Aprel ayında ölkə üzrə bankların ehtiyatları 47 milyon azalaraq 254,4 milyon manata düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, mart ayında ehtiyatların ümumi həcmi 301,4 milyon manat təşkil edib.
Bank ehtiyatlarının 94,7%-i və ya 241 milyon manatı sərbəst, 5,3%-i və ya 13,4 milyon manatı isə məcburi ehtiyatların payına düşür. Ay ərzində sərbəst bank ehtiyatlarının həcmi 45,1 milyon, məcburi ehtiyatlar isə 1,9 milyon manat azalıb.
2010-cu ilin 4 ayı ərzində bankların sərbəst ehtiyatları 35% azalaraq 371,6 milyondan 241 milyon manata düşüb.
Xatırladaq ki, Mərkəzi Bankın qərarına əsasən 2009-cu ilin martından etibarən kommersiya bankları üçün məcburi ehtiyat normalarının həddi 3%-dən 0,5%-ə endirilib.