Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Qadın sonsuzluğu 2 dəfə artıb
"İqtisadi forum" jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış” Koalisiyasının təşkilati dəstəyi ilə həyata keçirdiyi «Səhiyyəyə dair Minilliyin İnkişaf Məqsədləri kampaniyası» layihəsi çərçivəsində apardığı tədqiqatlarla bağlı aprelin 15-də "Azərbaycanda ana və uşaq sağlamlığı sahəsində mövcud durum və problemlər" mövzusunda mətbuat konfransı keçirib.

İTY İB-nin sədri Azər Mehtiyev bildirdi ki, bu il BMT-nin Minilliyin İnkişaf Məqsədləri (MİM) Bəyannaməsinin qəbul edilməsinin 10 ili tamam olur. MİM-in hədəfləri sırasında 2015-ci ilədək 5 yaşadək uşaqlar arasında ölüm hallarının 2/3 dəfə, ana ölümü əmsalının isə ¾ dəfə azaldılması mühüm yer tutur. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 saylı Sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda  2015-ci ilin sonunadək həm 1 yaşınadək uşaqlar arasında ölüm hallarının, həm də ana ölümü hallarının səviyyəsinə görə Avropa ölkələri üzrə orta gostəriciyə nail olmaq hədəfi qoyulmuşdur (müqayisə üçün: 2007-ci ildə inkişaf etmin sənaye ölkələrində 1 yaşadək uşaq ölümü əmsalı 5, ana ölümü əmsalı isə 8 olub).

A.Mehtiyev son illər ölkədə həyata keçirilən, ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına bu və ya digər dərəcədə təsir göstərən hadisələr sırasında aşağıdakıları qeyd etdi:

  • dövlət büdcəsindən “Səhiyyə”  bölməsinə ayrılan vəsaitin məbləği 2000-ci illə (40,9 milyon manat) müqayisədə 2009-cu ildə (402,4 milyon manat) 9,8 dəfədən çox artıb (lakin, dövlət səhiyyə xərcləri hələ də ÜDM-in 1 faizini ötmür;
  • 2009-cu ildə adambaşı səhiyyə xərcləri təqribən 56 ABŞ dolları qədər olub, halbuki DST bunun minimum 150 dollar olmasını tövsiyə edir);
  • 2006-2009-cu illər dövründə dövlət əsaslı vəsait qoyuluşu hesabına səhiyyə obyektlərinin tikintisi, təmiri, bərpası və yenidən qurulması üçün 335 milyon manatdan çox vəsait ayrılıb (bundan başqa ARDNŞ-in hesabına səhiyyə obyektləri tikilib və təmir edilib);
  • bir sıra xəstəliklər üzrə (9 istiqamətdə) xüsusi proqramlar çərçivəsində dərman təminatı həyata keçirilir;
  • sübuta (dəlillərə) əsaslanan təbabətə keçid istiqamətində klinik protokollar hazırlanır;
  • özəl səhiyyə xidmətləri genişlənir, habelə səhiyyənin maddi-texniki təminatı gücləndirilir;
  • ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı reallaşdırılır;
  • Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı realaşdırılır;
  • immunlaşdırma prosesləri genişləndirilib və s.

“Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı” Nazirlər Kabinetinin 15 sentyabr 2006-cı il tarixli 211saylı Qərarı ilətəsdiq edilib. Proqramın məqsədiana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılması, ana və uşaqlar arasında xəstələnmə və ölüm hallarının azaldılmasıdır. Bu proqramın reallaşdırılmasına dövlət büdcəsindən 2007-2009-cu illər ərzində 15,2 milyon manat ayrılıb. 2010-cu ildə 2,9 milyon manat ayrılacaq.

“Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il tarixli 517 saylı Sərəncamı ilə təsdiq olunub. 8 bölmədən ibarət bu Proqramın 5 bölməsi birbaşa ana və uşaq sağlamlığı sahəsində tədbirləri əhatə edir. Proqram 2004-2008-ci illəri əhatə edirdi və bütün tədbirlərin icrasının 2008-ci ildə başa çatdırılması nəzərdə tutulurdu

Proqramlar çərçivəsində görülən işlərə aşağıdakıları aid etmək olar:

•         “Dogum evlərində (şöbələrində) doguşayardım xidmətinin təşkili üzrə “Ana və Uşaq Sağlamlığı Siyasəti”adlı metodik sənəd hazırlanıb (Səhiyyə Nazirliyinin 3 dekabr 2007-ci il tarixli 124 saylı əmri ilə təsdiq edilmişdir);  
•         “Qadın məsləhətxanalarında, ambulator-poliklinika tibb müəssisələrində mama-ginekoloji yardımın təşkili haqqında təlimat“ hazırlanıb (SN-nin 05.12.2008-ci il tarixli 170 saylı əmri il təsdiq edilmişdir);  
•         “Reproduktiv Sağlamlığa dair Milli Strategiya” hazırlanıb (SN-nin 12.08.2009-cu il tarixli 103 saylı əmri ilə təsdiq edilmişdir);  
•          “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq”, “Mamalıq qanaxmaları”, “Yeni doğulmuş-ların reanimasiyası”, “Sağlam yenidoğulmuşa qulluq”, “Kontrasepsiya vasitələri üzrə klinik protokol” və başqa klinik protokollar işlənilib və təsdiq olunub;
•         2004 -2008-ci illərdə SN tərəfindən bölgələrdə doğumqabağı və doğumdansonrakı xidmət müəssisələrində əsas xidmətlərin təkmilləşdirilməsi, yeni doğulmuş uşaqlara qulluq, hamiləliyin profilaktikası və başqa mövzularda 315 mühazirə və seminar təşkil edilib;  
•         "Elektron sağlamlıq kartı" sistemi 2007-ci ilin dekabr ayından tətbiq edilməyə başlamışdır  (Bakı, Sumqayıt və Gəncə, eləcə də, 20 şəhər və rayonun tibb müəssisələri artıq sistemə qoşulub);  
•         Proqramda nəzərdə tutulan 7 perinatal mərkəzdən 4-ü artıq fəaliyyətə başlayıb;   
•         Ölkənin 19 regionunun doğüşayardım müəssisələri zəruri tibbi avadanlıqlarla təchiz edilib;
•         Doğum və ölüm qeydiyyatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi arasında qlobal informasiya şəbəkəsi yaradılıb;
•         Ölkədə olan 44 uşaq poliklinikasının hər birində “sağlam uşaq “ kabineti fəaliyyət göstərir və s.    

SN-nin məlumatına görə hazırda ölkədə antenatal xidmətlə məşğul olan 10 müstəqil qadın məsləhətxanası, 61 Mərkəzi Rayon Xəstəxanalarının poliklinikalarının nəzdində qadın məsləhətxanası kabinetləri, 1624 feldşer-mama məntəqəsi, 22 həkim ambulatoriyası fəaliyyət göstərir və s.

Daha sonra A.Mehtiyev Azərbaycanda ana və uşaq ölümü göstəricilərinin dinamikasından bəhs edərək bu göstəricilərin hədəflərdən çox uzaq olduğunu qeyd etdi. O bildirdi ki, DSK-nın rəsmi məlumatlarına əsasən ölkəmizdə ana ölümü əmsalı (hər 100 min nəfər diri doğulan hesabı ilə) 2000-ci ildə 37,6, 2003-cü ildə 18,5, 2007-ci ildə 35,5 və 2009-cu ildə 24,3 olub. 1 yaşadək uşaq ölümü əmsalı (hər 1000 nədər doğulana hesabı ilə) 2000-ci ildə 16,4, 2002-ci ildə 16,7, 2005-ci ildə 12,7 və 2009-cu ildə 11,4 olub. Qeyd olundu ki, bu göstəricilər üzrə ölkə qurumlarının məlumatları UNİCEF-in məlumatlarından kəskin fərqlənir. Belə ki, UNİCEF-in son aşıqlamasına görə, Azərbaycanda 1 yaşadək körpələr arasında ölüm səviyyəsi (hər 1000 diri doğulmuş uşağa) 2007-ci ildə 34 təşkil edib. Gürcüstanda bu göstərici 27, Ermənistanda isə 22 olub.

A.Mehtiyev ana və uşaq ölümü hallarına gətirib çıxaran səbəblərə diqqəti yönəltdi. O qeyd etdi ki, aparılan tədqiqatlar son illər ölkədə qadınların ayrı-ayrı xəstəliklərlə xəstələnmə hallarının artması tendensiyasını göstərir. Belə ki, ilk dəfə diaqnozu müəyyən edilmiş xəstələr üzrə qadınlarda bədxassəli yenitörəmələr hər 100 min nəfər hesabı ilə 2000-ci ildə 60,0 olubsa, 2008-ci ildə 87,4-ə qalxıb. Qadınla-rın hər 100 min nəfəri hesabı ilə aktiv vərəm xəstələrinin sayı 2000-ci ildəki 32,7-dən 2005-ci ildə 18,0-ə düşmüşdüsə, 2008-ci ildə 24,3-ə qalxıb. Qadın sonsuzluğunun səviyyəsi (hər 100 min nəfər hesabı ilə) 2000-ci ildəki 17,9-dan 2008-ci ildə 37,7-yə yüksəlib (2 dəfədən çox artıb). 15- 49 yaş qadınlar arasında hamiləliyin, doğuşun və doğuşdan sonrakı dövrün ağırlaşması halları (qadınların hər 100 000 nəfərinə) 2000-ci ildəki 553,8-dən 2008-ci ildə 1291,8-ə yüksəlib (2,3 dəfə artım). Doğuşu ağırlaşdıran xəstəliklər üzrə vəziyyətin yaxşılaşdığını da söyləmək mümkün deyil. Məsələn, 2000-ci ildə hamiləliyi başa çatdırmış qadınların 17,6 faizində anemiya qeydə alınmışdısa, 2008-ci ildə bu 20,3 faiz təşkil edib. Gecikmiş hamiləlik toksikozu üzrə oxşar göstərici 3,6-dan 4,1-ə yüksəlib. Digər xəstəliklər üzrə nisbi sabitlik müşahidə olunur. Kontrasepsiya vasitələrindən istifadə edənlərin sayının son illər kəskin azalması müşahidə olunur.

1 yaşadək uşaqların ayrı-ayrı xəstəliklərlə xəstələnmə hallarında nisbi göstəricilər üzrə (hər 1000 nəfər hesabı ilə) ciddi artımlar olmasa da, mütləq saydakı yüksək artımlar narahatlıq yaradır.

A.Mehtiyevin sözlərinə görə, tibbi xidmətlərin müyəssərlik səviyyəsinin yetərincə olmaması, həkim məsuliyyətsizliyi və savadsızlığı, qadınların vaxtında qadın məsləhətxanalarına müraciət etməməsi, keyfiyyətli tibbi xidmətin yerində və vaxtında göstərilə bilinməməsi, doğuşun ev şəraitində keçirilməsi, ekologiya və ətraf mühitin vəziyyəti, insanların məlumatsızlığı və digər amillər ana və uşaq ölümünün artmasına şərait yaradır. Erkən nikahların çoxalması, gender bərabərliyində müşahidə edilən geriləmələr də ana və uşaq ölümünün səviyyəsinə təsir göstərir. 

Tarix: 15 Aprel 2010  |  Baxış sayı: 1429




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV