Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


90 milyardlıq nağdlaşdırma əməliyyatı
Rusiyada nağdlaşdırma ilə məşğul olan 4 azərbaycanlı tutulub

Moskvada uzun müddət nağdlaşdırma əməliyyatları ilə məşğul olan və 4 Azərbaycan vətəndaşının daxil olduğu mütəşəkkil cinayətkar qrup yaxalanıb. Hesablamalara görə, qrup iki il ərzində 90 milyard rubl məbləğində vəsaiti ölkədən kənara çıxarıb. “İqtisadi forum” jurnalının “РБК daily” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Departamenti açıqlama verib.

Qrupun tutulması əməliyyatı DİN-in İqtisadi Təhlükəsizlik Departamentinin (İTD) əməkdaşları tərəfindən həyata keçirilib. Nəticədə Azərbaycanın 4 vətəndaşı və Rusiyanın “Ticarət-tikinti bankı” ASC-nin 1 əməkdaşı həbs edilib. Bir qədər sonra bank işçisi ölkəni tərk etməmək şərti ilə zaminə buraxılıb.

Qəzetin məlumatına görə, axtarış zamanı Moskvanın 4 kommersiya bankında, o cümlədən fiqurantların yaşayış yeri üzrə 20-dən çox yalançı təşkilatın hüquqi və maliyyə sənədləri, 70-dən çox  “birgünlük” firmanın möhürünün üzü köçürülmüş şəkli, “Bank-Müştəri” sistemi vasitəsilə təşkilatların hesablarının idarə edilməsi açarları olan 9 komputer aşkar edilib. Qanunsuz dövriyyədən 5,3 milyon dollar, 950 min avro və 47,5 milyon rubl müsadirə edilib.

 “Qrup 2008-ci ildən bəri pul vəsaitlərinin xaricə çıxarılması və onların nağdlaşdırılması, konvertasiyası, Azərbaycandan və Birləşmiş Ərəb Əmirliklərindən qaçaqmalçılıqla gətirilməsi üçün qanunsuz kanal yaradıb. Qanuni dövriyyədən çıxarılmış pul vəsaitlərinin həcmi 90 milyard rubl məbləğində qiymətləndirilir”, - deyə DİN-nin departamentindən bildiriblər.

Tədqiqat zamanı müəyyən olunub ki, qrup üzvləri Mərkəzi Bankın lisenziyası olmadan qanunsuz olaraq hüquqi şəxslərin bank hesablarının aparılması, pul vəsaitlərinin inkassasiyası, fiziki və hüquqi şəxslərə kassa xidməti, nağd və nağdsız formada xarici valyutaların alqı-satqısı kimi açıq bank əməliyyatları aparıblar.

Bununla yanaşı, qrup üzvləri uydurma şəxs adı ilə bir sıra kommersiya təşkilatları qeydiyyatdan keçiriblər və Moskvanın müxtəlif banklarında həmin təşkilatların adına hesab açıblar.

Sonra nağdsız pullarının nağdlaşdırmaq istəyən müştərilərin xahişi ilə, o cümlədən xarici valyutaya konvertasiya və onları xaricə çıxartmaq məqsədilə bu pulları saxta hesablardan Kipr və Estoniya banklarında yerləşən digər saxta şirkətlərin hesablarına köçürüblər. Əvəzində müştəriyə qanunsuz olaraq öz faizlərini (0,2%-0,3%) çıxmaq şərti ilə nağd pul ödənilib. Nağd pullar kuryerlər vasitəsilə həftədə bir neçə dəfə olmaqla Azərbaycandan Moskvaya gətirilirmiş.

“Müəyyən olunub ki, kriminal sxemdə Rusiya banklarının və digər kommersiya strukturlarının əməkdaşları iştirak ediblər: pullar xaricdəki şirkətlərə köçürülüb və orada nağdlaşdırılıb, sonra qaçaqmalçılıqla Rusiya ərazisinə gətirilib.” – İTD-dən bildiriblər. İTD-yə görə, saxta şirkətlər Kipr, Litva, Azərbaycan və BƏƏ-də qeydiyyatda keçiblər.

Tarix: 02 May 2010  |  Baxış sayı: 847




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV