Ötən ay Azərbaycanın beynəlxalq ehtiyatlarının həcmi əvvəlki ayla müqayisədə $265,7 milyon azalaraq $6 milyard 107 milyona düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, aprel ayında ehtiyatın həcmi $6 milyard 372 milyona olub.
2010-cu ilin 5 ayında beynəlxalq ehtiyatların həcmi ilin sonuna 7,7% və ya $438,6 milyon artıb. Yanvarın 1-i tarixinə bu göstərici $5 milyard 668 milyon təşkil edib.
Beynəlxalq ehtiyatın $5 milyard 826 milyonu xarici valyutada yerləşdirilən aktivlər təşkil edir. Bu aktivlər may ayında $257 milyon azalıb.
Ölkənin BVF-dəki ehtiyat mövqeyi $0,194 milyona bərabərdir. SDR-də (xüsusi borclanma hüququ) yatırılan vəsaitin həcmi $280,27 milyondur.
Ölkənin beynəlxalq ehtiyatlarının tərkibinə qızıl yoxdur.
Məlumat üçün bildirək ki, beynəlxalq ehtiyatlara Neft Fondunun vəsaiti nəzərə alınmayıb.