Qazaxıstanın ümumi xarici borcu 2009-cu ildə 4 milyard artaraq 111,7 milyard dollara yüksəlib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Qazaxıstanın Milli Bankı açıqlama yayıb.
Bankın məlumatına görə, ötən il qısamüddətli borcun həcmi $10 milyarddan $9,8 milyarda düşüb. Uzunmüddətli borc isə $97,7 milyarddan $101,9 milyarda yüksəlib.
Bank sektorunun borcu 2009-cu ildə $39,2 milyarddan $30 milyarda düşüb. Uzunmüddətli öhdəliklər $36,1 milyarddan $26,1 milyarda azalıb.