“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi son 1,2 qəpik ucuzlaşıb və son 14 ayda ən aşağı səviyyəyə düşüb. Dollar isə hələki sabitlik nümayiş etdirir.
Mərkəzi Bankın məlumatına görə, mayın 7-də Avropa valyutasının manata nisbətən rəsmi məzənnəsi 1,0208 manat müəyyən edilib. Bu, 11 mart 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 avro 1,0184 manata bərabər olub.
Bu ucuzlaşmadan sonra avro manata nisbətən dəyərsizləşməsi 2010-cu ildə 11,8% ucuzlaşıb. Yanvar-may ayları ərzində avronun kursu 1,1575-dən 1,0208 manata düşüb. Bu isə o deməkdir ki, hər 100 avro bu müddətdə dəyərini 13,7 manat itirib.
Avronun ucuzlaşması Yunanıstan böhranının uzanması və bu böhranın digər ölkələrə yayılması təhlükəsi ilə bağlıdır. Dünya bazarlarında avronun dollara məzənnəsi son 14 ayda ən aşağı həddə düşərək 1,28 səviyyəsinə enib.
Dünyada dolların bahalaşmasına baxçayaraq Amerika valyutasının manata nisbətən rəsmi məzənnəsi 0,8035 olmaqla sabit qalıb.