Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Məlumatların açıqlanması üzrə ən yaxşı Mərkəzi Bank
Rusiya Bankı özünü seçdi

Rusiya Bankı apardığı tədqiqat nəticəsində belə qərara gəlib ki, məlumatların açıqlanması üzrə 70 milyard dollardan çox ehtiyatları idarə edən 21 Mərkəzi Bank (Yaponiya, ABŞ və Britaniya istisna olmaqla) arasında ən yaxşısıdır. Bank 22 mümkün balda 17 bal toplayıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Rusiya Bankı xəbər verir.

Norveç və Polşanın Mərkəzi Bankları 16 bal toplayıb. Məlumatların açıqlanması üzrə indeks 11 göstərici üzrə hesablanıb. Bura ehtiyatların valyuta strukturu, gəlirlilik, risklər, coğrafi bölgü, qızılın payı və s. daxildir.

Bank Mərkəzi Bankları 4 qrupa bölüb. I qrupa ən açıq banklar (Rusiya, Honq-Konq, İsveçrə, Polşa və Norveç) daxil edilib. Onlar ehtiyatların həcmi ilə yanaşı onların valyuta və ölkə strukturunu, yerləşdirilmə alətlərini, gəlirliliyini və necə idarə edildiyini açıqlayırlar. Məsələn, İsveçrənin Mərkəzi Bankı (ehtiyatları 90 milyard dollardan çoxdur) valyuta və faiz risklərindən sığortalanmanı göstərir.

Növbəti qrupa daxil olan banklar (Hindistan, Avstraliya, Avrozona və Cənubi Koreya) ehtiyat aktivlərinin və onların valyuta strukturunun həcminin dəyişməsini BVF-nin standartlarına uyğunlaşdırır. Məsələn, Hindistanın Mərkəzi Bankı ehtiyatları (255 milyard dollar) borcun səviyyəsi və idxalın həcmi ilə müqayisə edilir.

Üçüncü qrup banklar (Fransa, Almaniya, Braziliya, Tailand, Malayziya, Türkiyə və Sinqapur) BVF-nin məlumatların açıqlanması standartları çərçivəsini açan məlumatları konkret rəqəmlərsiz və göstəricilərsiz açıqlayırlar.

Ən qapalı Mərkəzi Banklar Əlcəzairə, Çinə, Meksikaya və Tayvana məxsusdur. Onlar yalnız ehtiyatların həcmini və hərdən də təfsilatsız valyuta strukturunu açıqlayırlar. Valyuta ehtiyatının həcminə görə lider olan Çin hətta bu ehtiyatın valyuta strukturunu gizli saxlayır.

Tarix: 16 Aprel 2010  |  Baxış sayı: 796




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV