Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?



AZƏRBAYCANIN BANKLARI, BİRLƏŞİN!
 
Azərbaycanda bankların çoxluğu ilə bağlı müzakirələr son aylar gündəmdən düşmür. Bu müzakirələr xüsusilə də Mərkəzi Bank rəsmisinin bankların sayının yarıbayarı azaldılmasının zəruri olması fikrindən sonra daha da qızışıb. Bankın rəhbəri Elman Rüstəmov birləşmənin hazırda gündəmdə olmadığını açıqlasa da bu prosesin gec-tez baş verəcəyi şübhəsizdir. E.Rüstəmov əslində birləşmənin uzunmüddətli proses olduğunu deməklə bankların sayının azaldılmasının gündəmdən çıxmadığına dolayısı işarə vurub.

                                       II YAZI

Birləşmə tendensiyası dünyada sürətlənib

Hazırda dünyada da banklarının sayının azaldılması prosesi gedir. Xüsusilə də qlobal maliyyə böhranı bu prosesi daha da sürətləndirib. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə banklar digərinə və bir-biri ilə birləşməklə iriləşir. Bununla da bank bazarının konsentrasiyası artır. Birləşmədən sonra banklar maliyyə sabitliyinə nail olur, onların bazarda payı və aktivlərinin diversifikasiyası genişlənir.
Hər bir ölkədə bankların sayı müxtəlifdir. Kommersiya banklarının sayına görə ABŞ liderdir. Bu ölkədə 7 minə qədər bank fəaliyyət göstərir. (Cədvəl 2) Amerika banklarının sayının çoxluğu ölkənin bank sisteminin tarixi xüsusiyyəti ilə bağlıdır. 1927-ci ildə ABŞ Konqresi bankların digər ştatlarda filiallarının açılmasını qadağan edən Makfedden qanunu qəbul edib. 1956-cı ildə “Bank-holdinq şirkətləri haqqında” Qanuna bank holdinqlərinə başqa ştatlardan bank almağı qadağan edən Duqlas düzəlişi edilib. Bu məhdudiyyətlərin əsas ideyası yerli bankların rəqabət qabiliyyətini artırmaqdan ibarət olub. Nəticədə hər ştatda çoxlu sayda banklar yaranmağa başlayıb. Hazırda bank filiallarının və törəmə bankların açılmasına məhdudiyyət olmasa da bank çoxluğu ölkədə tarixi miras qalıb. Ölkədə bank sistemi əsasən kommersiya banklarından ibarətdir. Əmanət bankları isə getdikcə azalır.
Bankların sayına görə ikinci böyük dövlət olan Almaniyada bank tənzimlənməsinin böyük təsiri olub. İkinci dünya müharibəsindən sonra ölkə öz qaydaları ilə yaşayan inzibati-ərazi vahidliyinə və işğal olunmuş ərazilərə bölünür. Bölgü sonralar ləğv edilsə də alman torpaqlarının regional hakimiyyəti güclü təsirə malik olub və bunun nəticəsində banklar regional əlamətlərə görə ixtisaslaşıb.
 
Bankların sayına görə dünyada üçüncü böyük dövlət olan Rusiyada bankların çoxluğu üçün institusional zəmin olmayıb. SSRİ dövründə ölkədə cəmisi 5 ixtisaslaşmış dövlət bankı fəaliyyət göstərib. 1988-ci ildən başlayaraq 90-cı illərin ortalarına qədər bankların sayı artaraq 3 minə yaxınlaşmışdı. Artıq 2010-cu ilə onları sayı azalaraq 1000-dən bir qədər artıq olub. Artıq Rusiya da bankların birləşdirilməsi işinə start verib. Hesablamalara görə, 2010-cu ilin yanvarın 1-dən etibarən bankların kapitalına qoyulan minimal tələbin 90 milyon rubla ($3 milyon) qaldırılması 140 kredit təşkilatının lisenziyasının geri alınması ilə nəticələnə bilər. Çünki Bankın məlumatına görə, məhz 140 bankın nizamnamə kapitalı 90 milyon rubldan azdır.  Hazırda Rusiyada 1058 bank fəaliyyət göstərir. Onların 51-i bank olmayan kredit təşkilatıdır. 2008-ci ildə 28, 2009-cu ildə 50 bank bağlanıb. Yerli ekspertlərin fikrincə, bu ölkədə bankların optimal sayı 200-300 olmalıdır.
Bir sıra ölkələrdə banklarının sayı azlıq təşkil edir. Bu ölkələrə maliyyə sistemi zəif inkişaf edən (Tacikistan, Mozambik, Türkmənistan, Albaniya, Zambiya) və çırtdan (Monako, Lixtenşteyn, Malta, Andorra) dövlətlər aiddir.

Cədvəl 2
 
Ölkələr
Bankların sayı
Əhalinin sayı,
milyon nəfər
Hər 100.000 nəfərinə düşən bankların sayı
 
ABŞ
6936
308,9
2,3
Almaniya
2048
81,8
2,5
Avstriya
867
8,4
10,3
Fransa
880
65,5
1,3
İtaliya
793
60,3
1,3
İsveçrə
327
7,8
4,2
Polşa
70
38,2
0,2
Bolqarıstan
30
7,6
0,4
Rumıniya
41
21,5
0,2
Çexiya
37
10,5
0,4
Lixtenşteyn
15
0,036
15
Mozambik
13
16,1
0,1
Litva
12
3,3
0,4
Çernoqoriya
11
0,624
1,8
Estoniya
9
1,34
0,7
Andorra
8
0,084
8
 
MDB ölkələri
Azərbaycan
46
9
0,5
Rusiya
1018
141,9
0,7
Ukrayna
175
46
0,4
Qazaxıstan
34
15,2
0,2
Tacikistan
13
7,4
5,7
Özbəkistan
30
27,6
0,1
Gürcüstan
19
4,4
0,4
Qırğızıstan
22
5,3
0,4
Türkmənistan
11
5,1
0,2
Ermənistan
22
3,2
0,7
Moldova
15
3,6
0,4
Belorus
32
9,5
0,3
 
 
 
 
 
Mənbə: Центр Экономических Исследований МФПА, 2009;
             Mərkəzi bankların rəsmi məlumatları

Azərbaycanda bankların sayı MDB-də Rusiya və Ukraynadan sonra üçüncüdür. Ölkədə əhalinin hər 100 min nəfərinə 0,5 bank düşür. Əhalinin hər 100 min nəfərinə düşən bankların sayına görə Azərbaycan MDB ölkələri arasında yalnız Tacikistandan, Rusiyadan və Ermənistandan geri qalır. Tacikistanda bu göstərici 5,7, Rusiya və Ermənistanda isə 0,7 təşkil edir.
Empirik analizlər göstərir ki, bankların sayına bir çox amillər – tarixi, makroiqtisadi, institusional amillər təsir göstərir. Bura inflyasiya, adambaşına düşən ÜDM-in həcmi, bank sektorunun nisbi ölçüsü, ölkənin ərazi ölçüsü, əhalinin sayı və s. kimi amillər daxildir. Tədqiqatlara görə, ölkə ərazisinin genişlənməsi (Sinqapur, Honq Konq və s kimi offşor maliyyə mərkəzləri istisna olmaqla) bankların sayının artımını şərtləndirir. Adambaşına düşən ÜDM-in həcmi artdıqca bank xidmətlərinə (pul köçürmələrinin həcmi artır, kreditlərə tələbat artır, depozit baza artır) tələbat da artır. Bank biznesinin cəlbediciliyi bazara yeni oyunçuların çıxmasını şərtləndirir ki, bu da bankların sayını artırır. Bank sektorunun inkişafı səviyyəsini cəmi aktivlərin ÜDM-ə nisbəti ilə də ölçmək olar. Ekspertlərin hesablamalarına görə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı 5%-i ötmür.
İnflyasiya bank sektoruna birmənalı təsir göstərmir. Qısamüddətli dövrdə yüksək olmayan inflyasiya sektorun inkişafına mənfi təsir göstərir, hiperinflyasiya isə əksinə sektoru genişləndirir. Uzunmüddətli perspektivdə istənilən inflyasiya bank sektoruna mənfi təsir göstərir. Hiperinflyasiyada bank sektoru hədsiz dərəcədə böyüyür.
İstənilən ölkədə bankların sayının ixtisarı maliyyə resurslarının konsentrasiyasını artırır. Azərbaycanda hazırda konsentrasiya yüksək səviyyədədir. 5 bankın aktivlərinin cəmi aktivlərdə payı 61% təşkil edir. Mərkəzi və Şərqi Avropa ölkələrində oxşar vəziyyətdir. Qərbi Avropa ölkələri arasında kiçik ölkələr – Portuqaliya, Danimarka və Yunanıstan bu göstəriciyə - 65-70%-ə uyğundur.

Cədvəl 3.
Avropa ölkələrinin bank sektorunda konsentrasiya səviyyəsi

Ölkələr
Bazarın payı,
%-lə
Finlandiya
81
Belçika
83
Niderland
84
Yunanıstan
67
Danimarka
67
Portuqaliya
63
İsveç
54
Fransa
47
İrlandiya
44
Avstriya
44
İspaniya
44
Böyük Britaniya
33
Lüksemburq
32
İtaliya
27
Almaniya
22
Orta göstərici
53

Qeyd: Bazar payı – bank sektorunun cəmi aktivlərində 5 iri bankın bazar payı

Bankların sayının azaldılması təbii yolla (birləşmə) və ya inzibati rıçaqlarla (normativlərin sərtləşdirilməsi, bank kapitalının minimal ölçüsü, lisenziyaya yenidən baxılması) həyata keçirilə bilər. Bir qayda olaraq bank işinə uyğun gəlməyən banklar bank olmayan kredit təşkilatlarına çevrilirlər. Yerdə qalan banklar iri kredit təşkilatlarının filillarına çevrilir. İnkişaf etmiş ölkələrdə bir banka və əhalinin hər milyon nəfərinə düşən filialların sayı yüksəkdir. (Cədvəl 4).

Cədvəl 4

 “Böyük səkkizliy”ə daxil olan ölkələrin bank filialarının sayı

Ölkə
Bankların sayı
Filialların sayı
Orta hesabla bir banka düşən filialın sayı
1 milyon nəfər düşən filialların sayı
ABŞ
7475
59895
8
268,4
Kanada
70
9327
133,2
284,3
Britaniya
346
11300
32,7
240,5
Fransa
880
26370
30
419,5
Almaniya
2400
45467
18,9
565,8
İtaliya
778
30944
39,8
523,1
Yaponiya
247
35371
143,2
277,6
Rusiya
1205
3295
2,7
23
Azərbaycan*
46
626
14
70

Mənbə: Mərkəzi Banklar, BİS Committe on Paymant and Settlement Systems, 2005
* - 2009-cu il tarixinə olan məlumat


Britaniya, İsveçrə, İsveç, Belçika, Finlandiya və Norveç kimi Avropa ölkələrində filialların bağlanması tendensiyası müşahidə edilib. Skandinaviya ölkələrində filiallar şəbəkəsi 1991-1992-ci il böhranından sonra restrukturizasiya olunaraq azalıb. Britaniya, İsveçrə və Belçika birləşmiş bankların filiallarının bir-birini təkrarlaması səbəbindən bağlanıb. Filiallar ancaq 3 Avropa ölkəsində - Almaniya, İtaliya və İspaniyada artıb. İtaliya və İspaniyada bu regional bank ekspansiyasına qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlıdır. Almaniyada artım əmanət banklarının fəaliyyətini genişlənməsi ilə bağlıdır. Ümumilikdə filial şəbəkələrinin azalması qlobal birləşmə və bank müştərilərinə distansiyadan elektron xidmətə keçidlə bağlıdır.
Azərbaycan bank filiallarının inkişaf səviyyəsi hələlik arzu olunan səviyyədə deyil. 1 milyon sakinə düşən filialların sayına görə “Böyük səkkizlik” ölkələrindən ən azı 10 dəfə geri qalır. Beynəlxalq təcrübədə 1 banka orta hesabla 22 filial düşür. Azərbaycanda 2010-cu il yanvarın 1-i tarixinə 626 filial fəaliyyət göstərir. Onların 38-i Beynəlxalq banka məxsusdur. Ölkədə 40 bankın yerli filialı var, 6 bankın isə yoxdur. Bir bankın orta hesabla 14 filialı mövcuddur. Əhalinin hər milyon nəfərinə düşən bank filialların sayı isə 70-dir. 

* * *

Dünyada illərlə davam edən bankların azaldılması tendensiyası qlobal maliyyə böhranında bir az da sürətlənib.. Ancaq bu azalma daha çox bankların bağlanması ilə fərqlənir. Məsələn, ABŞ-da 2009-cu ildə 140, 2010-cu ilin ilk aylarında isə 30-a qədər bank qlobal böhranın “qurbanı” olub. Digər ölkələr də belə hallar mövcuddur. İstənilən halda bankların konsolidasiyası zaman tələb edən prosesdir. ABŞ-da kommersiya banklarının sayının 13,4 mindən 7,5 minə qədər (44%) azaldılması üçün 17 il tələb olunub. Avropada 1985-2005-ci illərdə bankların sayı 12670-dən 6400-ə düşüb.
Azərbaycanda 2009-cu ildə bank aktivlərinin ÜDM-də payı 34% təşkil edib. Bu Şərqi Avropa ölkələrinin göstəricilərindən (65-80%) təxminən 2 dəfə azdır. Bu göstərici inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Fransada 280%, Almaniyada 300%, Britaniyada isə 400% təşkil edir. Bank kreditlərinin ÜDM-də payı 24%, əmanətlərin payı isə 7%-dir. Bu göstəricilər orta Avropa göstəricisindən dəfələrlə aşağıdır. Belə müqayisələrin siyahısını çoxaltmaq da olar. Reallıq ölkədə bankların sayının  azaldılmasını tələb edir. Məhz bu addımla maliyyə institutlarında  yüksək kapitallaşmanı və maliyyə dayanıqlığını təmin etmək, bankların rəqabət qabiliyyətini artırmaq olar.
 
 Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

AZƏRBAYCANIN BANKLARI, BİRLƏŞİN! - BİRİNCİ YAZI
Tarix: 15 Aprel 2010  |  Baxış sayı: 1576




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV