BAKI AVROPA ŞURASI ÖLKƏLƏRİNDƏ MER SEÇİLMƏYƏN YEGANƏ PAYTAXTDIR
Azərbaycanın Bakıda mer seçkilərinin keçirilməsi ilə bağlı Avropa Şurası qarşısında öhdəliyi yoxdur. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi (AŞYRHK) başçısını əvəz edən Ən Mikallefin Bakı meri vəzifəsinin seçkili olması ilə bağlı təklifini Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Turana belə şərh edib.
Seyidovun sözlərinə görə, yerli idarəetməyə dair Avropa xartiyasının müddəasını AŞ üzv ölkələr öz istəklərilə yerinə yetirir.
«Azərbaycanın mer seçkisi keçirməklə bağlı öhdəliyi yoxdur və Azərbaycan AŞ-nın tövsiyələrini milli maraqlarını nəzərə almaqla yerinə yetirir. Ümumiyyətlə, Azərbaycanın bu gün daha vacib problemləri var» - deyə Seyidov bildirib.
Ancaq bələdiyyələr üzrə ekspert Rövşən Ağayevin sözlərinə görə, iqtisadi əlverişlilik və Avropa Şurası qarşısında öhdəliklər baxımından Bakı merinin seçkiləri keçirilməlidir.
Arayış
Azərbaycanda yerli idarəetmə sistemi 1999-cı ildə yaradılıb, o zaman ilk bələdiyyə seçkiləri keçirilib. Azərbaycanda birpilləli bələdiyyə sistemi tədbiq edilib. Yəni 500-dən artıq sakini olan hər bir yaşayış məntəqəsi öz bələdiyyəsi olmaq hüququ əldə edib.
Son zamanlara qədər Azərbaycanda 2757 bələdiyyə fəaliyyət göstərib. Ancaq birləşdirmə nəticəsində 2009-cı ilin iyul ayının sonuna bələdiyyələrin ümumi sayı 1764-ə qədər azalıb.
Müstəqil ekspertlər dəfələrlə səlahiyyətləri məhdudlaşdırılan bələdiyyələrin iqtisadi əsaslarının zəif olduğunu qeyd edib. 2008-ci ildə bələdiyyələrin ümumi gəliri 43 mln manat (51,6 mln dollar) olub, bu da dövlət büdcəsinin 0,4%-i təşkil edir. Bundan əlavə, bələdiyyələr bütövlükdə icra hakimiyyətindən asılıdır və heç bir real səlahiyyətə sahib deyil.
Dekabrın ortasında Azərbaycanda ölkə tarixində sayca üçüncü bələdiyyə seçkiləri keçiriləcək.
«Bakı AŞ ölkələrində seçkili bələdiyyə və merin olmadığı yeganə paytaxtdır» - deyə Ağayev bildirdi. 2003-ci ilin may ayında AŞYRHK Azərbaycanda bələdiyyə sisteminin təkmilləşdirilməsinə dair tövsiyyələr paketi qəbul edib, orada Bakının statusu barədə qanunun qəbul edilməsi və Bakıda bələdiyyə məclisinin yaradılması ilə bağlı bənd olub.
Ekspert bu vaxta qədər Bakının statusu haqqında qanunu qəbul edilmədiyini təəssüflə qeyd edib. «Biz Rusiya, Şərqi, Qərbi və Şimalı Avropanın müxtəlif paytaxt modellərinin tədqiq etmişik. İki tip, birpilləli və ikipilləli paytaxt bələdiyyələri mövcuddur» - deyə Ağayev bildirib. Onun fikrincə, Bakıya birpilləli model yarıyar. Bakı hüdudunda 54-56 inzibati-ərazi vahidi var. Nümayəndəlik 10 min seçiciyə 1 adam normasında olduqda şəhər bələdiyyəsində bütün yaşayış məntəqələri təmsil oluna və 95-100 nəfərdən ibarət şəhər məclisi yaradıla bilər. Bakı meri ümumi seçkilərdə seçilə bilər, deyə Ağayev əlavə edib.
Yerli hakimiyyətin demokratikliyini təmin etməklə yanaşı vahid şəhər bələdiyyəsi paytaxtda iqtisadi fəaliyyətin effektivliyini də artırardı.
Çünki şəhər xidmətlərinin işin vahid planlaşdırılmasını həyata keçirmək, kollegial əsasla şəhərin büdcəsini, prioritet infrastruk və sosial-iqtisadi layihələrini müəyyən etmək olar, deyə Ağayev qeyd edib.
«Müsavat» Partiyasının lideri İsa Qəmbər də AŞYRHK-nin mer seçkiləri ilə bağlı təklifini doğru hesab edir. «Azərbaycanda bələdiyyə sistemi formalaşandan bizim partiya əhalinin birbaşa seçkilərlə nəinki mer, həmçinin digər şəhər, rayon, qəsəbə və kəndlərin bələdiyyə sədrlərinin seçməsinin tərəfdarı kimi çıxış edib» - deyə Qəmbər bildirib.
Onun sözlərinə görə, «Qarabağ və Respublika Uğrunda» vətəndaş hərəkatına daxil olan müxalifət partiyaları Seçki məcəlləsinə müvafiq təkliflər paketi hazırlayıb.