MDB-də ən çox iqtisadi artım Qırğızıstanda qeydə alınıb
2010-cu ilin yanvar-fevral aylarında Qırğızıstanda iqtisadi artım 19% olub ki, bu da MDB-nin digər ölkələrindəki göstəricilərdən yüksəkdir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə MDB-nin Statistika Komitəsi açıqlama verib.
Komitənin məlumatına görə, hesabat dövründə Tacikistanda ÜDM 6%, Azərbaycanda 5,6%, Belorusda 3,5%, Ermənistanda 3,1% artıb.
Qırğızıstan sənaye məhsullarının istehsalı üzrə də liderdir. Bu ölkədə artım 105,8% olub.