Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Azərbaycandan sovet əmanətlərinin qaytarılması üçün müəyyən hüquqi baza var imiş
Son günlər sovet dövründə əhali tərəfindən banklarda yatırılmış əmanətlərin geri qaytarılması məsələsi yenidən gündəmə gəlib. Müstəqil ekspertlər, bir sıra millət vəkilləri əmanətlərin qaytarılmasının zəruriliyini bildirsələr də, hökumət tərəfindən hələ ki reaksiya yoxdur.

Azərbaycan hökuməti 1991-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda əmanətlərin indeksləşdirilməsi və qaytarılması ilə bağlı müxtəlif hüquqi aktlar qəbul edib. Ancaq təəssüf ki, bütün bunlar kağız üzərində qalıb, reallıqda icra olunmayıb.

Redaksiyamıza müraciət edən oxucularımız sovet əmanətlərinin qaytarılmasının hüquqi bazasının olub-olmamasını bilmək istəyirlər. Onların hökumətin ümumiyyətlə bu fikirdən vaz keçə biləcəyi ehtimalından narahatdırlar. Oxucularımız bu əmanətlərin qaytarılması ilə bağlı hökumətin hüquqi öhdəliyinin olub-olmamasını bilmək istəyirlər.

"İqtisadi forum" jurnalı oxucuların xahişlərini nəzərə alaraq sovet əmanətlərinin indekslərşdirilməsi və qaytarılmasl ilə bağlı hökumətin imzaladığı hüquqi aktların adlarını və xronoloji ardıcıllığını sizə təqim edir:

Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasının Əmanət Bankında əmanətlərin saxlanmasına vətəndaşların marağını artırmaq və müdafiəsini təmin etmək məqsədi ilə Nazirlər Kabineti 27 mart 1992-ci il tarixində “Azərbaycan Respublikası Əmanət Bankında əmanətlərin saxlanılmasına vətəndaşların marağının artırılması haqqında” 151 saylı qərar verir. Qərarda vətəndaşların əmanətlərinə dövlət tərəfindən təminat verilməsi əksini tapır. Qərar əsasında Əmanət Bankın əmanətlərinin faiz tarifi 1 yanvar 1992-ci ildən tələb edilənədək əmanətləri üzrə 2%, müddətli əmanətlər üzrə isə 3% artırılıb.

1992-ci il iyunun 3-də Nazirlər Kabineti  “Azərbaycan Respublikasının Dağlıq Qarabağ hissəsindən və Goranboy rayonunun keçmiş Şaumyan (kənd) ərazisindən didərgin düşmüş vətəndaşların əmanətlərinin ödənilməsi haqqında” 310 saylı Qərar verir. Qərarda adıçəkilən bölgələrdən didərgin düşmüş vətəndaşların əmanətlərini əmanət kitabçaları əsasında, hərtərəfli dəqiqləşdirdikdən sonra sənədləşdirib mərkəzləşmiş qaydada bu bölgələrin 1991-ci il yanvarın 1-nə kredit ehtiyatlarından yaranmış, respublika əmanət bankının balansında qalan gəlir hesabına verilməsi haqqında nəzərdə tutulur.

1992-ci il iyunun 15-də president səlahiyyətlərinin icrasına başlayan Əbülfəz Elçibəy həmin ayın 17-də “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanun imzalayır.Qanunla vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin təşkilati-hüquqi əsasları müəyyən edilir. Bu qanunun tələblərinə uyğun olaraq 1993-cü il iyunun 3-də Nazirlər Kabineti “Azərbaycan Respublikasında əhalinin əmanətlərinin indeksləşdirilməsi üçün faiz tariflərinin artırılması barədə” 23 saylı Qərar qəbul edir. Qərar əsasında Səhmdar Kommersiya Əmanət Bankının idarələrində əmanətlərin bütün növləri üzrə faiz tarifləri artırılaraq 1993-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:

«Tələb olunanadək» əmanəti üzrə -      15 faiz

Müddətli əmanətlər üzrə:

1 ildən — 3 ilə                                    20 faiz

3 ildən — 5 ilə                                    30 faiz

5 ildən yuxarı                                     40 faiz

Bundan başqa qalığı 50 min rubldan (5 min manat) yuxarı əmanətlər üzrə 40 faiz, məqsədli uşaq əmanəti üzrə isə 60 faiz müəyyən edilib.

6 may 1993-cü il tarixində Prezident inflyasiyanı nəzərə alaraq, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və əmanət banklarında olan əmanətlərin qiymətsizləşməsinin qarşısını almaq üçün  “Azərbaycan Səhmdar-Kommersiya Əmanət Bankında əhalinin əmanətləri üzrə kompensasiyalar verilməsi haqqında” Fərman imzalayır.

Fərmanda Əmanət Bankında saxlanan əmanətlərin 1992-ci il yanvarın 1-dək olan qalığına 1993-cü il iyunun 1-dən 100 faiz hesabı ilə kompensasiya verilməsi nəzərdə tutulurdu. Fərmanda həmçinin qeyd edilirdi ki, verilmiş kompensasiya məbləğləri əmanətçilərin adına açılan xüsusi hesablarda saxlanılmalı və saxlanan əmanətlər üzrə müvafiq qaydada faiz hesablanmalıdır. Xüsusi hesablarda saxlanan əmanət məbləğlərinin əmanətçilərə 1995-ci il iyunun 1-dən etibarən ödənilməsi nəzərdə tutulurdu.

Uzun fasilədən sonra əmanət məsələsində 2005-ci ildə qayıdılır. Ölkə Prezidenti 26 oktyabr 2005-ci il tarixində “Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında”  Sərəncam imzalayır. Sərəncamla ölkə vətəndaşlarının 1 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin indeksləşdirilməsinə hazırlıq aparmaq üçün Dövlət Komissiyası yaradılır. Komissiyanın tərkibinə sədr baş nazir olmaqla nazirlər, bank və komitə sədrləri daxil edilir.

Sərəncamda əmanətlərin qalıqlarına kompensasiyaların verilməsini tənzimləyən müvafiq qanun layihəsinin və onların ödənilmə mexanizmi barədə təkliflərin üç ay müddətində hazırlanması, eyni zamanda vətəndaşların 1 yanvar 1992-ci il vəziyyətinə əhali qrupları və yaş kateqoriyaları üzrə bank hesablarının inventarizasiyasının aparılması nəzərdə tutulub.

2006-cı ildə əmanətlərin qaytarılması məqsədilə qanun layihəsinin hazırlanması barədə xəbərlər yayılmasına, dövlət büdcəsində bunun üçün hətta vəsait nəzərdə tutulmasına rəqmən sonradan müəmmalı şəkildə bu prosesə son verildi. Kapital bankda aparılan indeksləşdirmə prosesi də yarımçıq qaldı. Artıq qonşu Ermənistan bu işə start verdi. Rusiya yaxın 3 ildə əmanətləri qaytarıb qurtaracaq. Keçmiş SSRİ-nin digər ölkələri də bu istiqamətdə addımlar atıb. Azərbaycan hökuməti isə hələlik buna ehtiyac görmür....


“İqtisadi forum”

Tarix: 20 Aprel 2010  |  Baxış sayı: 1146




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV