Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


PREZİDENT APARATINA NƏ QƏDƏR TUALET KAĞIZI ALINDIĞINI BİLMƏK OLAR…
Dövlətin satın aldıqları dövlət sirri deyil

Azərbaycanda dövlət qurumlarının elektron məlumat yaymaya başlamasından yetərincə zaman keçsə də, təəssüf ki, bu növ məlumat yayma mədəniyyəti sıfır nöqtəsindən çox uzağa gedə bilməyib. Nəticədə ictimai şəffaflıq anlayışı Azərbaycan üçün hələ də formal xarakter daşımaqda davam edir. Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin elektron səhifəsinin qurulması ictimai şəffaflıq istiqamətində bir addım olsa da, bu günədək şəffaflıq anlayışına əsla yaxınlaşa bilməyib.

İctimaiyyətin birbaşa maraq dairəsində olan dövlət vəsaitləri hesabına həyata keçirilən satınalmalarla bağlı sərgilənən «məlumat bolluğu» həm də hökumətin şəffaflıq anlayışına münasibətinin göstəricisidir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sifarişi ilə Satınalmalar Dövlət Agentliyinin saytını bir neçə başqa ölkənin analoji saytları ilə qarşılaşdıraraq monitorinq etdik. Monitorinq zamanı qarşılaşdığımız maraqlı məqamların ictimai əhəmiyyətliliyini nəzərə alaraq oxucularla paylaşmaq qərarına gəldik.


Agentliyin saytı mövcud qanunvericiliyə ayna tutmur

Dövlət satınalmaları ilə məşğul olan agentliyi rüsvay etmək üçün özünün qurduğu saytdan yaxşı bir şey ola bilməzdi. Saytı nə məqsədlə hazırladığını bu qurumun rəhbərlərindən soruşsaq, inanın ki, cavab verə bilməzlər. Çünki bu mötəbər informasiya qaynağını hazırlayarkən heç bir doğru-dürüst ölkənin təcrübəsinə az da olsa göz atdıqları yoxdur. «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununu saytda yerləşdirsələr də, onu tam oxuduqlarından əmin deyiləm. Belə olan halda saytda cəmiyyət qanunun tələblərindən irəli gələn prosedurlar üzrə satınalamalarla bağlı tam gedişatı izləyə, tender elanları, tenderlərin iştirakçıları, qalibləri, bağlanmış müqavilələr, şikayət edilmiş tərəflərlə bağlı ilgiləri öyrənə bilərdi.


www.tender.gov.az - uzun-uzun anlatmaya gərək olmayacaq

Çünki sayt kasaddır. Səhifədə 12 link var, birə dəyməz. Saytın üz qabığında ziyarətçilərin ümumi və onlin sayını göstərən sayğac yerinə sayğac rəsmi qoyulub. Rəsmdə ingiliscə bu gün saytda olanların və ümumiyyətlə sayt ziyarətçilərinin sayı göstərilir. Ancaq son iki ayda onların sayı uyğun olaraq 131 və 113749 şəklində dəyişməz olaraq qalır. Baxmayaraq ki, ən azından monitorinq boyu mən hər gün saytı ziyarət etmək məcburiyyətindəydim. Bu durum yazı hazırlanan günə qədər (16 aprel) dəyişməyib. Saytın texniki dəstəkçiləri zaman-zaman sayğac rəsmini dəyişir.

Bəlkə sayğac rəsmi kimi detallar kiçik və yersiz görünə bilər, ancaq bu, agentliyin informasiya açıqlılığına göstərdiyi diqqətin təzahürüdür. Digər dövlət qurumlarında olduğu kimi, görünür, agentlik də ictimaiyyət qarşısında məsuliyyətini yetərincə bilmir. Halbuki bu səhifədə xalqın büdcəsi hesabına alınan mal və xidmətlər barədə çox ciddi rəqəmlər və bilgilər əldə etmək hər bir azərbaycanlının haqqıdır.


Saytın yarısı işləmir, yarısı da işləməyi imitasiya edir

Azərbaycanda hökumət tərəfi, ümumiyyətlə, informasiya əlçatanlığını imitasiya edirlər. Bu səhifədə də informasiyaların yerəşdirilmiş ola biləcəyi elektron satınalmalar və forum linkləri illərdir hazırlıq mərhələsindədir və belə görünür ki, bu mərhələni aşa bilməyəcəklər də. Tender linkindən açılır ki, bura da ayrı-ayrı qəzetlərdə getmiş tender elanları gecikmiş şəkildə yerləşdirilir. Hətta bəzən o elanlarda ağlagəlməz düzən olmasına baxmadan bu səhifəyə qoyurlar. Həm də sayt elə şəkildə qoyulub ki, 10 səhifəyə baxıb təkrar ikinci səhifəyə dönmək istəsəniz, bunun üçün 10 səhifə daha açıb geri dönməli olacaqsınız, ya da yenə başa dönüb hər şeyi yenidən axtarmalı olacaqsız. Bütün bu çətinliklərin bir səbəbi olmalıdır ki, bu da informasiyaya çata bilməmənizdir. Saytda neçə elan olduğunu böyük ehtimalla agentliyin özündə də bilmirlər...

Monitorinqin əvvəlində qurumun saytındakı «Tender» bölümündə yerləşən elanların arasında 2009-cu il dekabr ayının 9-da «Respublika» qəzetində çap edildiyi qeyd olunan bir elan diqqətimi çəkmişdi. Səhiyyə Nazirliyi Laçın rayon Mərkəzi Xəstəxanası 2010-cu ildə dərman preparatlarının, tibbi avadanlıqların alınması və sosiyal təyinatlı obyektlərin əsaslı təmiri üzrə açıq tender elan etmiş və elanda yalnız tenderin bir lot üzrə keçirildiyi bildirilir və ünvan açıqlanırdı. Qaydalara görə, tenderin şərtləri, əlaqələndirici şəxsin kontaktları və zərflərin açılacağı günün bildirilməməsi bir yana, bu tenderin bir lot üzrə keçirilməsinin açıqlanması da absurddur. Satınalmalarda mal və xidmətlərin təsnifatına uyğun olaraq tenderlər bir neçə lot üzrə keçirilir. Ancaq bu elandan belə anlaşılır ki, tenderdə qazanan təşkilat həm xəstəxana üçün tibbi ləvazimat alacaq, həm də təmir işləri görəcək. Tenderin başa çatma müddəti, zərflərin açılması tarixi elandan bəlli deyil.


Tender-tender oyunu

Saytdakı elanlardan birini agentliyin özü guya e-satınalmalar bölümündə yerləşdirib. Hansı ki, yuxarıda bu bölümün ümumiyyətlə işləmədiyini qeyd etmişik. Qurum odsöndürən balonların alınması və yenidən doldurulması üzrə alayarımçıq kotirovka sorğusu elan edib. Təkliflərin nə zamandan qəbul ediləcəyi və elanın nə zaman verildiyi, bank rekvizitləri elanda verilmədyindən, iştirak haqqının hara köçürüləcəyi bəlli deyil. Heç bir tender elanının nəticəsi barədə bilgi yoxdur. Qısası, Azərbaycanda dövlət satınalmaları tender-tender oyunu ilə keçirilir.


Agentlik kimlərin təcrübəsindən yararlanıb?

Səhidəfəki ikiyarım məlumata bənzər nəmənədən bəlli olur ki, agentlik özünün təcrübəsindən heç də yaxşı olmayan dövlətlərin satınalmalarla bağlı təcrübəsindən yararlanıb və həmin saytlara keçidləri təqdim edir. Gürcüstanın analoji saytı ümumiyyətlə, açılmır, Qırğızıstan Respublikasının bu sahədə informasiyaları paylaşması nəzərdə tutulan iki saytı üzərində iş getdiyindən, hər hansı bilgi əldə etmək imkansızdır (ölkədə son baş verənlərdə elə-belə amillərin də rolu var - müəl.). Moldova Respublikasının dövlət satınalmaları üzrə agentliyinin saytı keçən ilin mayından yenilənməyib və əvvəlki müddət üçün tenderlərin nəticələri ilə bağlı linklər boşdur. «Dövlət sifarişi» adlı Rusiya Məlumat Portalının linkində də satınalmaların müsbət təcrübəsi ilə bağlı heç nə əldə etmək mümkün deyil. Saytda tenderlərin nəticələri, yasaqlanmış şirkətlər və s. kimi məlumatlar yer almayıb.


Hesabat verməyən hesabatlar

Saytda 2007, 2008 və 2009-cu illərin hesabatlarının aktiv olduğu görünsə də, 2009-cu ilin üzərinə tıklanan zaman açılan səhifədə hesabatın işlənib hazırlandığı bildirilir. Digər illərin də hesabatları üymumiləşdirilmiş xarakter daşıyır. Hesabatların təqdim edildiyi qrafiklərin böyük bir qismi boşdur, sadəcə, satınalan dövlət qurumlarının adı verilir. Məsələn, hesabatlara görə, son illərdə ən böyük dövlət satınalmalarını həyata keçirmiş Azərbaycan Meloriasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin vəsaitləri nəyə xərclədiyi çox maraqlıdır. Çünki ortada su təchizatında yaxşılaşma kimi bir durum hələ də yoxdur.

Satınalmalar üzrə Dövlət Agentliyinin rəhbəri Ələkbər Quliyevdən bu sayta nə qədər vəsait xərcləndiyini soruşduqda, maliyyəçi olmadığından konkret rəqəm deyə bilməyəcəyini açıqladı: «Amma saytımıza baxanda düşünürəm ki, ya az pul ayrılıb, ya da heç ayrılmayıb. Biz kiçik təşkilatıq, ona görə də gəlirlərimiz də azdır. Amma nəzərdə tutmuşuq ki, bu ilin sonunadək saytı normal işlək vəziyyətə salaq». Ancaq saytda agentliyin saxlanılması üzrə xərcləri əks etdirən cədvəl bunun əksini deyir. Belə ki, cədvələ görə, təkcə keçən il qurumun büdcəsində kommunikasiya və kommünal xidmətlər, İnternet xidmətləri və bu qəbildən olan sair xidmətlər (hansı ki, nə olduğu bəlli deyil - müəl.) üçün nə az, nə çox - düz 12 500 manat nəzərdə tutulmuşdu və builki büdcədə nəzərdə tutulan rəqəmlər heç də bundan az deyil. Daha hərəkətli, üzərində daha asan işlənməsi mümkün olan və hərtərəfli məlumat əldə edilməsi mümkün olan bir sayt üçün isə o qədər də böyük vəsait gərək deyil. Sadəcə, o saytda yerləşdiriləcək bilgilərin açıqlanmasını əngəllələməmək, yəni saytın həqiqətən şəffaflığa xidmət etmək üçün hazırlanmasını istəmək yetər. Bir az da zəhmətə qatlanıb müsbət təcrübələri öyrənmək gərəkdir.


Türkiyə təcrübəsi

Türkiyə Cümhuriyyəti Kamu İhalə Kurumunun (KİK) (Dövlət Satınalmaları Qurumu) saytında http://www.ihale.gov.tr/ ölkədəki bütün dövlət satınalmaları elektron qaydada həyata keçirilir. Qeyd edək ki, Türkiyə dövlət satınalmalarının elektron qaydada həyata keçirilməsinə 2007-ci ildən başlayıb. Arzusu olan hər bir şəxs bu ölkənin vətəndaşı olmadan belə bu ölkədə sözügedən sayt vasitəsilə nədən, nə qədər və hansı qiymətə kimdən alındığını təqib edə bilir.

Türkiyədə ayrı-ayrı ordu bölümləri üçün alınan ərzaq və geyim kimi mallar üçün keçirilmiş tenderlər və onların nəticələrini internetdən təqib etmək mümkündür. Təsəvvür edin ki, Türkiyədə ayrı-ayrı qurumlar üçün ispanaq, turp, peçenye belə tender yolu ilə alınır. Bütün prosesi elektron ortamdan rahatca təqib etmək, arzu edərsənizsə tenderlərə qatılmaq, hər hansı şeyi bəyənməyib və ya haqsızlıq hesab etsəniz, o dəqiqə şikayət etmək sadəcə, klaviatura üzərindən görülə biləcək qədər bəsitdir.

Saytdakı faydalı linklər də bizim agentliyin səhifəsindəki yarısı işləməyən linklərdən fərqli olaraq dünyanın bir çox ölkələrinə məxsus dövlət satınalmaları ilə bağlı linklərdir. Qeyd etmək yerinə düşərdi ki, bu linklərin arasında Azərbaycan və ya bizim adətən istifadə etdiyimiz təcrübələri görə biləcəyimiz link yoxdur. Ancaq bu səhifədən İngiltərə, Norveç, Almanya, Hollandiya, Amerika və s. kimi ölkələrin nümunələrini gözdən keçirmək olar.


Qazaxstan təcrübəsi daha mükəmməldir

Öncə xüsusi bir qeyd etmək yerinə düşərdi ki, Qazaxstan Respublikasının «Dövlət satınalmaları haqqında» Qanununa əsasən bu il yanvar ayının 1-dən bütün dövlət satınalmaları qiymət təkliflərinin sorğusu yolu ilə və yalnız elektron formatda həyata keçirilməyə başlayıb. Satınalmalar portalının (http://goszakup.gov.kz) stabil işi üçün lazım olan bütün tədbirlər alınıb.

Saytdakı xəritədən ən qısa yolla istənilən məlumata keçid etmək mümkündür. Prosesləri izləmək üçün bizə gərək olan əsas link - 2010 üzərinə tıklamaq gərəkdir. Açılacaq lotlar cədvəlində ən son günün elanları o qədər operativ yerləşdirilirdi ki, onları təqib etməyə zaman belə yetmir.

Klaviaturanın bir duyməsinə basmaqla Qazaxstanda hansı qurumun nə zaman qeydiyyatdan keçdiyni və kimin olduğunu bilmək mümkündür. Alınacaq malın bir ədədəinin planlaşdırılan qiyməti, neçə ədəd alınacağı və toplam satınalma üçün nə qədər vəsait nəzərdə tutulduğu kokret göstərilir. Qurumların elektron ortamda qarışıqlıq olmaması üçündür kod altında verilir. İcraçı tərəfin Ədliyyədən nə zaman və hansı reestr sayı altında qeydiyyatdan keçdiyi, rəhbərinin kimliyi, ünvanı, telefonları belə koda tıklanan zaman asanlaqla görülə bilir.

Tender elanlarının nəticələrini də elektron ortamdan təqib etmək asandır. Mal, iş və ya xidmət kimdən alındı, müqavilə nə zaman bağlandı, müqavilə məbləği nə qədərdir - bunlar Azərbaycandan fərqli olaraq «dövlət sirri» deyil.

Qazaxstanda il boyu alınacaq mal, iş və xidmətlər ilin əvvəlindən planlaşdırılır və bu məlumatlar portalda yerləşdirilir. Dövlət satınalmalarının illik planı bölümünə daxil olduqda açılan cədvəldə hər bir dövlət qurumunun tabeçiliyində olan alt qurumlarının sayı, saytda yerləşdirilmiş satınalma planlarının sayı və satınalmaların ümumi dəyəri (min tenqe ilə) göstərilir.

Cədvələ görə, Qazaxstan hökumət qurumlarının 18563 alt qurumu tərəfindən 15067 elan üzrə satınalmalar üçün 2010-cu ildə 1 625 604 480,76 tenqe vəsait nəzərdə tutulub. Dövlət qurumlarının adının üstünə tıkladığınız zaman onların alt qurumları haqqında bilgi ala bilərsiniz. Məsələn, Qazaxstan Respublikası Prezidentinin Arxivi üstünə tıkladıq. Açılan səhifədəki cədvəldə 178 iş, mal və xidmət üzrə satınalmaların ayrılıqda təsnifatı verilib. Bu 178 bənd üzrə 46 494 531,00 tenqe planlaşdırılır. Bu cədvəldən Prezident Arxivinin bir ildə tualet kağızının alınmasından tutmuş - təmir işlərinə qədər mal, iş və xidmətlərin satınalınmasınadək nə qədər vəsait xərclədiyini öyrənə bilərsiz. Sağ əlləri bizimkilərin başına.


Şəhla ƏBUSƏTTAR,
Xüsusi olaraq “Yeni Müsavat” üçün
 
Tarix: 19 Aprel 2010  |  Baxış sayı: 1161




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV