Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Mərkəzi Bankın valyuta ehtiyatının azalması
Samir Əliyev: “Azalma yaxın aylarda da davam edəcək”

Mərkəzi Bankın valyuta ehtiyatında müşahidə edilən azalma tendensiyası ötən ay da davam edib. Yola saldığımız may ayında Bankın ehtiyatı aprel ayında 2,6% azalaraq 5 milyard 361 milyon ABŞ dollarına düşüb. “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ay valyuta ehtiyatı 140,7 milyon dollar azalıb.

May ayında azalmağa baxmayaraq 2010-cu ilin 5 ayı ərzində Mərkəzi Bank ehtiyatını 3,6% və ya 185,4 milyon dollar çoxaldıb və 5 milyard 361 milyon ABŞ dollarına çatdırıb. Halbuki 31 dekabr 2009-cu il tarixinə valyuta ehtiyatı 5 milyard 175 milyon 600 min dollar təşkil edib.

2009-cu ilin müvafiq dövrü ilə müqayisədə may ayında valyuta ehtiyatı 6,7% və ya 335 milyon dollar artıb. Ötən ilin mayında bu göstərici 5 milyard 26 milyon dollara bərabər olub.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “İqtisadi forum” jurnalına açıqlamasında bildirib ki, Mərkəzi Bank valyuta ehtiyatının həcmi barədə dövrü olaraq məlumatlar yaysa da, onun xərclənməsi istiqamətində açıqlama vermir: “Yeganə məlum olan odur ki, Mərkəzi Bank ya birbaşa kredit ayırır, necə ki, ARDNŞ-ə ayımışdı, ya da manatın məzənnəsinin tənzimlənməsinə yönəldir. Son aylar kredit ayırması ilə bağlı məlumatlar yoxdur. Eyni zamanda mətbuata rast gəlinir ki, 2010-cu ildə daxili valyuta bazarında xarici valyutanın təklifi tələbi üstələdiyindən Mərkəzi Bank valyuta bazarında nəinki satışlar aparmamış, həm də valyuta sterilizasiyası əməliyyatları aparıb. Ancaq buna baxmayaraq valyuta ehtiyatı azalır”.

Valyuta ehtiyatının azalmasının səbəbləri barədə ictiaiyyətə açıqlama verilməsinin zəruriyini bildirən ekspertin fikrincə, rəsmi məlumatlara baxmayaraq valyuta ehtiyatının azalması ABŞ dollarının bahalaşması ilə əlaqədardır: “Dünya maliyyə birjalarında avronun ucuzlaşması fonunda dollar bahalaşır. Bir sıra ölkələrdə milli valyutaların Amerika valyutasına nisbətən ucuzlaşması tendensiyası müşahidə edilir. Ancaq Azərbaycanda dollar demək olar ki, sabit qalıb. 2010-cu ildə ümumilikdə avro manata nisbətən 15% azalsa da, dollarda nə artım, nə də azalma baş verir. Çünki Mərkəzi Bank dolların bahalaşmasında maraqlı deyil.”

Ekspert hesab edir ki, daxili valyuta bazarında Mərkəzi Bankın apardığı əməliyyatların strukturuna diqqət yetirməklə onun fikrinin əsaslı olduğunu görmək olar. “Bank mart ayında Neft Fondundan aldığı vəsaitlər hesabına öz valyuta ehtiyatının azalmasının qarşısını nəinki aldı, hətta onun artımına da nail oldu. Ancaq sonrakı dövrlərdə dolların kəskin bahalaşması nəticəsində Mərkəzi Bank bazara müdaxiləni gücləndirdi. Məsələn, Bank 2010-cu ilin aprel ayında manatın məzənnəsinin qorunması üçün 822 milyon dollar məbləğində valyuta əməliyyatı aparıb.. Halbuki mart ayında belə əməliyyatın həcmi 602 milyon dollardan çox olmayıb. Ötən ilin ilk 4 ayında əməliyyatların həcmi 2,2 milyard dollar olduğu halda 2010-cu ildə artaraq 2,9 milyard dollara yüksəlib. Ancaq digər valyutalar, o cümlədən avro üzrə alqı-satqı prosesi getdikcə zəifləyir. Apreldə cəmisi 142 milyon avroluq əməliyyat aparılıb. Əgər 2009-cu ildə valyuta əməliyyatlarının təxminən 25%-ə qədəri manatın məzənnəsinin saxlanmasına yönəldilirdisə, 2010-cu ildə bu göstərici 40%-ə yüksəlib. Bütün bu əməliyyatlar Mərkəzi Bankın valyuta ehtiyatı hesabına həyata keçirilir və dollara tələbatın artması fonunda Bank bazara dollar satışını artıracaq”.

Hər şeyin dünya maliyyə bazarlarında dolların mövqeyindən asılı olaraq dəyişəcəyini bildirən ekspertin fikrincə, valyuta ehtiyatının azalması yaxın aylarda da davam edəcək. “Ekspertlər yay ayının ortalarına qədər avronun ucuzlaşacağını proqnozlaşdırıb. Hətta bəzi maliyyə institutları bədbin proqnoz verərək avronun 2011-ci ilin ortalarına qədər təyziq altında qalacağını bildiriblər. Nə qədər ki, avro sabitləşməyib və investorların etibarını qazanmayıb dollara tələbat yüksək olacaq. Dünyada dolların bahalaşması birbaşa manatın kursuna təsir edir. Azərbaycanda iqtisadiyyatın əsası dollar üzərində qurulduğundan Mərkəzi Bank onun bahalaşmasına imkan verməyəcək. Bu halda da valyuta ehtiyatlarını xərcləməli olacaq. Deməli, müvafiq olaraq ehtiyatın həcmi azalmaqda davam edəcək.”

Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatının ən yüksək həddi 2008-ci ilin dekabr ayında qeydə alınıb. Həmin dövrdə ehtiyatın həcmi 6 milyard 137 milyon dollara bərabər olub.

Tarix: 07 Iyun 2010  |  Baxış sayı: 1155




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV