Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Eston nazirlərin maaşlarını “kəsiblər”
Ötən il Estoniyada dövlət vəsaitlərinə tətbiq edilən qənaət bütün nazirlərin məvaciblərinə təsir edib. Orta hesabla nazirlərin əmək haqları 13% azalıb. Baş nazir Anduras Ansipin illik maaşı 2009-cu ildə təxminən 10 min dollar azaldılaraq 69 min dollara endirilib.

“İqtisadi forum” jurnalının LETA agentliyinə istinadən verdiyi məlumata görə, azalma digər nazirlərə də şamil edilib. Ətraf mühit naziri Yaanus Tamkivin maaşı da 13% azaldılıb. Ötən il nazirin məvacibinin illik həcmi 87 mindən 63 min dollara endirilib.

Müdafiə naziri Yaak Aaviksoonun məvacibi 63 mindən 55 min dollara salınıb.

Ötən ilin fevralından sosial işlər naziri vəzifəsinə təyin edilmiş Xanno Pevkurun məvacibi 53 min dollara düşüb. Halbuki nazirin sələfi Maret Maripuu 73 min dollar və 20% həcmində (15 min dollar) əlavə xərclər alırdı.

Bundan başqa təhsilədliyyə nazirlərinin maaşları müvafiq olaraq 63 min dollara qədər azaldılıb.

Mədəniyyət nazirinin məvacibi 14%, region işləri üzrə nazirin məvacibi isə 9% azaldılıb. Bu nazirlərin maaşları uyğun olaraq 62 min dollara endirilib.

Nazirlər arasında ən çox bəxti gətirən kənd təsərrüfatı naziri olub. Nazirin maaşı 2% azaldılıb və 62 min dollar təşkil edib.

Daxili işlər nazirinin maaşı 65 mindən 35 min dollara endirilib. Dövlət katibi Xeyki Lootanın maaşı 16,5% ixtisar edilib və 62 min dollara endirilib.

Tarix: 07 Aprel 2010  |  Baxış sayı: 862




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV