Fortune ABŞ-ın 500 ən böyük şirkətinin siyahısını tərtib edib
“Wal-Mart” ticarət şəbəkəsi ötən ilin lideri “Exxon Mobil” neft şirkətini şıxışdıraraq birinciliyi ələ alıb. "İqtisadi forum” jurnalının CNN kanalına istinadən verdiyi məlumata görə Fortune jurnalı Amerikanın 500 ən iri şirkətlərinin siyahısını tərtib edib.
Ötən illə müqayisədə Wal-Mart şəbəkəsinin gəliri 275,6 milyarddan 408,2 milyard dollara yüksəlib. Bu müddətdə Exxon Mobil şirkətinin xalis mənfəəti 19,3 milyard dollar təşkil edib. Halbuki Wal-Mart-da bu göstərici 14,3 milyard dollara bərabər olub.
2007-ci ildə bu şirkətlər ilk iki yeri tutub. Wal-Mart birinci, Exxon Mobil isə ikinci olub.
Siyahının üçüncüsü Chevron şirkəti olub.
General Motors ilk dəfə olaraq illik gəlir göstəricisi üzrə 10-luğa düşə bilməyib və 15-ci yerə düşüb.
Wal-Mart, Exxon Mobil və GM nə vaxtsa birinci yeri tutmuş yeganə şirkətlərdir.
Maraqlıdır ki, 500 Amerika şirkəti 2009-cu ilin yekunlarına əsasən gəlirlərini 335% artıraraq 90 milyardan 391 milyard dollara yüksəldib. Siyahıya düşən şirkətlərin illik gəlirlərinin birdən-birə 301 milyard dollar artması reytinqin tərtib edildiyi 56 il müddətində ikinci haldır.