Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Hər 100 avroda 9,3 manat itirmişik
Azərbaycanda 4 ay ərzində avro 8,1% ucuzlaşıb

Dünyada birjalarında Avroməkanın yaşadığı böhran fonunda avronun ucuzlaşması tendensiyası Azərbaycanda da müşahidə edilib. Ilin əvvəlində avronun manat nisbətən ucuzlaşması aprel ayında da davam edib. 4 ay ərzində avro 8,1% dəyərsizləşib. Bu isə o deməkdir ki, əlimizdəki hər 100 avro 4 ay ərzində dəyərini 9,3 manat itirib.

“İqtisadi forum” jurnalının Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, aprel ayında Avropa valyutası manata nisbətən 1,1% ucuzlaşıb. Ötən ay ərzində 1 avro 1,0759-dan 1,0641 manata kimi ucuzlaşıb. Bununla da Avropa valyutasının ölkəmizdə kursu 2009-cu ilin may ayındakı səviyyəyə düşüb.

2010-cu ilin 4 ayı ərzində manat avroya nisbətən 8,1% bahalaşıb. İlin əvvəlində 1 avronun məzənnəsi 1,1575 manatdan aprelin sonuna 1,0641 manata kimi ucuzlaşıb.Bu o deməkdir ki, yanvar-aprel ayları ərzində hər 100 avroya görə 9,3 manat itirmişik.

Əvvəlki aylarda olduğu kimi ötən ay da manatın ABŞ dollarına məzənnəsi sabit – 0,8034 səviyyəsində qalıb. Cari ildə 1 ABŞ dolları 0,8029 manatdan 0,8034 manata yüksəlib.

Manat Britaniya funt sterlinqinə nisbətən ucuzlaşıb. Aprel ayı ərzində manat bu valyutaya nisbətən 1,9% dəyərini itirib. Ötən ayı 1 funt 1,2102-dən 1,2327 manata kimi bahalaşıb. Bu il isə ümumilikdə manat Britaniya puluna nisbətən 4,5% bahalaşıb. 4 ayda 1 funt məzənnəsi 1,2911 manatdan 1,2327 manata kimi düşüb.

Martda Yapon iyenası da manata nisbətən ucuzlaşan valyutalar sırasında olub. Ötən ay “gündoğar” ölkənin valyutası 0,5% ucuzlaşıb. Bu müddətdə 100 Yapon iyenası 0,8588 manatdan 0,8544 manata enib. 2010-cu ildə isə 2,4% ucuzlaşıb.


Tarix: 02 May 2010  |  Baxış sayı: 780




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV