Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Yeni böhran gözlənilir

Alan Qrinspen: “Bu, insanın xislətindədir

“Dünya yeni bir maliyyə böhranını yaşamalı olacaq, ancaq onun təbiəti başqa cür olacaq”. "İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin sabiq rəhbəri Alan Qrinspen BBC-yə müsahibəsində bildirib.

Qrinspen əlavə edib ki, o, uzun çiçəklənmə dövrünün bir gün böhrana çevriləcəyini gözləyirdi. Ancaq sabiq FES rəhbərinin fikrincə, resesiyanın aradan qaldırılması uzun müddət tələb edən ağır proses olsa da, yekun nəticədə dünya iqtisadiyyatı ondan qurtula biləcək.

“Maliyyə böhranları bir-birindən fərqlənir, amma onların hamısının bir fundamental mənbəyi var. Bu, insanın xislətindədir – uzunmüddətli çiçəklənmə dövründə bu dövrün həmişə davam edəcəyi barədə əminliyi” – Qrinspen hesab edir. O qeyd edib ki, indiki böhranı pis kredit tarixçəsi olan insanlar tərəfindən sub-prime klaslı kreditlərin Ştatlara axını yaradıb, ancaq istənilən amil katalizator ola bilər: “Əgər “pis borclar” problemi yaranmasaydı, istənilən halda başqa problemlər baş verərdi”

Qrinspenin fikrincə, daha çox Böyük Britaniya böhrandan əziyyət çəkəcək, çünki onun iqtisadiyyatı dünya bazarına yönəlikdir. Böhranın yenidən baş verməsinin qarşısını almaq üçün maliyyəçilər və hökumət sistemdə yalanların olmamasının qayğısına qalmalıdırlar.  Bərpa qlobal ticarətin inkişafını əngəlləyən proteksionist tədbirləri tələb edir. Sabiq baş bankir hesab edir ki, qlobal tənəzzülün dağıntılarına baxmayaraq dünya maliyyə böhranı 100 ildə bir dəfə baş verən hadisədir və onu öz gözləri ilə görməkdə məmnundur.

Tarix: 11 Sentyabr 2009  |  Baxış sayı: 1027




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV