Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Evlərin qiyməti düşməkdə davam edəcək
Rəşad Əliyev: “Sentyabrda bazarda qiymətlərin sabitləşməsini müşahidə etmək olacaq”

Ölkədə iqtisadi aktivliyin artması və daşınmaz əmlak bazarına nikbin əhval-ruhiyyənin mövcudluğu ehtimalının aşağı olması səbəbindən yaxın bir neçə ayda evlərin qiymətləri düşməkdə davam edəcək. Üstəgəl yay aylarında bir qayda olaraq daşınmaz əmlak bazarında aktivliyin aşağı düşməsi də qiymətləri ucuzlaşdıran amillərdəndir. Bu barədə qiymətləndirici-ekspert Rəşad Əliyev “İqtisadi forum” jurnalına açıqlamasında bildirib.

Ekspertin fikrincə, daşınmaz əmlak bazarında qiymətlərin düşməsinin şərtləndirən səbəblər çoxdur. “Dünya bazarında neftin ucuzlaşması ixracın həcmini və büdcə daxilolmalarını azaltmaqla yanaşı kommersiya şirkətlərində, o cümlədən neft şirkətlərində iş yerlərinin kütləvi ixtisarı və maaşların azaldılması ilə nəticələndi. Bu isə öz növbəsində həm əhalinin alıcılıq qabiliyyətini aşağı saldı, həm də daşınmaz əmlak bazarında aktivliyi kəskin azaltdı. Digər tərəfdən ölkədən kənarda yaşayan, xüsusən də Rusiyada işləyən soydaşlarımızın pul köçürmələrinin azalması, əhaliyə verilən kreditlərin həcminin azalması da bazara mənfi təsir göstərdi.” - deyən ekspert hesab edir ki, böhrandan əvvəl bazarda qiymətlərin qeyri-normal templə artması nəticəsəsində bazarda qiymətlərin korreksiyayası gözlənilən idi. “Qiymətlərin korreksiyasına 2007 (16,7%) və 2008-ci (20,8%) illərdə müşahidə edilən yüksək inflyasiya, ilkin bazarda xərclərin şişməsi, ipoteka proqramının icra olunması və s. mane olurdu.”, - deyə R.Əliyev bildirib.

Ekspertin fikrincə, ilkin və təkrar bazarda evlərin qiyməti pik həddindən bəri orta hesabla 35% aşağı düşüb. “Zonalar üzrə ucuzlaşma qeyri-bərabər olub. Məsələn, ilikn bazarda ən az ucuzlaşma şəhərin mərkəzində və aktiv ərazilərdə müşahidə edilib. Kommersiya təyinatlı daşınmaz əmlaklar təxminən 20-25% aşağı düşüb.” – deyən ekspert kommersiya obyektlərinin yaşayış evlərinə nisbətən az düşməsinin səbəbini birincinin gəlirliyi ilə əlqələndirib. Torpaq bazarına gəlincə, ekspertə görə, göstəricilər fərqli olub. İnvestisiya əhəmiyyətli obyektərin qiyməti yaşayış təyinatlı torpaqlarla müqayisədə çox ucuzlaşıb.

R.Əliyevə görə, daşınmaz əmlak bazarında qiymətlərin bərpası üçün iki şərtin olması vacibdir: ”İqtisadi aktivliyin yaxşılaşması və daşınmaz əmlak bazarına nikbin əhval-ruhiyyənin qayıtması bazarı canlandıra bilər. Ancaq avqust ayının sonuna kimi bu iki amilin baş verməsi ehtimalı çox aşağıdır. Üstəgəl qarşıdan yay fəsli gəlir. Bu fəsildə bir qayda olaraq, daşınmaz əmlak bazarında aktivlik aşağı düşür. Bu baxımdan avqusta qədər qiymətlər az da olsa düşməkdə davam edəcək. Sentyabrda isə bazarda qiymətlərin sabitləşməsini müşahidə etmək olacaq. İqtisadi statistikada ciddi dəyişiklik baş verəcəyi təqdirə bu proqnoza yenidən baxmaq olar.”

Ekspertin açıqlamasına görə, bu vəziyyətdə kommersiya təyinatlı əmlakların qiyməti daha çox zərər çəkə bilər. “Kommersiya obyektləri 10%-ə qədər ucuzlaşa bilər. Mənzillərin qiyməti ipoteka kreditləşməsinin həcmindən asılı olacaq. Torpaq bazarında isə sakitlik hökm sürəcək.”
Tarix: 17 May 2010  |  Baxış sayı: 1173




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV