Britaniyanın sabiq baş naziri Toni Bler Liviya prezidenti Muamara Qəddafinin müşaviri olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “The Daily Mail”qəzeti prezidentin oğluna istinadən xəbər verir.
Saif əl-İslam Qəddafini sözlərinə görə, Bler Liviyanın dövlət fondunda məsləhətçi vəzifəsinə təyin edilib. Fondun ehtiyatı 65 milyard funt qiymətləndirilir.
Qəddafinin oğlu əlavə edib ki, Toni Bler “Liviya liderinin ailəsinin şəxsi dostudur və 2007-ci ildə postunu tərk etdikdən sonra ölkədə dəfələrlə olub”