FİFA-nın proqnozuna görə, 2010-cu ildə Cənubi Afrikada keçirilən futbol üzrə dünya çempionatının təmizi qazancı 1 milyard dollar təşkil edəcək. “İqtisadi forum” jurnalının “The Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə FİFA-nın baş katibi Cerom Valke açıqlama verib.
Valkenin sözlərinə görə, kommersiya fəaliyyətindən qazanc $3,3 milyard olacaq. FİFA isə 1,2 milyard xərcləməyi planlaşdırır.
Təxminən 1 milyard yerli futbol assosiasiyalarının dəstəklənməsinə və digər layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.