Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Qızıl yenə rekord vurur
Qiymətli metal $2000-ə qalxa bilər

Dünya əmtəə bazarlarında qızılın unsiyasının qiyməti 1250 dollar həddini keçməklə növbəti tarixi maksimuma imza atıb. “İqtisadi forum” jurnalının məlumatına görə, London birjasında qiymətli metalın dəyəri əvvəlki rekord həddi 2 dollar ötərək 1251,5 dollara kimi bahalaşıb.

Qızılın bahalaşması “sakit liman” axtaran investorlar tərəfindən tələbatın artması hesabına baş verib.

“Belə dinamika avroməkanın perspektivinə etibarlılığın aşağı olmasına xəbər verir”, -deyə “MKS Finance” şirkətinin valyuta və metallar bazarında ticarət departament rəhbəri Bernard Sin “Bloomberg” agentliyinə açıqlamasında bildirib. Sina görə, avro, dollar və digər valyutalara etibar yoxdur. Təhlükəsizlik baxımından yeganə çıxış yolu qızıldır.

Qeyri-müəyyən dövründə vəsaitləri qorumaq üçün qiymətli metallara tələbatın artması səbəbindən ilin əvvəlindən qızıl 14% bahalaşıb. GFMS-in icraçı direktoru Pol Volker hesab edir ki, ilin sonuna kimi qızılın unsiyası $1050-1300 intervalında dəyişə bilər. Ekspertin fikrincə, Avropada böhranın dərinləşəcəyi təqdirdə onun qiyməti $2000-ə qalxa bilər. 

Commonwealth Bank of Australia bankının strateqi Devid Mur qeyd edir ki, qızıla malik investisiya fondlarında investorların vəsaitlərinin əhəmiyyətli axını müşahidə edilir, onların aktivləri tarixi pik həddinə yaxındır. Mur hesab edir ki, qızılın qiyməti “sakit liman” axtaran investorlar tərəfindən daimi pul axınını təmin edir. İri ixtisaslaşmış fondu olan SPDR Gold Trust bu il aktivlərini 13% artırıb. Onun aktivləri rekord həddə - 1289,84 tona yüksəlib.

“İkinci dalğa narahatçılığı qızıl bahalaşdırır. İnvestorlar bu metalda “sakit liman”ı görürlər. Ona görə də, həm dollarda, həm də avroda tarixi maksimum nümayiş etdirir” – deyə Reuters agentliyi Commerzbankın analitiki Daniel Brizmandan sitat gətirir. Onun sözlərinə görə, bazar iştirakçıları borc böhranı ilə mübarizə tədbirlərinin effektivliyinə inanmırlar və bu da qızıln qiymətində və aparıcı valyutaların dəyərinsə özünü göstərir.

Barclays Capital bankının ekspertləri qızılın yaxın dövrlərdə bahalaşacağı qənaətindədirlər. Onların fikrincə, bu artım bazarlarda qorxu və yüksək volatillik səngiməyənədək davam edəcək.

Tarix: 09 Iyun 2010  |  Baxış sayı: 795




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV