Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Birləşmiş bələdiyyələrin nizamnamələri hələ də təsdiq olunmayıb
Buna görə də maliyyə fəaliyyəti göstərə bilmirlər

“Bələdiyyələrin birləşdirilməsi Azərbaycanda yerli özünüidarənin gücləndirilməsi istiqamətində aparılan islahatların başlanğıcı olmalıdır. Proses bununla bitməməlidir. Əgər bələdiyyələrə əlavə səlahiyyət və ona uyğun maliyyə təminatı verilməsə, bələdiyyələrin fəaliyyətində gələcəkdə bir sıra problemlər ortaya çıxacaq”. "İqtisadi forum" jurnalının məlumatına görə, Bu fikirlər İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin aprelin 29-da Azərbaycan Media Mərkəzində “Bələdiyyələrin birləşdirilməsinin doğurduğu problemlər” mövzusunda keçirtdiyi mətbuat konfransında səslənib.

Mətbuat konfransını giriş sözü ilə açan İTYİB-in sədr müavini Rövşən Ağayev bildirdi ki, təmsil etdiyi təşkilat 2007-ci ildən başlayaraq Oxfam GB və İCCO təşkilatlarının dəstəyi ilə «Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi» layihəsini həyata keçirir. Bu layihə çərçivəsində müxtəlif tipli ictimai müzakirələr, fokus qruplarla görüşlər, TV verilişlər, media kampaniyası və s. aparılıb. Onun sözlərinə görə, layihə çərçivəsində tədqiqatların hazırlanması zamanı ölkə qanunvericiliyi araşdırılmış, Avropa Şurasının tövsiyələri öyrənilmiş, fokus qruplar arasında sorğular keçirilmiş, millət vəkilləri, ekspertlər, QHT və KİV nümayəndələri ilə müsahibələr aparılmış, beynəlxalq təcrübə öyrənilib.

Sədr müavininə görə, bələdiyyə qurumlarının fəaliyyətinin səmərli qurulması üçün hökumətə İTYİB tərəfindən 10-a qədər tövsiyələr təqdim edilib. Bunlara:

- Dövlət büdcəsindən yerli büdcələrə transfertlərin daha şəffaf və çevik meyarlar əsasında ayrılması mexanizmlər;

- Azərbaycanda əhalisi 500-dən az olan 1000-dək bələdiyyənin birləşdirilməsi ilə bağlı mexanizmlər;

- Azərbaycanda yerli problemlərin həlli sahəsində bələdiyyələrin mümkün səlahiyyət sferası və öhdəlikəri ilə bağlı tövsiyələr;

- Bələdiyyə Assosiasiyalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər, həmçinin bu qurumların fəaliyyətinin səmərələliyini qiymətləndirmək üçün meyarlar;

- Azərbaycanda Respublikasinda bələdiyyə mülkiyyətində olan torpaqlarin hərrac və müsabiqələr vasitəsilə satilmasi və ya icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Tövsiyələr;

- Bələdiyyələrin maliyyə bazarına aktiv çıxışını təmin etmək üçün Bələdiyyə Bankının və Bələdiyyə İnkişaf Fondunun yaradılması ilə bağlı Tövsiyələr;

- Yerli büdcə prosesinin reqlamentləşdirilməsi (büdcənin müzakirəsi və icrası) ilə bağlı büdcə qanunvericiliyinə dəyişikliklər paketi və s. daxildir.

R.Ağayev bələdiyyə problemlərinin işıqlandırılmasında mətbuat orqanlarının iştirakını yüksək qiymətləndirərək onlara təmsil etdiyi təşkilat adından təşəkkür etdi.

Onun sözlərinə görə, Azərbaycanda yerli özünüidarənin gücləndirilməsi istiqamətində vətəndaş cəmiyyəti, o cümlədən İTYİB əlindən gələni edib, amma təəssüf ki, hökumət tərəfindən zəruri addımlar atılmayıb. Hələ də həlli vacib olan məsələlər qalıb.

İTYİB eksperti Samir Əliyev bələdiyyələrin birləşməsi prosesində və sonradan ortaya çıxan problemlər barədə təqdimat etdi. Onun sözlərinə görə, Azərbaycanda yerli özünüidarə institutu yaradılanda bələdiyyələrin sayı 2667 olub. Fəaliyyətlərinin 10 ili ərzində bu orqanların sayı artaraq 2008-ci ildə 2757-yə çatmışdı. Azərbaycanda yerli özünüidarə orqanlarının sayının çoxluğu, ölçülərinin kiçikliyi lə bağlı vətəndaş cəmiyyəti üzvləri tərəfindən aparılmış vəkillik kampaniyasının nəticəsi olaraq hökumət 2009-cu ildə bələdiyyələrin böyüdülməsi istiqamətində konkret addım atıb. Bələdiyyələrin birləşdirilməsində hökumət əvvəlcə könüllülük prinsipinə üstünlük versə də bu mexanizmin işləməməsi səbəbindən sonradan inzibati üsullardan istifadə etməli olub.

Azərbaycan qanunvericiliyi bələdiyyələrin könüllülük prinsipi əsasında birləşməsini nəzərdə tutur. Birləşmə məsələsi «Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Hökumət könüllü birləşməni stimullaşdırmaq üçün qanunvericiliyə 2 dəfə dəyişiklik edib və proseduru bir qədər sadələşdirib. Birinci dəyişiklikdən əvvəl birləşmək üçün yerli rəy sorğusunun keçirilməsi tələb olunurdu. Yalnız sorğunun nəticələri müsbət olduqda birləşmə barədə bələdiyyələr tərəfindən qərar qəbul edilə və baxılmaq üçün Milli Məclisə təqdim oluna bilərdi. Mövcud qanuna 25 aprel 2008-ci il tarixli (596-IIIQD saylı) Qanunla dəyişiklik ediləndən sonra birləşmək istəyən bələdiyyə üçün ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşlarının azı 25 faizinin bələdiyyələrin birləşməsi məsələsinə münasibət bildirməsini təmin edən yığıncağın (yığıncaqların) keçirilməsi kifayət idi. Bu dəyişiklik özünü doğrultmadığından 17 mart 2009-cu ildə «Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında» qanuna növbəti dəyişiklik edildi. Bu dəfə 25%-lik hədd yığıncaq iştirakçılarının yarısından çoxunun səsi ilə əvəz olundu. Hətta bu dəyişikliklər birləşmə prosesini stimullaşdıra bilmədi.

Bundan sonra hökumət bələdiyyələrin birləşdirilməsində “məcburi könüllülük” prinsipindən istifadə etməli oldu. Bələdiyyə orqanlarına verilən qeyri-rəsmi tapşırıqlar nəticəsində bələdiyyə orqanları “könüllü” olaraq yığıncaq keçirtdilər və birləşməyə qərar verdilər. Yığıncaqların nəticəsi olaraq ölkə ərazisində fəaliyyət göstərən 1567 bələdiyyə birləşmə məqsədi ilə Milli Məclisə müraciət etdi. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 29 may 2009-cu il tarixli, 826-IIIQ saylı Qanunu ilə parlamentə müraciət edən bələdiyyələrin birləşdirilməsi nəticəsində onların sayı 572-yə qədər azaldıldı. 995 bələdiyyə qurumu ləğv edildi, Füzuli rayonu ərazisində isə əlavə olaraq 2 yeni bələdiyyə - Birinci Zobuncuq və Beşinci Zobuncuq bələdiyyələri yаrаdıldı. Bu qanunun qəbulundan sonra ölkə üzrə fəaliyyət göstərən bələdiyyələrin sayı 2757-dən 1762-ə qədər azaldıldı.

19 iyun 2009-cu il tarixində qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 839-IIIQ saylı Qanunu ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bələdiyyələrin birləşdirilməsi həyata keçirilib. Muxtar Respublikada 84 bələdiyyənin birləşdirilməsi nəticəsində 40 bələdiyyə qurumu yaradılıb, 47-si ləğv еdilib. Əlavə olaraq 3 bələdiyyə qurumu yaradılıb. Bu birləşmə nəticəsində Naxçıvan MR-də bələdiyyələrin ümumi sayı 215-dən 171-ə qədər azalıb.

Ümumilikdə ölkə üzrə aparılan birləşmə tədbirləri nəticəsində yerli özünüidarə qurumlarının sayı 2757-dən 1718-ə qədər azaldılıb. Birləşmə nəticəsində ölkə üzrə 1044 bələdiyyə ixtisar olunub, 5-i isə yaradılıb. Bu isə son nəticədə 1039 və ya 38% bələdiyyənin azalması deməkdir.

Sonra ekspert diqqəti problemlərə yönəltdi. S.Əliyevə görə, hökumət birləşdirməni “1 inzibati ərazi vahidi – 1 bələdiyyə” prinsipi ilə həyata keçirtsəydi yaxşı olardı. Düzdür birləşmə inzibati ərazi vahidliyi əsasında aparılıb. Ancaq hələ də bəzi inzibati ərazi vahidliklərində bir neçə bələdiyyənin qalması müşahidə edilir. Digər problem birləşmə zamanı təmsilçiliyin nəzərə alınmamasıdır. “Bu gün 3-4 bələdiyyənin birləşməsi halları mövcuddur. Ancaq yeni seçilmiş bələdiyyə üzvləri arasında bütün yaşayış məntəqəsini təmsil etmiş şəxslər yoxdur. Bu isə müəyyən problemlər yaradır, əhali ilə bələdiyyə arasında münaqişəyə əsas olur. Əhali görəndə ki, onun kəndini və ya bələdiyyəsini təmsil edən şəxs birləşmiş bələdiyyədə təmsil olunur onun bu quruma etibarı da yüksək olar. Bu məsələ həllini tapmasa gələcəkdə problemlərin ortaya çıxması labüddür”, - deyə ekspert bildirib. Ekspert digər problemlər qismində bələdiyyə qurumunun yaradılması üçün əhali sayının aşağı həddinə məhdudiyyətin qoyulmaması və dövlət hakimiyyət orqanlarının birləşmə prosesinə hazır olmamasını göstərib.

Mövcud problemlərdən danışan S.Əliyev qeyd etdi ki, bir sıra bələdiyyələr hələ də maliyyə əməliyyatları apara bimirlər, işçilərinə əmək haqqı verə bilmirlər. Səbəb də Ədliyyə Nazirliyi tərəfindən birləşmiş bələdiyyələrin nizamnamələrinin təqdiqinin ləngidilməsidir: “Birləşmə qərarı 1 il öncə verilib və yeni seçilmiş bələdiyyələr 4 aydır fəaliyyət göstərir. Bu vaxta qədər nə maliyyə əməliyyatı apara bilib, nə də işçilərinə maaş verə bilib. Birləşmədən sonra bələdiyyələrin möhürlərini yığıdılar. Bir neçə ay keçəndən sonra yeni möhürlə təmin etdilər. Nizamnamələri isə hələ də təsdiq olunmayıb. Nizamnamə təsdiq olunmadığından bələdiyyə VÖEN və bank hesabı aça bilmir”.

Sonda S.Əliyev birləşmə ilə bağlı yaranmış problemlərin həlli üçün təmsil etdiyi təşkilatın təkliflərini jurnalistlərin nəzərinə çatdırdı. Onun sözlərinə görə, əhalinin təmsilçiliyin təmin edilməli və bələdiyyələrin formalaşması üçün əhali sayının aşağı həddinə məhdudiyyət qoyulmalıdır. Ekspert hesab edir ki, əhali sayı üçün aşağı hədd 1500-2000 ola bilər. Əhalinin yuxarı həddinə isə qoyulmuş məhdudiyyət götürülməlidr. Çünki ekspertə görə, Seçki Məcəlləsinin 210.2.1-ci və 210.2.8-ci maddələrinə görə, əhalisinin sayı 500-dən az olan ərazilərdən tutmuş əhalisinin sayı 299.999–dək olan ərazilərdə bələdiyyələrin yaradılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, əhalinin sayı 300.000 nəfərdən çoxdursa, həmin bələdiyyə bölünməlidir. Bu da böyük şəhər bələdiyyələrinin yaradılmasını mümkünsüz edir. Bundan başqa bələdiyyələr maliyyə fəaliyyətini bərpa etmək üçün Ədliyyə Nazirliyi tərəfindən təcili olaraq onların nizamnamələrin təsdiqi həllini tapmalıdır. Və ən nəhayət, bələdiyyələrə əlavə səlahiyyət və maliyyə təminatının verilməsi təmin ediməlidir.

Sonda Rövşən Ağayev əlavə etdi ki, əgər bələdiyyələrə əlavə səlahiyyət və ona uyğun maliyyə təminatı verilməsə, bələdiyyələrin fəaliyyətində gələcəkdə bir sıra problemlər ortaya çıxacaq.


Tədbirdən görüntü


Tarix: 29 Aprel 2010  |  Baxış sayı: 1427




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV