“Forbes” jurnalı 9 may - Analar günü münasibətilə dünyanın ən varlı analarının reytinqini tərtib edib. “İqtisadi forum” jurnalının məlumatına görə, siyahıya varidatı 1 milyard dollardan çox olan 70 nəfər daxil edilib.
Anaların reytinq cədvəlinə Kristi Uolton (Christy Walton) başçılıq edir. Xanım Uolton “Wal-Mart” mağazalar şəbəkəsinin yaradıcısının 7-ci oğulu olan Con Uoltun dul arvadıdır. Jurnala görə, onun varidaı 22,5 milyard dollar qiymətləndirilir.
İkinci yerdə 20 milyard dollarlıq varidata malik 87 yaşlı fransız Lilian Betankurt (Liliane Bettencourt) gəlir. Onun atası “L’Oreal” şirkətinin yaradıcısı olub.
Üçlüyü 86 yaşlı üç uşaq anası Birqit Rouson (Birgit Rausing) tamamlayır. Nəhəng “Tetra Laval” şirkətinin yaradıcısnın dul arvadı olan Rousonun kapitalı 13 milyard dollar qiymətləndirilir.
İmkanlı anaların siyahısına həmçinin “Harri Porter”in müəllifi ingilis yazıçısı Coan Roulinq, Zara ticarət markasının rəhbəri Rosaliya Mera da var. Siyahıda GAP şirkətinin rəhbəri Dorris Fişer və “Benetton” şirkətinin rəhbəri Culianna Benettonun adına rast gəlmək olar.
Moskva şəhərinin meri Yuriy Lujkovun həyat yoldaşı Elena Baturinanın adının siyahıda olması diqqətdən kənarda qalmayıb. İki uşaq anasının varidatının “Forbes” 2,9 milyard dollar məbləğində qiymətləndirib.
“Forbes”in mütəxəssislərinin fikrincə, 70 milyarder anadan yalnız 8-i uşaq tərbiyəsinin karyera və pul qazanamağa əngəl olmadığını sübut etməklə varidatlarını müstəqil toplayıb. Müqayisə üçün bildirək ki, kişilərdə bu göstərici daha yüksəkdir. Jurnala görə, müstəqil milyarder olan ataların sayı 555 nəfər təşkil edir.