Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Avronun vəziyyəti pisdir
Samir Əliyev: “Azərbaycan artıq məzənnə fərqində 450 milyon manat itirib”

Avro artıq neçə aydır ki, böhranlı günlərini yaşayır. Ötən il avronun bahalaşması problemi ilə üzləşən və buna görə hətta Çinə minnətçi düşən Avropa Birliyi indi öz valyutasının nüfuzunu itirmək təhlükəsi ilə üzləşib. Yunanıstanın düşdüyü bataqlığa İspaniya, Portuqaliya, İtaliya və İrlandiya düşmək üzrədir.

Hazırda Yunanıstan 300 milyard dollarlıq borcunu qaytarmaq üçün Avropa Birliyi və BVF ilə danışıqlar aparır. Yunanıstan və Portuqaliya birlikdə avro məkanı üzrə ölkələrin ÜDM-nin 5 faizini təşkil edir. Dünyanın tanınmış beynəlxalq reytinq agentliklərinin bir-birinin ardınca açıqlanan proqnozları oda yağ tökməyə bənzəyir. “Standard & Poor’s” agentliyinin İspaniyanın uzunmüddətli kredit reytinqini aşağı salması avronu son bir ildə ən aşağı həddə - 1,3129 dollara kimi ucuzlaşdırdı.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin qənaətincə, bütün bunlar avronu təzyiq altında saxlayır. Onun sözlərinə görə, əsas narahatlıq böhranın digər ölkələrə yayılması təhlükəsidir: “Bu isə özünü reytinq agentliklərinin proqnozlarında göstərir. Artıq Almaniyanın avrozonanı tərk edəcəyi və avroməkanın dağılacağı ilə bağlı rəylər səngimir. Ekspertlər avronun uzun müddət ucuzlaşacağını proqnozlaşdırırlar. Əsas proqnozlar bundan ibarətdir ki, ilin sonuna kimi Avropa valyutası 1,2 dollara kimi ucuzlaşacaq. Hətta avronun yaxın 3 ayda 1,28 dollara kimi ucuzlaşacağını proqnozlaşdıranlar da var. Fikrimcə, bu il avronun məzənnəsinin yüksələcəyini gözləməyə dəyməz. Ola bilsin ki, bəzi müsbət məlumatlar fonunda avronun bahalaşması baş versin”.
Ötən ildən başlayaraq beynəlxalq ehtiyatlarda avronun payının azalması müşahidə edilir. Məsələn, ötən ilin sonu bu valyutanın xüsusi çəkisi 27,8 faizdən 27,4 faizə düşüb. Halbuki Avropadakı böhrana qədər avronun payı 18 faizdən 26 faizə yüksəlmişdi. Ölkələr artıq avrodan imtina etməyə başlayıblar. Azərbaycanda Neft Fondu isə həmişəki kimi konservativ mövqe nümayiş etdirir. Ekspertin sözlərinə görə, fondun ümumilikdə aktivləri 2010-cu ilin 1-ci rübündə 9,1 faiz artıb: “Aktivlərin 50 faizi ABŞ dollarında, 40 faizi avroda saxlanılır. Dolların üstünlük təşkil etməsi balansı qoruyur. Ancaq 40 faizlik paya malik avronun ucuzlaşması fondun gəlirlərinə təsir etməyə bilməz. Adi bir misal çəkim. Məsələn, yanvar ayının 1-i tarixinə fondun aktivlərinin 4,2 milyardını avro təşkil edib. İlin əvvəlində avronun rəsmi məzənnəsi 1,1575 manat idisə, hazırda bu rəqəm 1,064-ə düşüb. Bu, o deməkdir ki, ilin əvvəlində 4,2 milyard avro 4,86 milyard manata bərabər idisə, aprelin sonuna azalaraq 4,45 milyard manata düşüb. Göründüyü kimi, fərq 430 milyon manatdır. Hazırda aktivlərin daha da artdığını nəzərə alsaq, deməli, 2010-cu ilin 4 ayında ən azı 450 milyon manat məzənnə fərqindən itirmişik. Çünki fondun Azərbaycanda bütün xərcləmələri manatla həyata keçirilir. İstər avro, istərsə də dollar manata konvertasiya edilir və sonra iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilir. Digər misal: valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar xərcləri 379 milyon manata yüksəlib. Halbuki 2009-cu ilin sonuna valyuta məzənnələrinin dəyişməsindən Fondun 97,6 milyon manat məbləğində büdcədənkənar gəliri yaranmışdı”.
S.Əliyev qeyd etdi ki, bunları nəzərə alaraq həm Neft Fondu, həm də Mərkəzi Bank dünyada baş verən proseslərə çevik reaksiya verməlidir. Əks halda, itkilər daha böyük ola bilər: “Heç olmasa beynəlxalq təşkilatların proqnozlarının nəzərə alıb avronun payını 2 dəfə azaltmaq olar”.

HƏBİBƏ
"Yeni Müsavat" qəzeti
Tarix: 01 May 2010  |  Baxış sayı: 725




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV