Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


ABŞ kəşfiyyatı texnikasını modernləşdirir
İdarənin rəhbəri xərclərin müqdarını açıqlayıb

ABŞ-ın kəşfiyat idarəsi hökumətin və ordunun kəşfiyyat xidmətinə ayrılan vəsaitin miqdarı açıqlanıb. Cari ildə bu rəqəm 75 milyard dollar olub. Əvvəlki illərdə kəşfiyyat idarəsi daha az pul xərcləyib. Belə ki, 2007-ci idə 43,5 milyard, 2008-ci ildə isə 47,5 milyard dollar büdcə pulu xərcləyib.

“İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Dennis Bleyr kəşfiyyatın 4 illik strateji planı haqda danışarkən deyib.
Onun sözlərinə görə, ABŞ kəşfiyyatının 200 min nəfərlik şəxsi heyəti var. Rəsmilər Bleyrin açıqladığı xərclərin 16 kəşfiyyat qurumu ilə Pentaqonun hərbi kəşfiyyatının ümumi xərclərini əhatə etdiyini bildiriblər.

“Əl-Qaidə” terror təşkilatına qarşı mübarizənin gücləndiyini söyləyən Dennis Bleyr bildirib ki, Amerika kəşfiyyatının mübarizə istiqamətləri arasında Çinin hərbi gücünü modernləşdirməsi, Rusiyanın gücünü artırmaq səylərinə yönəlik fəaliyyət də var.

Əvvəllər ABŞ rəsmi olaraq 2 dəfə kəşfiyyat büdcəsini açıqlayıb. Hər ikisi də Klintonun hakimiyyəti dövrünə düşüb. İdarə 1997-ci ildə 26,6 milyard, 1998-ci ildə isə 26,7 milyard dollar xərcləyib.

ABŞ-ın 2010-cu il üzrə müdafiə büdcəsinin məlumatına görə, Pentaqon on illər artan bir sıra bahalı layihələri bağlamağı və həmin vəsaitləri digər istiqamətlərə, o cümlədən kəşfiyyatın aparılması üçün müxtəlif tipli avadanlıqların alınmasına və modernləşdirilməsinə yönəlnməyi planlaşdırır.

Ümumilikdə ABŞ-ın müdafiə büdcəsi 2008-ci illə müqayisədə 21 milyard artaraq 534 milyard dollara çatıb.

Tarix: 16 Sentyabr 2009  |  Baxış sayı: 1263




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV