasını sübut etməyə ehtiyac yoxdur. Ölkənin bank sistemində konsentrasiya səviyyəsi 61% təşkil edir. 5 bankın (Beynəlxalq Bank, Kapital, Standart, Xalq və Texnika) aktivlərinin cəmi bütün aktivlərin 61%-ni təşkil edir. Ölkə üzrə bankların nizamnamə kapitalının 37%, kredit portfelinin 65%-i məhz adıçəkilən 5 bankın payına düşür. 10 bank üzrə bu göstərici müvafiq olaraq 75,13%, 54,41% və 76,08% təşkil edir.


Ölkə banklarının aktivlərinin, nizamnamə kapitalının və kredit portfelinin
1 yanvar 2010-cu il tarixinə olan məbləğləri
Cədvəl 1

Banklar
Aktivlərin həcmi(milyon manat)
Nizamnamə kapitalı
(milyon manat)
Kredit portfeli (milyon manat)
  
1. Beynəlxalq Bank
5071,879
240,000
3911,718
2. Kapital bank
552,200
24,000
331,2
3. Bank Standart
521,387
64,560
370,546
4. Xalq bank
504,264
53,550
464,003
5. Texnika bank
467,818
41,710
351,999
6. Unibank
352,950
30,000
210,903
7. Bank Respublika
347,900
30,580
196,554
8. Paşabank
308,376
100,000
121,713
9. AccessBank
375,000
20,000
238,514
10. Dəmirbank
261,900
18,400
198,989
11. AGBank
239,551
15,000
186,558
12. "Nikoyl" İnvestisiya Bankı
206,262
22,500
143,232
13. Atabank
199,343
15,000
127,388
14. Zaminbank
187,690
13,200
116,023
15. Bank of Baku
187,390
6,800
129,246
16. Yapı Kredi Bank Azərbaycan
153,492
27,209
29,240
17. Muğan bank
150,429
19,000
99,976
18. Bank of Azerbaijan
146,479
15,000
119,461
19. RoyalBank
144,606
20,622
103,598
20. Azərbaycan Sənaye Bankı
130,639
20,000
61,200
21. Turanbank
109,900
17,000
77,900
22. Rabitə bank
103,730
10,000
72,710
23. Amrahbank
101,810
12,820
39,898
24. Parabank
88,571
10,070
59,222
25. Azərnəqliyyatbank
71,320
25,000
20,526
26. KredoBank
64,990
13,040
44,238
27. Azər-Türk Bank
57,280
10,000
29,254
28. Azfinansbank *
56,350
10,000
m/y
29. Birlikbank
53,155
16,000
35,889
30. NBCBank
44,659
15,598
41,252
31. Milli İran Bankı Bakı filialı
42,644
14,020
8,264
32. United Credit Bank
42,080
12,110
29,235
33. Bank Avrasiya
40,744
20,000
20,028
34. GəncəBank
38,894
15,000
26,932
35. Atrabank
37,209
10,420
25,582
36. Qafqaz İnkişaf Bankı
35,789
10,000
30,173
37. Deka bank
32,434
9,594
25,701
38. Günaybank
31,390
10,890
25,683
39. Bank VTB -Azərbaycan*
30,637
m/y
m/y
40. Azərbaycan Kredit Bankı
28,941
10,210
26,695
41. Kövsər Bank
17,705
10,020
m/y
42. Bank Silk Way
m/y
m/y
m/y
43. Naxçıvanbank
m/y
10,000
m/y
44. "Debüt" Kommersiya Bankı
m/y
m/y
m/y
45. Evrobank
m/y
m/y
m/y
46. Pakistan Milli Bankı Bakı filialı
10,750
m/y
2,09
 
 
 
 
Cəmi: 46 bank
11665,17
1144,6
8407,50
 
 
 
 
5 ən böyük bank üzrə:
7 117,548
424
5429,47
Cəmi göstəricilərdə payı
61,0%
37,03%
64,58%
 
 
 
 
10 böyük bank üzrə:
8763,674
622,80
6396,14
Cəmi göstəricilərdə payı
75,13%
54,41%
76,08%
 
 
 
 
20 böyük bank üzrə:
10509,555
797,131
7512,06
Cəmi göstəricilərdə payı
90,09%
69,64%
89,35%

Qeyd: Cədvəl bankların rəsmi açıqlamaları əsasında müəllif tərəfindən tərtib edilib.
          m/y –
məlumat əldə etmək mümkün olmayıb

          *30.09.2009 tarixinə olan məlumat
 
Ölkənin bank sistemi əsasən 20 bankın “çiynində” durur. Bank bazarının 90%-i bu bankların payına düşür. Cəmi aktivlərdə 20 bankın payı 90%, kredit portfelində 89%, nizamnamə kapitalında isə 70% paya malikdirlər. Yerdə qalan 26 bankın bazar payı 10%-dən çox deyil. İstər əmanətlərin həcmi, istərsə də müştərilərin sayı baxımından eyni mənzərə alınır.

Ötən il ölkə iqtisadiyyatına yatırılan kreditlərin həcmi 8,4 milyard manat təşkil edib ki, onun da 46,5%-i Beynəlxalq Bankın payına düşüb. Bir bank orta hesabla ildə 182,8 milyon maat, ayda isə 15,2 milyon manat həcmində kredit yatırıb. Beynəlxalq Bankın payını bu göstəricidən çıxdıqda mənzərə daha acınacaqlı alınır. Məlum olur ki, kommersiya banklarının hər biri orta hesabla ildə 96 milyon manat, ayda isə 8 milyon manat həcmində kredit qoyub. Əmanətlərin həcmində də oxşar vəziyyətdir. Ölkə üzrə banklara yatırılmış 2,3 milyard manatlıq əmanətlərin 23%-i (536 milyon manat) Beynəlxalq Bankın payına düşür. Bu bankı nəzərə almasaq, deməli, bir bank orta hesabla ildə 40 milyon, ayda isə 3,3 milyon manat həcmində kredit cəlb edə bilib. Həm kreditlərin, həm də əmanətlərin həcmindən ilk 20 bankın payını çıxsaq yerdə çox cüzi bir göstərici alınar. Bu o deməkdir ki, ölkədə fəaliyyət göstərən bankların yarısı ölkədə ciddi bir iqtisadi rola malik deyil və onlar ya birləşməli, ya da bank olmayan kredit təşkilatına çevrilməlidir. Bir sözlə, bank sisteminin analizi göstərir ki, Azərbaycanda bankların sayının 20-25-ə qədər azaldılması məqsədəuyğundur. Yəni, 2 dəfə...

Güman ki, Mərkəzi Bankın rəsmisi Alim Quliyev ölkə banklarının yarısının ixtisarının vacibliyini bildirəndə məhz bu amilləri nəzərdə tutub. Əslində bankların sayının 2 dəfəyədək azaldılması maliyyə resurslarının konsentrasiyasına ciddi təsir göstərməyəcək. Çünki bank sistemində yüksək konsentrasiya mövcuddur. Bankların yarıdan çoxu bazarda ciddi paya malik deyil və fəaliyyətləri dar çərçivə ilə məhdudlaşır. Onların bir hissəsi pul köçürmələri üzrə ixtisaslaşıb. Digərləri təsisçilərin və ya onlarla bağlı olan təşkilatların pul axınına xidmət edir. Mahiyyət etibarilə onlar korporativ xəzinədarlıq rolunu oynayırlar. Bu baxımdan bankların sayının azaldılması və kiçik bankların bir-biri ilə və ya digər iri banka birləşməsi bank sisteminin likvidliyinin artırılması və bank xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün əsas olar. Çünki ümumi aktivlərdə cüzi paya malik olmalarına baxmayaraq kiçik banklar ümumilikdə sektorun sabitliyinə təsir göstərir. Belə banklar məhdud müştəri qrupu ilə əməliyyatlarda yüksək konsentrasiyaya malikdirlər. Bu isə yüksək riskə gətirib çıxarır və kreditorlar və əmanətçilərin maraqlarına təhlükə yaradır. Kiçik banklarda aktivlərin, xüsusilə də kredit portfelinin zəif diversifikasiyası mövcuddur. Onların maliyyə və texnoloji resursları məhduddur, beynəlxalq maliyyə bazarlarına çıxış imkanları zəifdir. İri banklardan fərqli olaraq onlarda bank işinin müasir metodları və texnologiyaları çatışmır. Bütün bunlar kiçik bankları maliyyə sarsıntılarına qarşı həssas edir. Hətta paytaxtdan kənarda yerləşən istənilən kiçik bankın müflisləşməsi ümumilikdə bank sektoruna unamı itirir. Bu baxımdan bankların sayının ölkənin iqtisadi tələbatına uyğunlaşdırılması sektorun ümumilikdə maliyyə sabitliyini artırmağa imkan verir.

Yəqin ki, Mərkəzi Bank bankların sayının azaldılmasının mümkün 3 variantından ikisini seçəcək. Çünki zəif bankların müflisləşərək fəaliyyətini dayandırması əhalinin banklara olan kövrək etibarını bir dəfəlik qıra bilər. Uzaq olmayan keçmişdə baş vermiş bank böhranı hökuməti ehtiyatlı olmağa vadar edir. Bu baxımdan Mərkəzi Bank bu variantın reallaşmasına imkan verməyəcək. Deməli, digər 2 variant - birləşmə və ya kredit təşkilatına çevrilməsi bankların sayının azaldılmasının əsas mexanizmləri olacaq. Yüksək konsentrasiyanın qarşısını almaq üçün isə kiçik bankların bir-biri ilə birləşməsi və Beynəlxalq Bankın özəlləşdirilməsi vacibdir.

Bankların sayının azaldılması bir tərəfdən bank sisteminin güclənməsinə xidmət edirsə, digər tərəfdən bu sistemi inhisarlaşma təhlükəsi ilə üzləşdirir. Çünki kiçik bankların sıradan çıxması, əvəzində 2-3 bankın daha da güclənməsi və hökmran mövqeyə malik olması gələcəkdə bank sistemində rəqabət qabiliyyətinin azalması və göstərilən xidmətin keyfiyyətinin aşağı düşməsi ilə sonuclana bilər. Bu baxımdan birləşmə bank sektorunun ümumilikdə 2-3 adamın nəzarətinə keçməsi ilə yox, dayanıqlı və likvidli bank institutlarının formalaşması ilə nəticələnməlidir.

Bu gün təkcə Azərbaycanda yox, eyni zamanda keçmiş SSRİ digər ölkələrində - Rusiya, Ukrayna, Ermənistan və Qazaxıstanda bankların ixtisarı əsas müzakirə mövzusuna çevrilib.

Dünyada baş verən birləşmə tendensiyaları barədə II yazıda....
 
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru


Tarix: 02 Aprel 2010  |  Baxış sayı: 1301




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV