Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Mərkəzi Banklar avrodan imtina edirlər
Valyuta ehtiyatlarında dolların payı artır

Ötən il dollardan imtina edən ölkələr artıq Amerika valyutasına tərəf üz tutmalı olublar. Bu ölkələrin bir çoxu valyuta ehtiyatlarında dolların payını artırmaqda davam edirlər. Avrozonada, xüsusilə də Yunanıstanda yaşanan maliyyə problemləri Avropa valyutasının dəyərini zərbə altında qoyub.

“İqtisadi forum” jurnalının BVF-yə istinadən verdiyi məlumata görə, 2009-cu ilin IV rübündə 33 inkişaf etmiş və 107 inkişaf etməkdə olan ölkələrin beynəlxalq ehtiyatları əvvəlki rüblə müqayisədə 2,86% artıb. Bu müddətdə beynəlxalq ehtiyatlarının həcmi $7,861 trilyondan $8,087 trilyona yüksəlib. Fond hesablamalarında IV rübün sonuna olan mübadilə kursunu götürüb. Həmin dövrdə 0,6942 avro 1 dollara bərabər olub.

Son zamanlar ən yüksək artım dollarla yerləşdirilmiş ehiyatların həcmində baş verib. Mütləq həcmdə oktyabr-dekabr aylarında ehtiyatların həcmi 4% artaraq $2,729 trilyondan $2,837 trilyona yüksəlib. Bu müddətdə avro ehtiyatları 1,5% artıb. Avroda yerləşdirilmiş ehtiyatların həcmi $1,231 trilyondan $1,25 trilyona yüksəlib. Qlobal ehtiyatların ümumi strukturunda dolların payı 61,5%-dən 62,1%-ə yüksəlib. Avronun payı isə 27,8%-dən 27,4%-ə düşüb.

Ehtiyatların dollarla olan hissəsi ötən ilin II rübündən etibarən artmağa başlayıb. Ona qədər isə 2 rüb ərzində dolların payının azalması qeydə alınıb.
 
BVF ekspertlərinin fikrincə, 2010-cu ilin I rübündə qlobal valyuta ehtiyatlarında dolların payının artması tendensiyası saxlanılacaq. Ekspertlərə görə, buna səbəb avro və funt sterlinqin dollara nisbətən ucuzlaşmasıdır.

Tarix: 05 Aprel 2010  |  Baxış sayı: 823




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV