Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Səxavətli neft pulları və «xəsis» büdcə hesabatı

Hökumətin büdcə hesabatına sözardı

Birinci yazı

Hökumətin neft pullarını xərcləyərkən nümayiş etdirdiyi səxavətdən həmin pulların hesabını qəpiyinəcən vətəndaşlara verməli olan məmurların məsuliyyət hissinə zərrəcən pay düşməyib. Sayı-hesabı bilinməyən bahalı investisiya layihələri, büdcə pulları hesabına hər il alınan minlərlə maşın və texnika, hərbi və səhiyyə müəssisələri üçün alınan ərzağın həcmi və qiymətləri, hətta polisin və hərbçinin maaşı bu ölkədə dövlət sirri kimi qorunur. Hələ bu harasıdır: tarif dərəcələrinə görə müəllimlərin say bölgüsü, orta məktəblərdə siniflərin sayı, yaş pillələri üzrə şagirdlərin sayı, hər bir dövlət idarəetmə orqanı üzrə dövlət qulluqçusu və qeyri-qulluqçu statusunda çalışanların say nisbəti, polisin və hərbçilərin sayı, hətta Fövqəladə Hallar Nazirliyinə ayrılan büdcə pullarının da iqtisadi strukturunun və funksional bölgüsü əlçatmaz məlumatların tam olmayan siyahısıdır. Niyə hər il məmurlara alınan avtomobillərin sayı, markası və qiyməti, dövlət orqanlarına alınan kompüter texnikasının sayı, çeşidi və dəyəri, xəstəxanalara, yetimlər və qocalar evlərinə alınan ərzaq məhsullarının, dərman pereparatlarının həcmi, növü və qiyməti barədə məlumat almaq imkanımız olmamalıdır? Hərbi texnikanın sayına dövlət sirri deyirlər, anlamağa çalışırsan? Bəs polisin və hərbçinin maaşına, hər bir rayon üzrə toplanan vergilərin strukturuna, ünvanlı sosial yardım alanların, kənd təsərrüfatı subsidiyaları verilənlərin adlarına sirr pərdəsi gətirən arqumentin «ağıl gücü» nədədir?

Yazıya şəffaflıqdan başladım, çünki hökumətin parlamentə təqdim etdiyi 2009-cu il büdcəsinin icrasına dair hesabat şəffaflıqdan çox-çox uzaqdır. Hətta 2008-ci ilin hesabatı iqtisadi xərc maddələrinin icrası əsasında tərtib olunmuşdu. Bu ilki hesabat cəmi 5-10 səhifədə, xərclərin iqtisadi strukuturu göstərilmədən hazırlanıb. Amma problem təkcə bunda da deyil. Həmin hesabatı şəffaflıqdan uzaq saxlayan çoxlu sayda arqumentlər var və onlar barədə bir qədər sonra.

Aynada əyri görünən iqtisadiyyat

İqtisadiyyatımızdan fərqli olaraq rəsmi təbliğat qamətini şux saxlamaqda israrlıdır: məmurlar dünya iqtisadiyyatında hökm sürən böhranın ölkəmizdən yan keçidiyini həvəslə ictimai rəyi həzm etdirməyə çalışır. Təbii ki, insanlar öz yaşadıqlarına və gördüklərinə (oxu: süfrələrinə və ciblərinə) daha çox inanırlar, nəinki başqalarından eşitdiklərinə. 

Məsələn, ölkədə ÜDM-nin 9,3 faizlik artımı əsasən xam neft və qaz hasilatının 20 faizlik sıçrayışı sayəsində baş verib. Amma dünya bazarlarında qiymətlərin düşməsi səbəbindən Azərbaycanın ötən ilki neft-qaz gəlirləri 2008-ci illə müqayisədə 2 dəfəyədək azaldı. İndi sıravi insanlar üçün bunun bir faydası varmı ki, onun ölkəsinin neft hasilatı 10 milyon ton, qaz istehsalı 7 milyard kubmetr artsa da, qazancları iki dəfədən çox azalır? Belə şəraitdə sadə vətəndaşın beynində labirint yaradan və «ÜDM» anlayışı ilə assosiasiya olunan 9,3 faizlik iqtisadi artımın «fövqəladə uğurlu iqtisadi siyasət» kimi aramsız təbliğatına lüzum varmı? Amma hökumət bu şəraitdə rahatdır, çünki böyük pul itkilərimizə rəğmən neft-qaz hasilatının natural həcminin genişlənməsi qeyri-neft sektorundakı geriliyi ört-basdır edir, hökumətin ölkə iqtisadiyyatını düçar etdiyi struktur-institusional böhranı pərdələməyə yardım göstərir. İndiki şəraitdə hökuməti cəmiyyətin itkilərindən daha çox, «uğurlu iqtisadi siyasəti» təbliğ edən maşının saz vəziyyətdə saxlanması düşündürür. Bütün bunları müşahidə etdikcə düşünməli olursan: görəsən, hökumətin başqa işi-gücü yoxdur? Bu cür təbliğata sərf olunan resurslar niyə iqtisadiyyatda, idarəetmədə, təhsildə, səhiyyədə islahatların aparılmasına yönəltmirlər?

Belə şəraitdə büdcə göstəriciləri iqtisadçı analitiklərin dadına yetişir. Doğrudan da büdcə iqtisadiyyatın aynasıdır. Rəsmi təbliğatın ictimai rəyə aramsız təzyiqlərinə baxmayaraq, 2009-cu il bütövlükdə Azərbaycan iqtisadiyyatı, ev təsərrüfatları üçün ağır keçdi. Büdcənin strukturunu təhlil etdikdə bütün bunları daha aydın görmək olur. Büdcə gəlirləri 1,850 milyard manat və ya 15,2 faiz kəsirlə icra olundu. Vergilər Nazirliyi öz öhdəliyini 72 faiz icra edib və büdcəyə toplamalı olduğu məbləğin 1,6 milyard manatını «ixtisar edib». Öz növbəsində, fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə proqnozdan 318,1 milyon manat və ya 35,3 faiz vəsait daxil oldu. Bu mənbə üzrə 900 milyon manat mədaxil gözlənildiyi halda, faktiki icra 581,9 milyon manat təşkil edib.

Mənfəət vergisi üzrə proqnozdan kənarlaşma 884,8 milyon manat, yaxud 40 faiz təşkil edib. Bu mənbə üzrə büdcəyə 2,214 milyard manat daxilolma proqnozlaşdırıldığı halda, faktiki icra 1329,2 milyard manatı ötməyib. Eyni vəziyyət ƏDV-də də müşahidə olunub. Proqnozlaşdırılan 2,295 milyard manat mədaxilə qarşı büdcəyə 2012,8 milyard manat vəsait daxil olub ki, bu da 87,7 faiz icra deməkdir. Bu üç vergi növü makroqitisadi proseslərin, ev təsərrüfatlarının gəlir əldəetmə imkanlarının, təsərrüfat subyektlərinin sərmayə potensialının qiymətləndirilməsi baxımından lakmus kağızı rolunda çıxış edir. Fiziki şəxslərin gəlir vergisi kəskin azalırsa, bu insanların maaşlarının kəskin ixtisarı deməkdir. Hüquqi şəxslərin mənfəət vergisi azalırsa, bu müəssisələrin ciddi böhranla üzləşdiyinə dəlalət edir. ƏDV-dən daxilolmalar azalırsa, bu bir tərəfdən insanların mal və xidmətlərə tələbatının, digər tərəfdən isə müəssisələrin isə dövriyyəsinin azalması deməkdir. Bu, iqtisadiyyatın əlifbasıdır. Onu dönə-dönə təkrarlamağa ehtiyac varmı?    

Gizli iqtisadiyyat və can üstə olan özəl sektor

Büdcənin strukturu ilə UDM-in, eləcə də məşğulluğun mülkiyyət və sahə qurluşunu müqayisəli təhlil etdikdə tamamən xaotik bir mənəzərə yaranır. Neft Fondunun transfertləri də nəzərə alınmaqla büdcənin təxminən 70 faizi dövlət sektoru hesabına formalaşdığı halda, rəsmi məlumata görə ÜDM-nin cəmi 15, məşğulluğun isə cəmi 25 faizi bu sektorun payına düşür. Eyni uyğunsuzluq ayrı-ayrı vergilərin strukturunda daha aydın müşahidə olunur. 2009-cu ildə mənfəət vergisinin cəmi 8,5 faizi (112,9 milyon manatı), ölkə daxilində istehsal olunan məhsullara görə aksizlərin 0,9 faizi (3,9 milyon manatı), əmlak vergisinin 22,1 faizi (14,6 milyon manatı), mədən vergisinin 1 faizi (1,2 milyon manatı), ölkə daxilində mal və xidmətlərə (işlərə) görə ƏDV-nin 38,8 faizi (457,6 milyon manatı) xüsusi mülkiyyətin hesabına təmin olunmuşdur (bura xarici və birgə müəssisələr deyil, yalnız milli sahibkarlıq subyektləri daxildir).  

Bu məlumatlar heç də onu göstərmir ki, Azərbaycanda özəl sektor heç yoxdu. Sadəcə, belə vəziyyət gizli iqtisadiyyatın miqyasının çox yüksək oduğu barədə düşünməyə əsas verir. Ən kobud hesablamalara görə, gömrük vergi və rüsmuları nəzərə alınazsa, milli sahibkarlıq subyektlərinin dövlət büdcəsinə ödənişləri təxminən 1 milyard manatdır (dövlət büdcəsinin 10 faizi). Təsəvvür edin ki, bura hökumətin Neft Fondundan və dövlət büdcəsindən ayırdığı 4 milyard manatdan çox investisya xərcləri hesabına layihələr gerçəkləşdirən özəl tikinti və xidmət şirkətlərinin də ödənişləri daxildir. Azərbaycanda orta vergi yükünün (vergi ödənişlərinin müəssisələrin məcmu dövriyyəsinə nisbəti) hazırda 17-18 faiz civarında olduğunu nəzərə alsaq, hökumətin investisya sifarişələrini həyata keçirən sahibkarlıq subyektləri fiziki şəxslərin gəlir vergisi, ƏDV və mənfəət vergisi şəklində ən azı büdcəyə 500-600 milyon manat vergi ödəməlidir. Belə çıxır ki, ticarət sektorunda fəaliyyət göstərən on minlərlə mağazalar, marketlər, nəhəng yarmarkalar, bazarlar, nəqliyyat sektorunda iri həcmli sərnişin və yükdaşımlar ilə məşğul olan yüzlərlə müəssisələr, minlərə restoranlar, şadlıq evləri, hotel və mehmanxana müəssisələri, istirahət və turizm müəssisələri, banklar (həmçinin yüzlərlə valyuta ticarətçiləri), sığorta şirkətləri, daşınmaz əmlak xidməti göstərən müəsissələr, emalla məşğul olan yüzlərlə müəssisələr və s. hamısı birlikdə ildə cəmi 450-500 milyon vergi ödəyir.     

Cədvəldəki məlumatlardan göründüyü kimi, yerli sahibkarlıq subyektlərinin ödədiyi mənfət vergisi 6, ƏDV isə 72 milyon manat azalıb.  

Vergilər Nazirliyinin xəttilə daxilolmaların mülkiyyət növləri üzrə strukturu (milyon manatla)

Gəlir mənbələri
 
Dövlət
 
Yerli özəl sektor
100 % xarici kapitallı müəssisələr   birgə müəssisələr
Cəmi
2008
2009
2008
2009
2008
2009
2008
2009
Fiziki şəxslərin gəlir vergisi
 -  -  -  - -
-
627.2 581,9
Mənfəət vergisi
316.9 406,3 118.6 112,9 2426,8 810 2862,3 1329,2
ƏDV (idxal ƏDV-si nəzərə alınmadan)
417.1 513,4 530.5 457,6 188 209,1 1135.6 1180,1
Sadələşdirilmiş vergi
1,9 1,5 59,6 59,1 2,9 2,5 64.4 63,6
Aksiz vergisi (idxal malları üçün aksiz nəzərə alınmadan)
387,4 406,8 4,8 3,9 3.3 6,7 395,7 417,4
Əmlak vergisi
92.6 39,7 11.9 14,6 8.8 11,9 112.9 66,2
Torpaq vergisi
22.9 16,4 6.3 7,7 1,4 2,2 30.6 26,3
Mədən vergisi
146.6 119,3 0,877 1,25 0,123 1,35 147.7 121,9
Yol vergisi (ölkədaxili avtomobil sahibləri üçün)
16.6 3,3 9,98 12,3 0.384 0,9 26,9 16,5
Qiymətləri tənzimlənən malların ixracı üçün ödəniş
198 201,3 - - 0,990 - 198.99 201,3
Dövlət rüsumu və vergi olmayan digər gəlirlər
- - - - - - 111.9 109
  Cəmi
1622.8 1708 742,6 669,4 2632,7 1044,7 5714,4 4113,4


Neft sektoru büdcənin əsas donoru olaraq qalır

2009-cu ildə dövlət büdcəsində neft ödənişlərinin büdcədə birbaşa payı 70 faiz civarında olub. Bu mənbədən daxilolmalara daxildir:

  1. Dövlət Neft Şirkətinin («Azəriqaz»la birgə) məcmu vergi ödənişləri – 1,469 milyard manat;
  2. Azəri-Çıraq-Günəşli yataqları birgə işlənməsi layihəsi çərçivəsində hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq mənfəət vergisindən ödənişlər – 587,9 milyon manat;
  3. Hasilatın pay bölgüsü sazişləri üzrə podartçı və xarici subporatçıların müzdlü işə görə ödədiyi gəlir vergisi – 177,5 milyon manat;
  4. Dövlət Neft Fondunun transfertləri – 4,915 milyard manat.


Təqdim olunan 4 mənbədən büdcəyə 7,150 milyard manat vəsait ödənilib. Gömrük ödənişlərini nəzərə almasaq, neft sektorunun büdcədə xüsusi çəkisi 80 faizə çatır.

İri vergi ödəyiciləri yoxsa, iri vergi borcluları

2009-cu ildə hökumətin «9 iri vergi ödəyici» adlandırdığı təsərrüfat subyektləri büdcəyə 1,603 milyard manat vergi ödəyiblər. ARDNŞ («Azəriqaz»la birgə) nəzərə alınmadıqda həmin məbləğin 28,8 milyon manatı Rabitə Nazirliyinin, 108,2 milyon manatı «Azərenerji»nin, 0,822 milyon manatı Xəzər Dəniz Gəmiçiliyinin, 11,9 milyon manatı «Azal»ın, 9,9 milyon manatı «Azərsu»nun, 22,2 milyon manatı isə Dövlət Dəmir Yolunun hesabına təmin olunub. Rəqəmlərdən göründüyü kimi, bu şirkətlərin adı «iri»dir. Onların hamısı birlikdə büdcəyə tək «Azərsell» şirkəti qədər vergi ödəyiblər (Şirkət 2008-ci ildə dövlət büdcə 130 milyon manat vergi ödəmişdir, 2009-cu ildə isə 7 dövlət şirkətinin birgə büdcə ödəənişləri cəmi 130 milyon manat olub). Bu müəsisələr son illər iri vergi ödəyicilərindən iri büdcə borclularına çevriliblər. Məsələn, ötən il ərzində «Azərenerji»nin büdcəyə vergi borcları 385,7 milyon manat və ya 49,5 faz artaraq 1,165 milyard manata çatıb. Öz növbəsində, Xəzər Dəniz Gəmiçiliyinin büdcə borcları 13 dəfə, «Azərkimya» şirkətinin borcları isə 35 faiz artıb.

Kosmik sürətlə inkişaf edən regionlarda da vergi yığımları azalıb

2009-cü ildə regionlar üzrə 357,7 milyon manat vergi yığımı proqnozlaşdırılsa da, cəmi 277,3 milyon manat toplamaq mümkün olub. Yığım 23 faiz kəsirdə qalmaqla yanaşı, ötən ildəkindən 21,3 milyon manat azdır.

Beləliklə, 2009-cu ilin büdcə hesabatının timsalında büdcə gəlirlərinin formalaşması sahəsində müşahidə olunan əsas problemlərə toxunduq. Yazının növbəti hissəsi büdcə xərcləmələri və bu sahədə şəffalıq problemlərinə həsr olunacaq, prezidentin və hökumətin ehtiyat fondlarının xərclənmə istiqamətləri ilə bağlı detallaşdırılmış informasiyalar təqdim olunacaq, büdcə qanunvericiliyinin tələblərinin pozulması məsələləri şərh olunacaq.

Tarix: 24 May 2010  |  Baxış sayı: 1153




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV