Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
18.05.2017 23:21
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


PAYTAXT YERLİ ÖZÜNÜİDARƏETMƏSİ: Beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi

Yerli özünüidarə sistemində paytaxt şəhərlərin rolu böyük əhəmiyyətə malikdir. Bu şəhərlər paytaxtı olduğu ölkələr üçün rəmzi məna daşımaqla yanaşı, həm də ölkənin yerli özünüidarə sistemində xüsusi statusa malik olurlar. Başqa sözlə desək, bəzi hallarda beynəlxalq aləmdə bütün ölkəni təmsil edə bilən paytaxt şəhərləri əsasən siyasi, iqtisadi və mədəni mərkəzlər hesab olunurlar. Belə ki, əksər hallarda dövlətin əsas siyasi institutlarının yerləşdiyi və ölkə üzrə orta göstəriciyə nisbətən daha çox əhalinin məskunlaşdığı paytaxt şəhərlər təmsil etdikləri ölkələrin iqtisadiyyatında əhəmiyyətli rola malik olur və milli gəlirin böyük hissəsini təmin edirlər.

Məhz qeyd olunan bu ümumi xüsusiyyətlər paytaxt şəhərlərini digər böyük yaşayış və sənaye mərkəzlərindən fərqləndirmək və paytaxt şəhərlər üçün xüsusi statusun müəyyən edilməsi zərurətini ortaya çıxarır. Beynəlxalq təcrübədə paytaxt şəhərlərinin statusu üçün ölkələrarası yaxud beynəlxalq konvensiya və ya standartlar toplusu mövcud olmasa da, bu cür şəhərlərin statusu ilə bağlı ayrı-ayrı sənədlərin (məsələn, Yerli özünüidarə haqqında Avropa Xartiyası, Avropa Şurasının üzv dövlətlər arasında apardığı araşdırmalar və Açıq Cəmiyyət İnstitutunun bu sahədə apardığı tədqiqatlar) bəzi hissələrində ümumi müddəalar öz əksini tapmışdır. Paytaxt şəhərlərinin statusu ilə bağlı aparılmış ən dəyərli araşdırma işi Avropa Şurasının tövsiyəsi ilə bir qrup müstəqil tədqiqatçının Avropa Şurasına daxil olan dövlətlər arasında «Paytaxt Şəhərlərinin Statusu» ilə bağlı apardığı sorğudur. Bu sənədin 2-ci bölməsində beynəlxalq təcrübənin araşdırılması zamanı məhz iki sənədə – AŞ ekspertlərinin apardığı adıçəkilən sorğuya və Baltik ölkələrinin təcrübəsini əks etdirən tədqiqata istinad olunub.     

Təqdim olunan araşdırma çərçivəsində paytaxt şəhərlərinin statusu və onların institusional baxımdan təşkili, həmin şəhərlərin statusunun milli qanunvericilikdə əks olunması, bu cür statusun paytaxt şəhərləri üçün hüquqi əhəmiyyəti, nəhayət paytaxt şəhərlərilə mərkəzi hökumət (həmçinin digər yerli idarəetmə orqanları) arasında münasibətlərin tənzimlənməsi sahəsində beynəlxalq təcrübə öyrənilib. Təcrübələrin öyrənilməsində əsas məqsəd Bakı şəhəri üçün uyğun yerli özünüidarə modelinin işlənib hazırlanması və sənədin səlahiyyətli dövlət orqanlarına təqdim edilməsidir.



Kitab paytaxt yerli özünüidarəetməsi sahəsində beynəlxalq təcrübədən bəhs olunur. Eyni zamanda nəşrə Bakı şəhəri üçün mümkün özünüidarə mexanizminin tətbiqi ilə bağlı aparılan araşdırmanın nəticələri də daxil edilir.

Kitab yerli özünüidarə məsələləri ilə məşğul olan dövlət hakimiyyət orqanlarında çalışanların, həmçinin media və QHT təmsilçilərinin inormasiya qıtlığının aradan qaldırılmasına mühüm töhfə olacaq.


Kitabın tam versiyasını buradan yükləyin
Tarix: 03 Aprel 2010  |  Baxış sayı: 1114




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV