Azərbaycanda avro son 1 ildə ən aşağı səviyyəyə düşüb
Yaxın 3 ayda avro 1,3 dollara düşə bilər
“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi son 1 idə ən aşağı səviyyəyə düşüb.
Mərkəzi Bankın məlumatına görə, aprelin 23-də Avropa valyutasının manata nisbətən rəsmi məzənnəsi 1,0628 manat müəyyən edilib. Bu, 29 aprel 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 avro 1,0594 manata bərabər olub.
Avronun ucuzlaşması Yunanıstan probleminin həllinin hələ də uzanması ilə bağlıdır. Digər tərəfdən Goldman Sachs investisiya bank ətrafında yaranmış qalmaqal bu bankın ABŞ və Britaniya hökumətləri tərəfindən fırıldaqçılıqda günahlandırılması investorlarda narahatçılıq yaradıb.
Bu məlumatdan sonra avro ucuzlaşaraq 1,3435-dən 1,3410 dollara düşüb. Ucuzlaşma yapon valyutasına nisbətən də baş verib. Avropa valyutası bu müddətdə 124,91-dən 124,24 iyenaya düşüb.
Hazırda dünyada 1 avro 1,37 dollardan da aşağı kursla dəyişdirilir. Artıq bir sıra analitiklər, maliyyə institutları avronun ilin sonuna kimi daha da ucuzlaşacağını pronozlaşdırır.
Ekspertlərin fikrincə, yaxın 3 ayda avro 1,3 dollara qədər ucuzlaşa bilər.